Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-640/2024 21.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətinə açılmış pəncərənin və kondisionerin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin arxa tərəfində, yəni onun yaşadığı Kürdəmir şəhəri, Xanlar küçəsi, 12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə tərəf olan hissəsində qanunsuz açdıqları 2 gözdən ibarət pəncərənin və quraşdırılmış kondisionerin onların öz vəsaitləri hesabına sökülərək həmin ərazidən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı ailə üzvləri birlikdə ünvan 2 ünvanında yaşayır. Cavabdehlər onun qonşuluğunda yaşayırlar. Cavabdehlərin yaşadıqları fərdi yaşayış evinin arxa hissəsi onun yaşadığı evin həyətindədir. Cavabdehlər yaşadıqları evin arxasında iki ədəd pəncərə və kondisioner quraşdırmışlar. O, cavabdehlərə bu barədə etiraz etsə də cavabdehlər buna heç bir əhəmiyyət verməyib öz qanunsuz əməllərini davam etdirmişlər. Kondisionerdən axan su onun həyətinə tökülür və həyətindən üfunət iyi yaranmasına səbəb olur. Cavabdehlərə dəfələrlə həmin pəncərənin bağılanmasını, kondisionerin isə sökülməsini bildirsə də heç bir nəticəsi olmamışdır. İddiaçı bu barədə Kürdəmir RPŞ-nə müraciət etmiş, polis əməkdaşı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqramla müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Cavabdeh1 bundan əvvəlki məhkəmə iclaslarında və ünvana yerində baxış keçirilərkən şəxsən iştirakını nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab etmişdir. Cavabdeh1 bundan əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır. Onun evinin arxa hissəsi iddiaçının həyətinə gedən yolun sol tərəfində yerləşir. Onun evi iddiaçının evindən əvvəl tikilmiş, otaqları havalandırmaq məqsədilə evin arxa hissəsindən iki ədəd pəncərə yox, kiçik ölçüdə nəfəslik, həmçinin kondisionerin mühərrik hissəsi quraşdırılmışdır. Kondisionerin su axan pezin borusunu evin alt hissəsinə çəkmiş, cavabdeh özbaşına olaraq çıxardıb atmışdır. Evinin arxasında açılmış nəfəsliklərin və quraşdırılmış kondisionerin iddiaçının evinə heç bir maneəçiliyi yoxdur. Cavabdeh sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2016-ci il tarixdə verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Kürdəmir şəhəri, Xanlar küçəsi, 12 ünvanında yerləşən ümumi sahəsi 87.5. kv.metr olan fərdi yaşyış evi xx.xx.2016-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tərəflərin iştirakı ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, evin arxa hissəsi iddiaçının evinə gedən yolun sol tərəfində yerləşir. Evin arxasında divarın yuxarı hissəsində 2 ədəd nəfəslik və 1 ədəd kondinsioner quraşdırılmışdır. Həmin yoldan təxminən 100 metr aralıda iddiaçının yaşadığı fərdi yaşayış evi yerləşir. Cavabdehin evinin arxa hissəsində üzbə-üz iddiaçının qardaşına məxsus fərdi yaşayış evi yerləşir və iddiaçıya qarşı heç bir iradının olmadığını bildirir. İddiaçı heç bir səbəb göstərmədən nəfəsliklərin bağlanmasını və kondinsionerin sökülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin yaşadığı evin arxa hissəsində açılmış kiçik ölçülü 2 ədəd nəfəslik və kondisioner iddiaçının evindən uzaq məsafədə yerləşməklə ona heç bir maneəçilik törətmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-640/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-640/2024
21.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver