Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-7/2025 25.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xaıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qeyri yaşayış binasının boşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsini boşaldılaraq İddiaçıSC-yə təhvil verilməsinə, iddianın verilməsi üçün ödənilmiş 100.00 manat pulun İddiaçı ASC-nin xeyrinə cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Cavabdeh Həbib oğluna məxsus, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən, ümumi sahəsi 0.042 kv.m olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ "xxxx" ASC-yə keçmiş və bu hüquq xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öhdəliklərinin icra olunmaması halında məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdehlər tərəfindən bildirişə münasibət bildirilməmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022ci il tarixli icra qeydində Cavabdeh İddiaçı ASC-yə olan cəmi tutma məbləği 28545.59 manat borcu ipoteka predmeti olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsinə yönəldilmişdir. İş materiallarına əlavə edilmiş, 23 noyabr 2022-ci il tarixli “Hərracın yekunları barədə” 67/01 nömrəli protokoldan görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsi 15937.50 manat qiymətlə tələbkar İddiaçı ASC tərəfindən əldə edilərək, cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyəti üzərinə götürmüşdür. İşdə olan, Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25 noyabr 2022-ci il tarixli müqavilədə Cavabdeh məxsus Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsi 15937.50 manat qiymətə "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə satılmışdır. İşdə olan, xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. - 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunu qaytarmadığı üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydi ilə Cavabdeh İddiaçı ASC-yə olan cəmi tutma məbləği 28545.59 manat borcu ipoteka predmeti olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsinə yönəldilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsi 15937.50 manat qiymətə "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə satılmış və həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsini boşaldılaraq İddiaçıSC-yə təhvil verilməlidir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.42 ha torpaq sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100.00 (bir yüz) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-7/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-7/2025
25.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver