Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-70/2025 27.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, cavabdeh İddiaçı, Cavabdeh, iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “hərrac şəhadətnaməsinin qeydiyyatının uzadılması”, iddiaçı Cavabdeh İddiaçı qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cavabdeh İddiaçı qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqə və hərracların nəticələri barədə xx.xx.2024-cü il tarixli, 87 nömrəli protokolu və 006284 saylı şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdehnə qarşı “hərrac şəhadətnaməsinin qeydiyyatının uzadılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək mülki mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə, “X1” publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2024-cü il tarixli, 933 nömrəli şəhadətnaməsinin qeyd hissəsində göstərilən və icarə müqaviləsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan 20 günlük müddətin rayon məhkəməsinin icraatında olan iddia ərizəsinin həllinə qədər qeydiyyat müddətinin uzadılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavadehin nümayəndəsi X3 ilkin iddianı müdafiə etdiyini, Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin mülkiyyətində olan xx.xx.2024-cü il tarixli, ********** nömrə ilə qeydə alınmış 22.0 hektar torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı tələb olunan sənədləri "X1" publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq müsabiqə və Hərrac Komissiyasına təqdim etmişdir. Təqdim olunan sənədlər əsasında "X1" publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq müsabiqə və Hərrac Komissiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasda Kürdəmir rayonunun Şüşün kənd sakini İddiaçı hərracın qalibi hesab olunmuş və bu barədə hərrac komissiyasının xx.xx.2024-cü il tarixli, 87 nömrəli protokolu və HTM seriyalı 006284 saylı Şəhadətnamə hərracın qalibi İddiaçı təqdim edilmişdir. Bundan sonra İddiaçı növbəti hərəkətlərin edilməsi ilə əlaqədar həmin sənədləri Kürdəmir Regional "Asan Xidmət" Mərkəzində Notarius ofisinə təqdim etmişdir. Bu barədə xəbər tutan Kürdəmir rayonunun Köhünlü kənd camaatı hamılıqla sözügedən torpaq sahəsinin hərracda qalib çıxmış Kürdəmir rayonunun Şüşün kənd sakini İddiaçı verilməsinə etirazlarını bildirmişlər. Etirazın səbəbi hərraca çıxarılmış 22.0 ha torpaq sahəsinin Köhünlü kəndi ərazisində olmasına baxmayaraq, həmin sahənin Şüşün kənd sakininə verilməsi olmuşdur. Hazırda seçki qabağı kənddə sabitlik pozulmaq üzrədir və yaranmış bu vəziyyət bələdiyyə üzvlərinin müzakirəsinə çıxarılmış və hərracın nəticəsinin ləğv olunması qərara alınmışdır. Bundan sonra bu barədə Notarius ofisinə tərəflərindən müraciət olundu və Notarius xx.xx.2024-cü il tarixə kimi notariat hərəkətlərinin dayandırılması barədə xx.xx.2024-cü il tarixli 698 nömrəli məktub onlara təqdim olundu. Hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı iddiası isə əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı, cavabdeh İddiaçı izahat verərək bildirmişdir ki, xx xxxx 1993-cüi il tarixdə Kürdəmir rayonunun Şüşün kəndində doğulub, boya-başa çatmışdır. Ali təhsillidir. Heç bir yerdə işləmir və yalnız təsərrüfatla məşğul olur. Bununla əlaqədar olaraq Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin sədrinə - cavabdeh Azər Ağayevə rəsmi ərizə ilə müraciət edərək, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən 22 (iyirmi iki) hektarını icarəyə götürmək istədiyini bildirmişdir. Ondan savayı qabaqcadan razılaşdırılmış 22 hektar torpaq sahəsini icarəyə götürmək istəyən (hərrac yolu ilə) daha 4 (dörd) nəfər kənd sakini də ərizə ilə bələdiyyə sədrinə müraciət etmişdir. Edilmiş müraciətlər əsasında (1 nəfər iştirakdan imtina etmişdir) 01 avqust 2024-cü il tarixdə Ucar rayonunda qeyd olunan məsələ ilə bağlı 4 nəfərin iştirakı ilə açıq hərrac (müsabiqə) keçirilmiş və o, həmin müsabiqənin qalibi elan olunmuşdur. İlkin sənədləşmədə öz əksini tapmış 22 hektar torpaq sahəsi ona 3.500 (üç min beş yüz) manata satılmış, xx.xx.2024-cü il tarixli, 933 nömrəli qeydiyyat aparılmaqla ona 006284 №-li şəhadətnamə verilmişdir. Hərracın şərtlərinə görə 20 (iyirmi) gündən gec olmamaqla onunla Köhünlü bələdiyyəsi arasında 20 il müddətinə icarə müqaviləsi bağlanmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bələdiyyə sədri Azər Ağayev heç bir əsaslı səbəb göstərmədən Kürdəmir regional "Asan Xidmət" Mərkəzinin notariat ofisinə ərizə ilə müraciət edərək, notariat hərəkətlərinin xx.xx.2024-cü il tarixinədək dayandırılmasını xahiş etmiş və həmin tələb "Notariat haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə əsasən təmin edilmişdir. Cavabdeh öz ərizəsini onunla əsaslandırmışdır ki, guya hərracın etibarsızlığı ilə bağlı məhkəməyə şikayət edəcəkdir. Göründüyü kimi cavabdeh bələdiyyə sədrinin bu kimi hərəkətləri qanunsuz və ssassız olduğundan, eləcə də, hərrac şəhadətnaməsi əsasında icarə müqaviləsinin, notariat ofisində qanuna uyğun şəkildə rəsmiləşdirilməsi müddəti tükəndiyindən icarə müqaviləsinin bağlanma müddəti məhkəmə qaydasında mübahisə həll olunana qədər uzadılmalıdır. Məhkəmə qeyd edir ki, Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin İddiaçı qarşı “X1” publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq müsabiqə və Hərrac Komissiayasının torpaq müsabiqə və hərracların nəticələri barədə xx.xx.2024-cü il tarixli 87 nömrəli protokolu və 006284 saylı şəhadətnamənin ləğv edilməsi barədə tələbi ərazi aidiyyatına görə Kürdəmir Rayon Məhkəməsinə aid olmadığından, eyni zamanda İddiaçı Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinə qarşı “hərrac şəhadətnaməsinin qeydiyyatının uzadılması” tələbi məhkəməyə aid olmadığından hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinə qarşı “hərrac şəhadətnaməsinin qeydiyyatının uzadılması”, Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin İddiaçı qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-70/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-70/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver