Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-571/2025 24.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X19 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonunun Çöl-Qubalı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırdı ki, 16 noyabr 2003-cü ildə Kürdəmir rayonu, Çöl-Qubalı kəndində anadan olmuşdur. Atasının adı Fərahət olmuşdur. Körpəlikdən onu görməmişdir. Anası isə X7r. O, ev şəraitində doğulduğuna görə tibbi sənədləri olmamışdır. Ona görə də, doğum haqqında şəhadətnaməsi yoxdur və sonradan da digər yolla sənəd ala bilməmişdir. Aliə həyatı qurmuş, iki uşağı vardır. Öz sənədi olmadığı üçün uşaqlarına da sənəd al bilmir. Onun ərizəsinin təmin edilməsi, 16 noyabr 2003-cü ildə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, o, Kürdəmir rayonu, Çöl-Qubalı kəndində yaşayır. Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin adı Gülaydır. O, Gülayın toyunda iştirak etmişdir. Gülayın anasının psixi problemi vardır. Atasından isə uşaqkən ayrılmışdır. Gülayın anasının adı Mənsurə, atasının adı Fərahət olmuşdur. Hazırda Gülay evlənmişdir və uşaqları vardır. X3 məhkəmə iclasında bildirdi ki, Gülayı tanıyır və həmkəndlisidir. Gülay 2003-cü ildə doğulmuşdur. O, Gülayın atasını da, anasını da tanıyır. Gülayın atası uşaqlıqdan onlardan ayrılmışdır. Gülay haszırda ailə qurmuşdur və uşaqları vardır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir rayon İHB-nın Ərəbqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli,250 nömrəli rəngli fotoşəkilli arayışından görünür ki, Ərizəçi hazırda Kürdəmir rayonu, Çöl-ubalı kəndində yaşayır. Şəkildə görünən şəxs Ərizəçi özüdür. İşdə olan Kürdəmir rayon İHB-nın Ərəbqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 180 nömrəli görünür ki, Ərizəçi 2021-ci ilin dekabr ayının 03-dən rayonun Çöl-Qubalı kəndində yaşayır. X2, qaynanası X5, qaynatası X1 himayəsi altında yaşayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Orucova X9 rayonu, Çöl-Qubalı kəndində anadan olmuş, ev şəraitində anadan olduğundan tibbi sənədləri olmamışdır. Ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin xx.xx.2003-cü ildə Kürdəmir rayonu,Çöl-Qubalı kəndində ev şəraitində doğulması, ərizəçinin anasının X4 olması iş materiallarında olan sübutlar, ərizəçinin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapır. Onun doğum faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə sübutları tədqiq edib ərizəni əsaslı hesab edərək təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonu, Çöl-Qubalı kəndində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Ərizəçi veriləcək doğum haqqında şəhadətnamədə onun doğum tarixi kimi xx.xx.2003-cü il, özünün adı, soyadı və ata adı qrafasında – Ərizəçi, atası qrafası boş buraxılsın, anası qrafasında – X10 qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-571/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-571/2025
24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver