Məhkəmə qərarları › İş №2(041)-71/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-71/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-71/2023 25.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında adlarda düzəliş edilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında X4 Ərizəçi kimi qeyd olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə onların ailə üzvlərinə Kürdəmir rayonu ərazisindən torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onlara verilərkən bununla bağlı onlara dövlət aktı verilmişdir. Bu yaxınlarda torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidtəti DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə əsasən sənədlərinə baxış keçirilmiş tərtib edilmiş subyektlərin siyahısındaadının X1 qeyd olunduğu müəyyən edilmiş və 16 saylı Ucar Ərazi İdarəsində ona adının düzəldilməsi ilə bağdlı məhkəməyə müraciət etməsini izah etmişlər. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında X4 Ərizəçi kimi qeyd olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 357052 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2001-ci il tarixdə nikahlarını qeyd etdirməklə X7 ilə evlənmiş və həmin nikah haqqında şəhadətnaməyə əsasən Əliyeva Ərizəçi soyadını götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ 852930 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Kürdəmir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2022-ci il tarixli, **********14 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında adı X1 qeyd edilmişdir. Göstərilən çatışmazlıqlar aidiyyəti üzrə aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubundan görünür ki, Kürdəmir şəhər adlı siyahısında (DBF) 1519-cu qrafada ailə üzvləri X9, X6 və X2 göstərilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri təqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə onların ailə üzvlərinə Kürdəmir rayonu ərazisindən torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onlara verilərkən bununla boğlı onlara dövlət aktı verilmişdir. Bu yaxınlarda torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidtəti DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə əsasən sənədlərinə baxış keçirilmiş tərtib edilmiş subyektlərin siyahısındaadının X1 qeyd olunduğu müəyyən edilmiş və 16 saylı Ucar Ərazi İdarəsində ona adının düzəldilməsi ilə bağdlı məhkəməyə müraciət etməsini izah etmişlər. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmuş subyektlərin siyahısındakı yanlışlıq düzəlməsə o, torpaq sahəsini öz adına sənədləşdirə bilmir. Ərizəçi DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmuş subyektlərin siyahısındakı səhvin düzəlməsi barədə sənədi başqa cür əldə edə bilmirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş Kürdəmir şəhər adlı siyahısında (DBF) Əliyeva (Rəhimova) İmamət Əjdər qızının adı səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmuş Kürdəmir şəhər adlı siyahısında (DBF) düzəliş edilməklə “X5” Rəhimova (Əliyeva) İmamət Əjdər qızı kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuş Kürdəmir şəhər adlı siyahısında (DBF) düzəliş edilməklə “X5” Rəhimova (Əliyeva) İmamət Əjdər qızı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar