Məhkəmə qərarları › İş №2(041)-760/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-760/2023

25.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-760/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X20 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ər-arvad kimi birgə yaşadıqları müddətdə tikilmiş mübahisəli evə qoyduğu xərcin tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ər-arvad kimi birgə yaşadıqları müddətdə Kürdəmir rayonu Ərşəli kəndində tikilmiş mübahisəli evə qoyduğu xərcin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 xala qızı-xala oğlu olmaqla yanaşı, 2010-cu ildə rəsmi nikahları olmadan evlənib ailə qurmuş, onların 2012-ci il tarixdə Sevinc adlı uşaqları anadan olmuşdur. Onlar yaşadıqları Kürdəmir rayonunun Ərşəli kəndində özlərinə ev tikdirməyə başlamış. 2013-cü ildə evin bir otağı hazır olanda həmin evdə yaşamağa başlamışlar. Bir müddət sonra onların ailə münasibətləri pisləşmiş və Taleh birgə tikdirdikləri evdən çıxıb getmiş və bir daha həmin evə qayıtmamışdır. İddiaçı az yaşlı uşağıyla həmin evdə yaşamaqda davam etsə də, 2021-ci ildə iddiaçılar X5, X9 və X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı və ona məxsus əşyaların Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən iddiaçılar-X5, X9 və X3 xüsusi paylı mülkiyyətində olan 0,21 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X4 xüsusi mülkiyyətində olan 96,8 kv.metr fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı əmlakları ilə birlikdə iddiaçılar X2, X4 və X3 xüsusi paylı mülkiyyətində olan Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən 0,21 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 96,8 kv.metrdən ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Halbuki, həmin mübahisəli ev atası və qayınatası tərəfindən X1 həyətyanı torpaq sahəsində tikilib. Həmin ev 2010-cu ildə tikilməyə başlayarkən X1 arvadı Kifayətdən qeyri rəsmi olaraq həmin torpaq alınmış və Kifayət həmin torpaqda ev tikilməsinə razılığını və halallığını vermişdir. Cavabdeh1 hətda özü də alimentlə bağlı məhkəmə prosesində etiraf etmişdir ki, mübahisəli ev 2013-cü ildə tikilib başa çatdırılıb, həmin ev onların özlərinə məxsusdur və həmin evi 2016-cı ildə ona və bir az yaşlı uşağına verib özü də evdən çıxıb gedib. Bu müddət ərzində iddiaçı həmin evdə atasının maddi köməkliyi ilə bir çox abadlıq işlər görmüşdür. Belə ki, evin qarşısında artırma balkon inşa etdirmiş, həmin artırma balkonun tavanına lambir vurdurmuş, evin yerləşdiyi həyətin ərazisinin bir hissəsinə mişar daşdan və dəmirdən hasar çəkdirmişdir. Həyətə giriş dəmir darvaza qoydurmuşdur. Həmin işləri atası kənddən olan usta və fəhlələrə gördürmüşdür. Artırma balkonu kəndlərindən olan usta X12 tikib, həmin artırma balkonun tavanına lambirini X6 vurub, evin yerləşdiyi həyətin ərazisinə daş hasarı X7 və dəmir hasarı X11 çəkiblər. Onların gördüyü işə görə hər biri zəhmət haqqı alıblar. Mübahisəli evin tikintisində atası tərəfindən təkbaşına sərf olunan pul vəsaiti, alınan tikinti materiallaı və görülən işlər aşağıdakı kimidir: Daş ustası Əlverdi Vəliyevə damın və hasarın mişar daşının hörülməsi üçün 200 manat verilib (atası tərəfindən təkbaşına) , dəmir hasar üçün usta Abıd Hüseynova 70 manat verilib (atası tərəfindən təkbaşına), Lanbir ustası Süleyman Hüseynova 100 manat verilib, Dəmir hasarın materiallarına 300 manat verilib (atası tərəfindən təkbaşına), həyətin darvazasına 1000 manat verilib (atası tərəfindən təkbaşına, mişar daşı hasar üçün 500 manat verilib (atası tərəfindən təkbaşına), evin artırılma balkonuna materiala 600 manat, 200 manat ustaya, ümumilikdə 800 manat verilib (atası tərəfindən təkbaşına), evin dəmir giriş qapısına 250 manat verilib (atası tərəfindən təkbaşına), ümumilikdə 3120 manat atası tərəfindən təkbaşına, bundan başqa görülən işlər və sərf olunan materiallar aşağıdakı kimidir və bütün işlərə sərf olunan vəsait atasıyla qaynatası tərəfindən yarıya-yarı şəkildə xərclənmişdir. Daş ustası Rzayev İlhama 5750 ədəd evin mişar daşının hörülüməsi üçün 1150 manat verilmişdir. Evin dam ustası Nahid Ağayevə 600 manat verilib. Mişar daşı (kubik) gətirən “Kamaz” markalı, 24BC927 d.q.n avtomobilin sürücüsü Eldar Xankişiyev (tel. **********)-3 maşın daş üçün 1500 manat verilib. Mişar daşı gətirən Hacıqabul rayonu Atbulaq kəndində yaşayan Kənan (tel.**********) maşın daş üçün 1500 manat verilib. Evin üst döşəməsi taxta 5x15 sm, 21 ədəd, 6 metrlik Qayçı 5x12 sm, 34 ədəd, 6 metrlik,Reyka 5x4 sm, 390 metr,Taxta divar üstü 3x15 sm, 9 ədəd, 6 metrlik, Dəmir şifer 0,83x2 m, 123 ədəd, 30 ədəd list dəmir, evin içinin polu üçün 64 kv.m palıd taxta, polun döşənməsi üçün 27 ədəd,5x4 sm, 6 metrlik taxta, tavan üçün 5x3 s, 128 metr reyka, alçıpan 40 kv.m, 8 kv.m lambir mətbəxin tavanı üçün, 2 otağın malyar tərəfindən təmiri, materiallarla birlikdə, 6 ədəd plastik pəncərə 140x150 sm, otaqarası qapılar 3 ədəd, 1 maşın qum, 14-lük armatur 508 metr, eyvan damı üçün: 5x15 sm, 18 ədəd döşəmə, 4 metrlik, reyka 5x4 s, 55 metr, dəmir şifer 0.83x2 m, 22 ədəd, mişar daşı 1500 ədəd, 750 manat, 5x15 sm, 11 ədəd döşəmə, 6 metrlik, divar üstü taxta 3x15, 2 ədəd, reyka 5x4 sm, 84 metr, 5 ədəd dəmir boru 14 metr, 28 ədəd azbest şifer, 900 ədəd mişar daşı, 120 kisə sement, evin tikintisindən 6 ilə yaxın müddət keçdiyidən və bu işlərin bir hissəsinin qaynatası tərəfindən görüldüyündən, baxmayaraq ki, dəyərinin tam yarısı atası tərəfindən ödənilib, bunların dəqiq dəyəri və görülən işlərin, alınan materialların siyahısı yadında qalmayıb. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunda yaşayır. İddiaçı onun keçmiş arvadıdır. Onlar 2010-ci ildə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmayıb. Faktiki nikahlarından bir uşaqları var. İddiaçı ilə ailə həyatı qurduqdan sonra atası evində yaşamağa başlayıb. Sonradan atası evi darısqal olduğu üçün əmisinə məxsus Kürdəmir rayon Ərşəli kəndində yerləşən torpaq sahəsində ev tikməyə başlamışlar. Həmin torpaq sahəsini əmisi atasına bağışlamış, həmin yerdə ev tikməsini xahiş etmişdir. Atası Nərbala tərəfindən onlara bir otaqlı ev tikilmiş və ev hazır olduqdan sonra həmin evdə yaşamağa başlamışlar. Sonradan əmisinin arvadı və uşaqları torpaq sahəsini ondan geri tələb etmişlər. Bundan sonra Aysellə münasibətlər pozulmuş və o, evi tərk etmişdir. Evi tərk etdikdən sonra bir daha geri qayıtmamışdır. Sonradan əmisi arvadı və onun qızları iddiaçının həmin evdən çıxarılmasını tələb etmişlər. Məhkəmənin qətnaməsi ilə iddiaçının həmin evdən çıxarılması təmin olunmuşdur. İddiaçı ilə bir yrdə yaşadıqları müddətdə iddiaçı tərəfindən evə dair hər hansi xərc çəkilməmiş, yalnız iddiaçının atası tərəfindən ümumilikdə 500 manat dəyərində hasar çəkilmiş, 500 manat dəyərində isə lambirin vurulmuşdur. Bundan başqa iddiaçı tərəfindən əlavə heç bir iş görülməmişdir. Həmçinin qeyd olunan iş üzrə iddiaçının iddia ərizəsinə məhkəmədə baxılmış və iddiaçının iddia tələbləri əsassız olduğu üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(041)- 260/2020 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh1 cavabdeh qismində iştirakını nəzərə alaraq, işə çəkişmə şəraitində baxılması kimi qiymətləndirilə bilər. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində 0,21 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 96,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində X4 adına qeydiyyata alınmış və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 3/8 hissəsi X4, 1/4 hissəsi X2, 3/8 hissəsi isə X3 paylı mülkiyyətindədir. İşdə olan, Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X5, X9 və X3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı və ona məxsus əşyaların Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən iddiaçılar-X5, X9 və X3 xüsusi paylı mülkiyyətində olan 0,21 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X4 xüsusi mülkiyyətində olan 96,8 kv.metr fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia təmin edilmiş, cavabdeh İddiaçı əmlakları ilə birlikdə iddiaçılar X2, X4 və X3 xüsusi paylı mülkiyyətində olan Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən 0,21 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 96,8 kv.metrdən ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. İşdə olan, Kürdəmir rayon məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, 2013-cü ildə cavabdehin kiçik qardaşı ailə qurduğundan onların yaşadıqları evdə sıxlıq olduğuna görə atası İsrafilov Nərbala mərhum əmisinə məxsus torpaq sahəsində ev tikmiş və cavabdeh öz ailəsi ilə birlikdə müvəqqəti olaraq həmin evə köçüb orada yaşamağa başlamışlar. Bundan sonra ailədə yaranan sözsöhbət günü-gündən artmağa başlamış və iddiaçı cavabdehlə yaşamaq istəmədiyini bildirib tez-tez atasına məxsus evə gedərək atası evində yaşamağa üstünlük vermişdir. İddiaçı ilə cavabdehin münasibətləri tamam pozulandan sonra iddiaçı yaşamağın mümkün olmadığını görüb, atasının tikdirdiyi evdən çıxıb getmişdir. O, atasının dikdirdiyi evdən çıxıb gedəndən sonra iddiaçı qızı Sevinclə birlikdə həmin evə qayıtmışdır. İddiaçının qeyd etdiyi və birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirdiyi torpaq sahəsi mərhum əmisinin həyat yoldaşı və onun qızlarına məxsusdur. Həmin torpaq sahəsi üzərində tikilən evi atası tikmiş və mərhum qardaşının uşaqlarına bağışlamışdır. Evin tikintisində iddiaçının və ya onun atasının heç bir əməyi və iştirakı olmamışdır. Həmin evdə onun və iddiaçının heç bir əməyi və payı yoxdur. İddiaçı çəkilən xərclərlə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməsə də, Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddiaçının atası tərəfindən ümumilikdə 500 manat dəyərində hasar çəkildiyini, 500 manat dəyərində isə lambirin vurulduğunu etiraf etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdehin etirafı həcmində təmin edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 (bir min) manat pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 (bir min) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar