Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-637/2023 08.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi və iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli sağlam 20 baş qoyunun və * baş qoçun natura şəklində agentliyi qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasınqda bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 202*-ci il *3 avqust tarixli ÖM/202*-242 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyunun və * (bir) baş qoçun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 nümayəndəsi X*2 iddia tələbini müdafiə edərək göstərdi ki, Özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 *9 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 202*-ci il *3 avqust tarixli ÖM/202*-242 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh ”Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 48074, 48*40, 48*83, 48*69, 48289, 48099, 4828*, 48*03, 48*38, 48093, 48245, 48*25, 48250, 48*87, 48*84, 48092, 48*43, 48089, 48*54, 4802 və 48285 birka nömrəli 20 baş qoyun, * baş qoç və 400 kq qarışıq yem natura şəklində verimlmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 202*-ci il *3 avqust tarixli aktla Cavabdeh ”Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il *3 may tarixli *68 nömrəli qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes plana uyğun olub-olmamsının yoxlanılması ilə bağlı *0 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 28 aprel tarixli aralıq və 22 noyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş ”Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 48074, 48*40, 48*83, 48*69, 48289, 48099, 4828*, 48*03, 48*38, 48093, 48245, 48*25, 48250, 48*87, 48*84, 48092, 48*43, 48089, 48*54, 4802 və 48285 birka nömrəli 20 baş qoyun, * baş qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmsiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agekntdliyə geri qaytarılması təmin edilməmişdir. Ona görə də cavabdehlə iddiaçı arasınqda bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 202*-ci il *3 avqust tarixli ÖM/202*-242 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyunun və * (bir) baş qoçun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 Kürdəmir şəhərində yerləşən *9 saylı Ərazi Məhğulluq İdarəsi ilə “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 202*-ci il *3 avqust tarixdə 242 nömrəıli müqavilə bağlayaraq qoyunçuluq təsərrüfatı yaratmq məqsədi ilə 20 baş qoyun, * baş qoç və 400 kq qarışıq yem götürmüşdür. Xırdabuynuzlu heyvanları təhvil alandan bir neçə gün sonra həmin heyvanlar öskürməyə başladıqlarına görə Topalhəsənli kəndində yaşayan Telman adlı baytar həkimini müraciət etmiş və baytar həkimi heyvanların hamısını müayinə edəndən soqnra ağ ciyərlərinin və digər orqanlarının xəstə olduğunu, həmçinin həmin heyvanlardan damazlıq kimi istifadə etməyin mümkün olmadığıqnı bildirmişdir. Bundaqn sonra Məşğulluq Mərkəzinə müraciət edib xırda buynuzlu heyvanların xəstə olduğunu bildirmiş və heyvanları geri götürmələrini xahiş etmiş, lakin Məşğulluq Mərkəzində ondan heyvanların xəstə olması ilə bağlı rəsmi arayış tələb etmişlər. Arayış almaq üçün Kürdəmir rayon Baytarlıq İdarəsinə müraciət etmişdir. Baytarlıq idarəsində ona heyvanların hamısı kəsilib yoxlanandan sonra ona istədiyi arayışın verilməsinin mümkün olduğunu bildirmişlər. Heyvanların kəsilməsinə etiraz edib ertəsi gün heyvanların hamısını *560 manata alverçiyə satıb əldə etdiyi pulu Məşğulluq Mərkəzinə təqdim etsədə satış pulunu ondan qəbul etməmişlər. Hazırda heyvanları natırada qaytarmağa onun heç bir imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş “Özünüməşğulluğa kömək göstərilməsinə dair” *3.08.202*-ci il tarixli, 242 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 *9 saylı Ərazi Məşğulluq filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair *3.08.202*-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Agentliyrin *9 saylı Ərazi Məşğulluq filialının əməkdaşı X*0 tərəfindən Cavabdeh 20 baş damazlıq qoyun, * baş törədici qoç və 400 kq qarışıq yem təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqinə dair xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 X*6 Məşğulluq filialının əməkdaşları X*3, X4 və Özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh iştirakı ilə Qaraqocalı kəndində Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış və ona verilmiş 2* baş xırdabuynuzlu heyvanlarda təyinatı üzrə azalma müşahidə edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqinə dair 22.**.2022-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 X*6 Məşğulluq filialının əməkdaşları X*4, X2 və Özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh iştirakı ilə Qaraqocalı kəndində Cavabdeh fəaliyyətinin yekun monitorinqi aparılmış və ona verilmiş 2* baş xırdabuynuzlu heyvanlarda təyinatı üzrə azalma müşahidə edildiyi müəyyən edilmişdir. Aktın əlavə qeydində vətəndaşa verilən qoyunları satıb yerinə 2 dana olduğunu bildirir, * dana aşkar olunda qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahadını dinləyib, habelə iş materiallarında olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 *9 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 202*-ci il *3 avqust tarixli ÖM/202*-242 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh ”Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 48074, 48*40, 48*83, 48*69, 48289, 48099, 4828*, 48*03, 48*38, 48093, 48245, 48*25, 48250, 48*87, 48*84, 48092, 48*43, 48089, 48*54, 4802 və 48285 birka nömrəli 20 baş qoyun, * baş qoç və 400 kq qarışıq yem natura şəklində verimlmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 202*-ci il *3 avqust tarixli aktla Cavabdeh ”Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il *3 may tarixli *68 nömrəli qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes plana uyğun olub-olmamsının yoxlanılması ilə bağlı *9 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 28 aprel tarixli aralıq və 22 noyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş ”Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 48074, 48*40, 48*83, 48*69, 48289, 48099, 4828*, 48*03, 48*38, 48093, 48245, 48*25, 48250, 48*87, 48*84, 48092, 48*43, 48089, 48*54, 4802 və 48285 birka nömrəli 20 baş qoyun, * baş qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmsiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agekntdliyə geri qaytarılması təmin edilməmişdir. “Məşğulluq haqqında“ Qanunun 24.*.4-cü maddəsimnə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlşıq və digər əmlak * il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.*.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətini bu Qanunun 24.*.4-cü madldəsində göstərilən müddət ərzində (* (bir) il) monitorinqini aparır. “Məşğulluq haqqında“ Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaoraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İş materiallarından görünür ki, özünüməşğulluğa cəlb edilmiş şəxs, cavabdeh X* Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X5 *9 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə aralarında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 202*-ci il *3 avqust tarixli ÖM/202*-242 nömrəli müqavilənin şərtlərini pozaraq, ona təhvil verilmiş 20 baş damazlıq qoyunu və * baş törədici qoçu satıb əvəzimndə 2 baş dana almaqla X6 ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.*.7-ci maddəsinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə sosial təminat orqanları məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu bdəməkdən azad olduqlarına, həmçinin iddia tələbi qiymətləndirilməyən iddia ərizəsi (həmin Qanunun 8.2-ci maddəsi) olduğuna görə *00 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə Cavabdeh eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun və * (bir) baş qoç natura şəklində alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X6 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*4-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun və * (bir) baş qoç natura şəklində alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə X6 ödənilsin. Cavabdeh *00 (yüz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-637/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-637/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver