Məhkəmə qərarları › İş №2(041)-610/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-610/2023

27.04.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-610/2023 27.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin ölmüş elan edilməsi barədə ərəzəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 0*.07.*958-ci il anadan olmuş X* xx.xx.2000-ci ildə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X4 ilə 27.08.*985-ci ildə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 4 uşaqları anadan olmuşdur. *999-cu ilə kimi ər-arvad münasibətlərində yaşamışlar. Əlbaxış *999-cu ildə evdən çıxmış bir daha geri qayıtmamışdır. *-ci qrup əlil olan ərini uzun müddət axtarsalarda tapa bilməmişlər. Məcbur olub polis şöbəsinə müraciət etmişlər. Polis şöbəsində onun barəsində axtarış işi açılmışdır. Lakin onun yerini müəyyən etmək mümkün olmamışdır. Onun itkin düşmüş elan edilməsi ilə bağlı Kürdəmir rayon məhkəməsinə müraciət etmişlər. Kürdəmir rayon məhkəməsinin 2-64-2006-ci il tarixli qətnaməsi ilə əri itkin düşmüş elan edilmişdir. Lakin onun ölmüş elan edilməsi ilə bağlı əllərində heç bir sənəd yoxdur. Bu yaxınlarda evinin sədələşməsinə ehtiyac yaranmışdır. Laikin ərinin ölümü ilə bağlı əllərində heç bir sənəd olmadığı üçün bunu edə bilmirlər. X* ölmüş olmasını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir və bu mümkün deyil, ona görə də, məhkəməyə müraciət edib. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verdi və məhkəmədən 0*.07.*958-ci il anadan olmuş X* xx.xx.2000-ci ildə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ İş materiallarına əlavə olunmuş, Kürdəmir rayon VVAQ şöbəsi tərəfindən verilmiş 27.08.*985-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən göreünür ki, X4 ilə Ərizəçi nikahları 27.08.*985-ci ildə Kürdəmir rayon VVAQ şöbəsində qeydə alınıb. İş materiallarında olan, Kürdəmir rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-64-2006 nömrəli qətnaməsindən görünür ki, 0*.07.*958-ci il tarixdə anadan olmuş X4 itkin düşmüş hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Ərizəçi ilə X4 *985-ci ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurublar, bigə nikahlarından 4 uşaqları anadan olub. X4 xx.xx.2000-ci il tarixdə xəbərsiz evdən çıxmış və bir daha geri qayıtmamışdır. X2 ölməsi barədə heç bir sənəd olmadığından Ərizəçi evinin sənədləşdirlməsi ilə zəruri olan sənədləri təqdim edə bilmir, həmin sənədi isə başqa qaydada almaq mümkün deyil. Kürdəmir rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X4 itkin düşmüş hesab edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 4*.4-cü maddəsinə görə bu Məcəllənin 4*.* və 4*.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası MPM-nin 3*3 və 3*5.2-ci maddələrinə əsasən ərizədə şəxsin itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 0*.07.*958ci il tarixdə anadan olmuş, xx.xx.2000-ci il tarixdə evdən çıxmış və həmin gündən itkin düşən X4 ölmüş elan edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X2 harada olması barədə beş ildən artıq bir müddətdə yaşayıış yerində məlumat olmadığından, habelə bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyündən onun ölüm günü xəbərsiz itkin düşdüyü gün, yəni xx.xx.2000-ci il sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 2*6-220 və 305, 3*2-3*5-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.07.*958-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş X4 ölmüş elan edilsin. X2 ölüm günü, xəbərsiz itkin düşdüyü gün, xx.xx.2000-ci il sayılsın. Qətnamədən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən X.X.İmanov MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Kürdəmir şəhəri 2(04*)-6*0/2023 xx.xx.2023 Kürdəmir rayon Məhkəməsi X6 Xalıq oğlunun sədrliyi X3 Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölmüş elan etməyə dair mülki işə məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxılır. Məhkəmə hazırlıq iclası saat *0:00-da başlandı. Sədrlik edən məhkəmə hazırlıq iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi Azərbaycan Respublikası MPM-nin *79.*-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, ərizəçi gəlmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir. Sədrlik edən S/C olaraq ərizəçi məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan kçerilməsinə etiraz etmədiyini bildirdi. Sədrlik edən yerində qısa müşavirə edib qərara aldı. Məhkəmə iclası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçrilsin. Sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclas katibini elan edir. Hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını tərəfdən soruşur. Etiraz olmadı. Sədrlik edən tərəfin hüquq və vəzifələrinin izah olunması ilə bağlı bildirişlə tanış olubolmamasını soruşur. Tərəf hüquq və vəzifələrin izah olunması ilə bağlı bildirişi aldığını və izah olunmasına ehtiyac olmadığını bildirdi. Sədrlik edən tərəfdən əlavələrin və vəsatətlərin olub-olmamasını soruşur. Əlavə sübut vəsatət daxil olmadı. Sədrlik edən iddiaçının iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə edir. Ərizəçi-iddianı müdafiə edirəm. Sədrlik edən iddia tələbinin mahiyyəti barəsində tərəfdən izahat alır. Ərizəçi iddianı müdafiə etdiyini bildirdi və işin məhkəmə iclasında baxılmağa təyin edilməsini xahiş etdi. Sədrlik edən müşavirəyə getdiyini bildirir. Sədrlik edən müşavirədən qaıydandan sonra məhkəmə iclasının qərardadını elan edir. Protokol xx.xx.2023-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi QƏRARDAD (mülki işin məhkəmə baxışına təyin edilməsi haqqında) Kürdəmir şəhəri 2(04*)-6*0/2023 xx.xx.2023 X6 Xalıq oğlunun sədrliyi X3 Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölmüş elan etməyə dair mülki işə məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölmüş elan etməyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin surəti cavabdehə rəsmi qaydada göndərilmiş, iddia tələbinə dair etiraz verilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən ediməsi üçün sübutların təqdim olunması təklif edilmişdir. İş kifayət qədər hazırlanmış hesab edildiyi üçün işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, məhkəmə iclasında baxılmağa təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin *7*ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölmüş elan etməyə dair mülki işə mahiyyəti üzrə baxılması Kürdəmir rayon Məhkəməsinin binasına ( Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) xx.xx.2023-ci il tarixə, saat 09:20-ə təyin edilsin. Məhkəmə iclasına tərəflər dəvət edilsinlər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar