Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-552/2025 11.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin cavabdehlər Cəfərov Səfadə Dəmir oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri cavabdehlər Cəfərov Səfadə Dəmir oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cəfərov Səfadə Dəmir oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 16, mənzil 36 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissədə hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində xidmət etmiş baş gizir Cəfərov Səfadə Dəmir oğlu N nömrəli hərbi hissəyə müraciət edərək ailə vəziyyətinə görə əsaslanaraq Kürdəmir rayonu Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan "1 nömrəli” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onu mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cəfərov Səfadə Dəmir oğlu N nömrəli hərbi hissədə hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti və digər Cavabdeh2 ilə nikahda olması, onların birgə nikahlarından 2 (iki) övladlarının olması nəzərə alınmaqla, Cəfərov Səfadə Dəmir oğlu yuxarıda sözügedən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Kürdəmir rayonu, N nömrəli hərbi hissənin ərazisində yerləşən "1 nömrəli" hərbi şəhərciyində, ona N nömrəli binadan 46.5 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 36 nömrəli mənzil verilmişdir. Cavabdeh Cəfərov Səfadə Dəmir oğlu N nömrəli hərbi hissə tərəfindən ona verilmiş yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin N nömrəli ünvanında yerləşən 36 nömrəli mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli hərbi hissənin Mənzil İstismar Xidmətində yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Müdafiə nazirinin 31 may 2022-ci il tarixli müvafiq əmri ilə cavabdeh baş gizir Cəfərov Səfadə Dəmir oğlu "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh Cəfərov Səfadə Dəmir oğlu hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə Cəfərov Səfadə Dəmir oğluna müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamışdır və 2022-ci ilin dekabr ayından 2024-cü ilin noyabr ayına qədər 462.99 (dörd yüz altmış iki) manat 99 qəpik məbləğində kommunal borcunu da ödəməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2024-cü il tarixli 173 nömrəli arayışdan görünür ki, Cəfərov Səfadə Dəmir oğlu həqiqətən ünvan 3 ünvanında ailə üzvləri: Cavabdeh2- həyat yoldaşı, Cavabdeh3- qızı və Cavabdeh4- oğlu yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.2024-cü il tarixli 1248 nömrəli Cəfərov Səfadə Dəmir oğluna ünvanlanmış xəbərdarlıqdan görünür ki, yaşadığı mənzilin onlara hərbi xidmət dövrü üçün müvəqqəti yaşayış sahəsi olaraq verilməsi, hərbi təqaüdə çıxdığına görə 442.86 (dörd yüz qırx iki manat 86 qəpik) manat olan kommunal borcunu ödəməsi və yaşadığı xidməti mənzilin N (on beş) gün ərzində hərbi hissəyə təhvil verməsi tələb olunmuş, əks təqdirdə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. - xx.xx.2019-cu il tarixli N nömrəli N nömrəli hərbi hissə qərargah rəisinin əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 30 sentyabr 2019-cu il tarixli 044 gm nömrəli əmrinə əsasən aşağıda adları göstərilən gizirlər müaviq vəzifələrə təyin edildikləri üçün, Kürdəmir rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, 15 oktyabr 2019-cu il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilsinlər, vəzifələrin icrasına və qəbuluna başlasınlar. 1.Baş gizir Cəfərov Səfadə Dəmir oğlu, N nömrəli hərbi hissənin nizami hissənin məsul icraçısı. - xx.xx.2022-ci il tarixli N nömrəli N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, baş gizir Cəfərov Səfadə Dəmir oğlu, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı, Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının 31 may 2022-ci il tarixli 024 gm nömrəli əmri ilə "Hərbi Xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, ehtiyata buraxılması ilə əlaqədar 50 (əlli) gün müddətində 2022-ci ilin növbəti məzuniyyəti verilməklə 04 avqust 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilsin. Baş gizir Cəfərov Səfadə Dəmir oğluna 2022-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 2N nömrəli əmri ilə nəzərdə tutulmuş pul mükafatı 100 (yüz) həcmində ödənilsin. Baş gizir Cəfərov Səfadə Dəmir oğluna 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2022-ci ilin növbəti məzuniyyətdən 40 (qırx) gün istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. Baş gizir Cəfərov Səfadə Dəmir oğluna yaşa görə ehtiyata buraxılması ilə əlaqədar pul təminatının 5 (bes) misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.2024-cü il tarixli 1328 nömrəli məlumatdan görünür ki, hərbi təqaüdə çıxmış hərbi qulluqçulara hərbi xidmət dövrü üçün verilmiş yaşayış sahəsini N (on beş) gün müddətinə təhvil vermələri barəsində xx.xx.2024-cü il tarixində məktub ünvanlanmışdır, həmin müddət başa çatmasına baxmayaraq hələ də yaşadıqları mənzili hərbi hissənin mənzil-istismar xidmətinə təhvil verməyiblər. Bununla əlaqədar olaraq aşağıda adları göstərilən hərbi təqaüdçülərin mənzili təhvil vermələri barəsində müvafiq göstərişlər verməsi N nömrəli hərbi hissə komandirindən xahiş edilmişdir. 1. X7, 2. X8, 3. X2, 4. Cəfərov Səfadə Dəmir oğlu və X4. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin mənzil istismar xidmətinin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 178 nömrəli arayışdan görünür ki, Kürdəmir şəhəri 1 nömrəli hərbi şəhərcik ev-16, mənzil-36 ünvanında yaşayan Cəfərov Səfadə Dəmir oğlunun yaşadığı mənzildə 2022-ci ilin dekabr ayından 2024-cü ilin noyabr ayına qədər 462.99 (dörd yüz altmış iki manat 99 qəpik) manat məbləğində kommunal borcu vardır, ödəniş olunmur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin mənzilistismar xidmərinin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1469 nömrəli arayışdan görünür ki, hərbi şəhərciyin ərazisində yerləşən binalarda olan mənzillərin kvadratı hesablanərkən yalnız yaşayış sahəsi nəzərdə tutulur, yəni mənzilin sanitar qovşağı, saunzeli, eyvanı və digər hissələr hesablanmır. Bu səbəbdən Kürdəmir rayonu 1 nömrəli hərbi şəhərcik ev-16, mənzil-36 ünvanında yaşayan Cəfərov Səfadə Dəmir oğlununun mənzili 46.5 m² təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərədindən verilmiş xx.xx.2025-ci il tarixli 231/2-256/2025 nömrəli arayışdan görünür ki, Kürdəmir rayonu 1 nömrəli hərbi şəhərcik 46.5 m²-lik ev-16, mənzil-36 ünvanında yaşayan vətəndaş Cəfərov Səfadə Dəmir oğlunun kommunal xidmətlər üzrə olan borcu xx.xx.2025ci il tarixədək 543.51 (beş yüz qırx üç manat 51 qəpik) manat təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri verilmiş tərəfindən xx.xx.2025-ci il tarixli 231/2-261/2025 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli N nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin 1.15-ci bəndinə əsasən mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən bəzi hallarda əlavə olaraq ərazisində patrulluqetmə aparılan hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0N nömrəli qərarının 1.15-ci bəndində əsasən, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən, kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisində yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən, bəzi hallarda, əlavə olaraq ərazisində patrulluq etmə aparılan, hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X6 hərbi xidmətdən ehtiyata buraxıldığından, eləcə də onun xüsusi təyinatlı yaşayış sahəsinə aid olan sözügedən mənzildən çıxarılmasını istisna edən hallar mövcud deyil. Odur ki, məhkəmə iddia tələblərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin təmin edilməli, cavabdehlər Cəfərov Səfadə Dəmir oğlu, Cavabdeh2, Cavabdeh3 və Cəfərov X3 rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 16, mənzil 36 ünvanından çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cəfərov Səfadə Dəmir oğlu, Cavabdeh2, Cavabdeh3 və Cəfərov X3 rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 16, mənzil 36 ünvanından çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-552/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-552/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver