Məhkəmə qərarları › İş №2(041)-746/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-746/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-746/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər X9 və ünvan 3ir regional “ASAN xidmət” mərkəzində notariat ofisi) qanun üzrə vərəsə kimi payına uyğun olaraq valideynlərinə məxsus olmuş miras əmlak- ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən 0.31 ha həyatyanı torpaq sahəsi və buradakı yaşayış evinə, həmçinin ümumi birgə mülkiyyətdə olan 4.22 ha pay torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında (ünvan 3ir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, valideynlərindən miras qalmış ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən 0.31 hektar həyatyanı sahə və buradakı yaşayış evinə, həmçinin 4.22 hektar pay torpağın (əmlakın) qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, maraqlı şəxs qismində ünvan 3ir regional “ASAN xidmət” mərkəzində notariat ofisini, ünvan 3ir RİHB-nın Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və ünvan 3ir rayonu Çöhranlı bələdiyyəsini göstərmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müxtəlif rəhbər vəzifələrdə işləməsi ilə əlaqədar ünvan 3ir şəhərində müxtəlif ünvanlarda kirayədə qalmasına baxmayaraq, daimi yaşayış yeri ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən valideynlərinə məxsus həyətyanı sahədə inşa olunan ev olmuş və hazırda da orada yaşayır. Onların ailədə 6 nəfər olmuş, atası, anası, bir bacı və bir qardaşı vəfat etmiş və sağ olan üç qardaşı ailə quraraq valideynlərinə məxsus evdən köçmüş və hazırda özlərinə məxsus mənzillərdə yaşayırlar. Hazırda ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən və valideynlərinə məxsus evdə tək yaşayır. Bundan sonra qeydiyyatda olduğ ünvandan. ünvan 2xmağını və yaşadığı valideynlərinə məxsus ünvanda, yəni ünvan 3ir rayonu Çöhranlı kəndində qeydiyyata düşməyini ondan xahiş etmişlər. Bu məqsədlə Qeydiyyat şöbəsinə müraciət etmiş, araşdırma zamanı məlum olub ki, valideynlərinə məxsus ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən həyətyanı sahə və buradakı yaşayış evi təsərrüfat kitabında qardaşı X4 adına qeydiyyata alınmışdır. Baxmayaraq ki, onun adına hazırda həmin təsərrüfat kitabında ayrıca həyətyanı sahə və yaşayış evi qeydə alınmamışdır və bu səbəbdən onun hazırda yaşadığı ata evinə qeydiyyata düşməyinə qardaşının razılığı tələb olunur. Qardaşı Cahid bu razılığı verməkdən imtina etdi və bundan sonra ondan valideynlərindən qalan əmlaka vərəsəlik şəhadətnaməsi tələb olunduğu üçün o notariusa müraciət edib və notarius miras qoyanın vərəsələri arasında ixtilaf mövcud olduğu üçün imtina barədə ona rəsmi arayış verib və bu barədə Məhkəməyə müraciət etməyi tövsiyyə olunub. O da məcbur olub Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsə kimi payına uyğun olaraq valideynlərinə məxsus olmuş miras əmlak- ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən 0.31 ha həyatyanı torpaq sahəsi və buradakı yaşayış evinə, həmçinin ümumi birgə mülkiyyətdə olan 4.22 ha pay torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, maraqlı şəxs qismində X5 və ünvan 3ir regional “ASAN xidmət” mərkəzində notariat ofisini göstərmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmənin hazırlıq iclasında dəyişdirilmiş ərizəyə uyğun olaraq, ünvan 3ir RİHB-nın Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və ünvan 3ir rayonu Çöhranlı bələdiyyəsinin maraqlı şəxs kimi işdə prosessual iştiraklarına xitam verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və dəyişdirilmiş formada ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər X9 və ünvan 3ir regional “ASAN xidmət” mərkəzində notariat ofisindən nümayəndə məhkəməyə gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN 067C, KOD ********) ünvan 3ir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 28 saylı qərarı ilə 0.31 ha torpaq sahəsi 6 nəfər ailə üzvü ilə (1.X2, 2. X13, 3. X7, 4. X15, 5. X10, 6. X12) X1 verilmişdir. - torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN 0071, KOD ********) ünvan 3ir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 11 saylı qərarı ilə 4.22 ha torpaq sahəsi 7 nəfər ailə üzvü ilə (1.X2, 2. X13, 3. Ərizəçi, 4. X7, 5. X9, 6. X11, 7. X12) X1 verilmişdir. - ünvan 3ir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023 cü il tarixli AZ- İİ 309792 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - ünvan 3ir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 206897 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - ünvan 3ir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 346 nömrəli məktubda məhrum X2, X13 və X3 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi miras qoyanın vərəsələri arasında ixtilaf olduğundan, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3ir rayonu, Çöhranlı kəndində yerləşən 0.31 ha və 4.22 ha torpaq sahələri ümumi birgə mülkiyyət kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X2 xx.xx.2017-ci il tarixdə ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Ərizəçi müraciətinə imtina edilmiş, əsas kimi miras qoyanın vərəsələri arasında ixtilaf olduğu göstərilmişdir. Ərizəçinin ərizəsində qeyd etdiyi fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hazırki iş üzrə də, ünvan 3ir rayonu, Çöhranlı kəndində yerləşən 0.31 ha torpaq sahəsi X2, X13, X7, X15, X10 və X8 ümumi birgə mülkiyyətindədir. 4.22 ha torpaq sahəsi X2, X13, Ərizəçi, X7, X9, X11 və X8 ümumi birgə mülkiyyətindədir. Ümumi birgə mülkiyyətçilərdən X2, X13, X7 ölmüş, X9 isə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə razılıq vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, ölən şəxsin vərəsəsi X9 notariat orqanına gedə bilməmiş və ona görə də, mirasın qəbul edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən 0.31 ha həyatyanı torpaq sahəsinə və ümumi birgə mülkiyyətdə olan 4.22 ha pay torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdeh ünvan 3ir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Ərizəçi hazırda yaşadığı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər müəyyən edilmədiyindən, həmin ev miras əmlak kimi tanına bilməz, ona görə də, həmin evə dair vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsində ərizə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən 0.31 ha həyatyanı torpaq sahəsinə və ümumi birgə mülkiyyətdə olan 4.22 ha pay torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Ərizəçi qanun üzrə vərəsə kimi payına uyğun olaraq valideynlərinə məxsus olmuş miras əmlak- ünvan 3ir rayonu Çöhranlı kəndində yerləşən 0.31 ha həyatyanı torpaq sahəsi və ümumi birgə mülkiyyətdə olan 4.22 ha pay torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ünvan 3ir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində ünvan 3ir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar