Məhkəmə qərarları › İş №2(041)-767/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-767/2023

12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-767/2023 12.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı ”Kürdəmir-Şərab” ATSC-nin nümayəndəsi Şahin Mehmetin və cavabdehlər Cavabdeh3, Cavabdeh8, Cavabdeh13 iştirakı ilə İddiaçı ”Kürdəmir-Şərab” ATSC-nin İdarə heyətinin sədri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X8, Cavabdeh12 və Cavabdeh13 mülkiyyətdə olan sahibkar obyektindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”Kürdəmir-Şərab” ATSC-nin İdarə heyətinin sədri İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12 ünvan 2 ünvanında yerləşən ”Kürdəmir-Şərab” ATSC-nin inzibati və digər tikilərindən digər ailə üzvləri ilə birlikdə, Cavabdeh13 ”Kürdəmir-Şərab” ATSC-nin Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində yerləşən inzibati binasından əmlakları və digər ailə üzvləri ilə birdlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ”Kürdəmir-Şərab” ATSC-nin nümayəndəsi Şahin Mehmet iddia tələbini müdafiə edərək göstərdi ki, 1999-cu ildə ünvan 4 ünvanında yerləşən X15 və Emalı müəssisəsinin əsasında həmin müəssisənin balansında olan inventarlar siyahıya alınaraq ”Kürdəmir-Şərrab” X21 Cəmiyyəti yaradılmış və həmin ildə də Cəmiyyətin Nizamnaməsi Dövlət qeydiyyatına alınaraq təsdiq edilmişdir. Sonradan ”Kürdəmir-Şərab” ATSC özəlləşdirmə ilə əlaqədar hərraca çıxarılmışdır. ”Kürdəmir-Şərrab” ATSC hərraca çıxarılandan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi yanında X1 üzrə X7 satışı üzrə X16 dair xx.xx.2008-ci il tarixli protokoluna əsasən İddiaçı hərracın qalibi olmaqla ”Kürdəmir-Şərab” ATSC-ni almışdır. Hazırda ”Kürdəmir-Şərab” ATSC iddiaçının mülkiyyətindədir. İddiaçı ”Kürdəmir-Şərab” ATSC-ni hərrac vasitəsi ilə alandan sonra orada istiehsal prosesinə başlamaq istəsələr də, müəyyən çətinliklər yaranmış və istehsal prosesini davam etdirə bilməyib bu işə bir qədər fasilə verməyə məcbur olmuşlar. Lakin sonradan 2022-ci ilin əvvəllərindən ”Kürdəmir- Şərab” ATSC-də bəzi bərpa işlərini görüb istehsal prosesinə başlamaqla sahibkar fəaliyyətlərini davam etdirmək istəsələr də cavabdehlər tərəfindən ”Kürdəmir-Şərab” ATSC-nin balansında olan Kürdəmir rayonu Karrar qəsəbəsindəki inzibati bina ilə birlikdə bütün tikililərin zəbt edilməsi səbəbindən sahibkarlıq fəaliyyətlərini davam etdirə bilməmişlər. Həmin cavabdehlərin bir qismi ilə görüşüb izahat işi aparsalar da heç bir nəticə əldə edə bilməmiş və görüşdükləri cavabdehlər həmin tikililərin onlara rəsmi qaydada verildiyini bildirib sahibkar obyektindən çıxmayacaqlarını bildirmişlər. Cavabdehlərin bir qismi məcburi köçkün olmaqla onlara Kürdəmir rayonunda inşa edilmiş 564 mənzillik qəsəbədə yaşayış mənzili verilsə də, onlar da zəbt etdikləri ”Kürdəmir- Şərab” ATSC-nin balansında olan tikililərdən çıxmaq istəmirlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan ”Kürdəmir-Şərab” ATSC-nin balansında olan tikililəri qanunsuz zəbt etmələri iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı hazırda ”Kürdəmir-Şərab” ATSC-nin İdarə heyətinin sədri kimi Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini əldə etmişdir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12 ünvan 2 ünvanında yerləşən ”Kürdəmir- Şərab” ATSC-nin inzibati və digər tikilərindən digər ailə üzvləri ilə birlikdə, Cavabdeh13 ”Kürdəmir-Şərab” ATSC-nin Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində yerləşən inzibati binasından əmlakları və digər ailə üzvləri ilə birdlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək göstərdi ki, uzun müddətdir ki, Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsi 25/1 ünvanında yerləşən X20 zavodunun mənzilində yaşayır. Onun müraciətinə əsasən uzun müddət həmin mənzildə yaşaması nəzərə alınaraq yaşadığı mənzil Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli Fərmanına əsasən onun adına özəlləşdirilmiş və ona həmin mənzilə xüsusi mülkiyyət hüquqnu əsasında order verilmişdir. Bundan sonra Kürdəmir rayon X3 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsi 25/1 ünvanında yerləşən bir mərtəbəli, 63 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X20 zavodunun xx.xx.1999-cu il tarixli orderinə əsasən onun adına qeydə alınmışdır. Hazırda o, digər ailə üzləri ilə birlikdə həmin evdə yaşayır və evin kommunal xərclərini də özü dəyir. Onun ünvan 7 ünvanında yerləşən yaşayış evindən başqa yaşayış evi yoxdur. Ona görə də iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, ailə üzvləri, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 ilə birlikdə 1993-cü ildə yaşadıqları Füzul rayonunun Əhmədalılar kəndindən məcburi köçkün düşərək Kürdəmir rayonuna gəlmişlər. Kürdəmir rayonuna gəldikdən sonra ailə üzvləri ilə birlikdə X20 zavodunda məskunlaşaraq, halhazıra kimi həmin zavodun binasında yaşayırlar. Füzuli rayonu işğaldan azad olunsa da, orada olan evləri hələ də, bərpa olunmayıb. Yaşamağa başqa evləri yoxdur. Ona görə də iddia tələbinin onlara aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh8 iddia tələbibini qəbul etməyərək göstərdi ki, o, hazırda ünvan 8 ünvanında qeydiyyatda olmasına baxmayaraq X20 zavodunun binasında yaşayır. Yaşamağa başqa evi olmadığını bildirib iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh13 iddia tələbini qəbul etməyərək göstərdi ki, 1993-cü ildə yaşadıqları Şusa rayonunun Salatınkənd kəndi ermənilər tərəfindən işğal olunandan sonra ailə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gəlib əvvəl Çöl-Ərəb kəndində məskunlaşmışlar. 2000-ci ildə isə X20 zavodunun Karrar qəsəbəsində yerləşən binasına köçmüş və hazırdada ailə üzvləri ilə birlikdə həmin binada yaşayırlar. 2020-ci ildə Kürdəmir rayonu ərazisində tikilmiş 564 ailəlik məcburi köçkün qəsəbəsində onlara Dövlət tərəfindən mənzil verilsə də o, həmin mənzildən imtina etmişdir. Ona görə də iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh12 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 1990-ci illərdə X20 zavodunda direktor müavini işləmişdir. Üzüm Emalı zavodunun həyətindəki kafenin yerləşdiyi torpaq sahhəsi Kürdəmir rayon X17 balansında olmaqla X15 və Emalı zavoduna heç bir aidiyyəti olmamışdır. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar həmin kafenin yerləşdiyi torpaq sahəsini Kürdəmir rayon X13 alaraq özəlləşdirmiş, sonra isə həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən oğlu Şirinov Asəfin adına xx.xx.2008-ci il tarixli, Seriya MN ******* nömrəli çıxarış almış və hazırda həmin torpaq sahəsi oğlu Asəfin mülkiyyətindədir. Ona görə iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülkiyyətdə olan və ünvan 10 ünvanında yerləşən "xxxx" X21 Cəmiyyətinin (keçmiş X15 və Emalı zavodu) torpaq sahəsinə və orada olan tikiləlrinə həmin ünvanda yaşayan cavabdehlərin iştirakı ilə baxış keçirilərkən Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsinin və cəmiyyətə məxsus olan inzibati binanın, labaratoriya binasının və digər yardımçı binaların cavabdehlər tərəfindən müəyyən edildiyi müəyyən edilmişdir. Həmçinin "xxxx" X21 Cəmiyyətinin (keçmiş X15 və Emalı zavodu) torpaq sahəsinə və orada olan 5 mərtəbəli inzibati binaya baxış keçirlərkən inzibati binanın 2-ci mərtəbəsində Cavabdeh13 ailə üzvləri ilə birlikdə yaşadığı, hinanın digər mərtəbələrinin yaşayış üçün yararlı vəziyyətdə olmaması müəyyən edilmişdir. Mülkiyyətdə olan sahibkar obyektinə baxış keçirilərkən Cavabdeh6 iddia tələbini qəbul etməyərək göstərdi ki, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda qızı Xumarə ilə birlikdə X15 və Emalı zavodunun S.Şıxaliyev küçəsi 24 ünvanında yerləşən binasında yaşayır. Yaşamağa başqa evi yoxdur. Ona görə də iddia tələbinin onlara aid hissədə təmin edilməməsini xahiş etmişdir. Mülkiyyətdə olan sahibkar obyektinə baxış keçirilərkən Cavabdeh9 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 8 ünvanında qeydiyyatdpadır. Lakin buna baxmayaraq son 20 il ərzində X15 və Emalı zavodunun S.Şıxaliyev küçəsi 24 ünvanında yerləşən binasında yaşayır. Ona görə də iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Mülkiyyətdə olan sahibkar obyektinə baxış keçirilərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 ilə eyni məzmunda izahat verib yaşamağa başqa evlərinin olmadığını bildirib iddia tələbinin onlara aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh4, X10, Cavabdeh10 və X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsi 24 ünvanında yerləşən X15 və Emalı müəssisəsinin əsasında yaradılmış "xxxx" X21 Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış və xx.xx.1999-cu il tarixli, 140 nömrəli Sərəncamla Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 Satışı üzrə pullu hərracının xx.xx.2008-ci il tarixli, 469/01 nömrəli protokolundan görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi səhmlərinin sayı 63.244 ədəd olan "xxxx" ASC-ni İddiaçı 17081,10 manat ödəməklə almışdır. İş materiallarına əlavə edilmiş Qiymətli kağız mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli reyestrindən görünür ki, Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsi 24 ünvannında yerləşən "xxxx" ATSC-nin qeydiyyat sənədi **********, məsul şəxs, idarə heyətinin sədri İddiaçı olmaqla, Maliyyə Nazirliyində adi adlı səhmlərin nominal dəyəri 2 manat, ümumi miqdarı 63244 olmaqla AZ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehləri izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 1999-cu ildə ünvan 4 ünvanında yerləşən X15 və Emalı müəssisəsinin əsasında həmin müəssisənin balansında olan inventarlar siyahıya alınaraq ”Kürdəmir-Şərab” X21 Cəmiyyəti yaradılmış və həmin ildə də Cəmiyyətin Nizamnaməsi Dövlət qeydiyyatına alınaraq təsdiq edilmişdir. Sonradan ”Kürdəmir-Şərab” ATSC özəlləşdirmə ilə əlaqədar hərraca çıxarılmışdır. ”Kürdəmir-Şərab” ATSC hərraca çıxarılandan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi yanında X1 üzrə X7 satışı üzrə X16 dair xx.xx.2008-ci il tarixli protokoluna əsasən İddiaçı hərracın qalibi olmaqla ”Kürdəmir-Şərab” ATSC-ni almışdır. Hazırda ”Kürdəmir-Şərab” ATSC iddiaçının mülkiyyətindədir. İddiaçı ”Kürdəmir-Şərab” ATSC-ni hərrac vasitəsi ilə alandan sonra orada istiehsal prosesinə başlamaq istəsələr də, müəyyən çətinliklər yaranmış və istehsal prosesini davam etdirə bilməyib bu işə bir qədər fasilə verməyə məcbur olmuşlar. Lakin sonradan 2022-ci ilin əvvəllərindən ”Kürdəmir-Şərab” ATSC-də bəzi bərpa işlərini görüb istehsal prosesinə başlamaqla sahibkar fəaliyyətlərini davam etdirmək istəsələr də cavabdehlər tərəfindən ”Kürdəmir-Şərab” ATSC-nin balansında olan Kürdəmir rayonu Karrar qəsəbəsindəki inzibati bina ilə birlikdə bütün tikililərin zəbt edilməsi səbəbindən sahibkarlıq fəaliyyətlərini davam etdirə bilməmişlər. Həmin cavabdehlərin bir qismi ilə görüşüb izahat işi aparsalar da heç bir nəticə əldə edə bilməmiş və görüşdükləri cavabdehlər həmin tikililərin onlara rəsmi qaydada verildiyini bildirib sahibkar obyektindən çıxmayacaqlarını bildirmişlər. Cavabdehlərin bir qismi məcburi köçkün olmaqla onlara Kürdəmir rayonunda inşa edilmiş 564 mənzillik qəsəbədə yaşayış mənzili verilsə də, onlar da zəbt etdikləri ”Kürdəmir- Şərab” ATSC-nin balansında olan tikililərdən çıxmaq istəmirlər. İddiaçı hazırda ”Kürdəmir- Şərab” ATSC-nin İdarə heyətinin sədri kimi Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini əldə etmişdir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan ”Kürdəmir-Şərab” ATSC-nin balansında olan tikililəri qanunsuz zəbt etmələri iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında X1 üzrə Auksion Mərkəzinin keçirdiyi xx.xx.2008-ci il tarixli hərracla Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsi 24 ünvanında yerləşən ”Kürdəmir- Şərab” ATSC-nin satışa çıxarılan 18.979 ədəd səhmlərini (30,01 faizini) almış və o, ”Kürdəmir-Şərab” ATSC-nin idarə heyətinin sədri vəzifəsinə təyin edilməklə mülkiyyəti əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 183-cü maddəsində göstərilir ki, mülkiyyətin əldə edənə keçməsi üçün əşyanın verilməsi əvəzinə qiymətli kağız verilməsi məcburidirsə, özgəninkiləşdirənin qiymətli kağızı əldə edənə verildiyi andan mülkiyyət əldə edənə keçmiş sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öxz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh5 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 18 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı, 63 kv.metr yaşayış sahəsindən ibarət yaşayış evi X20 zavodunun xx.xx.1999-cu il tarixli, 01 nömrəli orderi əsasında Kürdəmir rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh5 adına qeydiyyata alınmışdır. Həmin Qeydiyyat vəsiqəsinə əlavə edilmiş Kürdəmir rayonlararası DTİ və MHQİ-nin rəisi M.Q.Mustafayev tərəfindən Kürdəmir rayon Üzüm Emalı zavodunun direktoru M.Ağayevə xx.xx.1999-cu il tarixli, 338 nömrəli məktubun surətindən görünür ki, ünvan 19 ünvanda (üzüm emalı zavodunun mənzilində) yaşayan Cavabdeh5 yaşadığı bina divarı mişar daşından, örtüyü asbofaner, bir mərtəbəli, 3 otaqlı, 63 kv.metr yaşayış, 45 kv.metr balkonu mənzillini Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli fərmanı əsasında şəxsi mülkiyyət hüququ əsasında adına özəlləşdirilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ünvan 20 ünvanda ”Kürdəmir-Şərab” ASCnin yerləşdiyi torpaq sahəsinin Baş planından görünür ki, ”Kürdəmir-Şərab” ASC-nin yerləşdiyi torpaq sahəsində olan kafe üçün nəzərdə tutulmuş 0,0365 ha torpaq sahəsini Cavabdeh12 mülkiyyətində olması qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh5 və Cavabdeh12 aid hissədə təmin edilə bilməz. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Füzuli rayonundan məcburi köçkün olmaqla onlara Kürdəmir rayonu 564 ailəlik köçkün qəsəbəsində dövlət tərəfindən mənzillə təmin olunmadıqlarını bildirsələr də, onlar məcburi köçkün kimi Kürdəmir rayonuna gələndə ilk olaraq hansı ünvanda məskünlaşmaları və ”Kürdəmir-Şərab” ASC-nin binasında nə vaxtdan məskunlaşmaları barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. ”Kürdəmir-Şərab” ASC-nin Kürdəmir rayonunun Karrar qəsəbəsində yerləşən binasının 2-ci mərtəbəsində yaşayan Cavabdeh13 ailə üzvləri ilə birlikdə Kürdəmir 564 ailəlik qəsəbədə verilmiş 4 otaqlı mənzildən imtina etdiklərini bildirsə də, o, həmin mənzildən imtina etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 arvadı X8 ilə Kürdəmir rayonunda qeydiyyatda olmaqla ”Kürdəmir-Şərab” ASC-nin binasında hansı əsasla yaşamaları barədə məhhkəmə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2 şəhəri, S.Şıxəliyev küçəsi ev 24 ünvanında yerləşən ”Kürdəmir-Şərab” ATSC-nin inzibati və digər tikililərindən digər ailə üzvləri ilə birlikdə, Cavabdeh13 ”Kürdəmir-Şərab” ATSC-nin Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində yerləşən binasından əmlakları və digər ailə üzvləri ilə birdlikdə məcburi qaydada çıxarılmalıdırlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2 şəhəri, S.Şıxəliyev küçəsi ev 24 ünvanında yerləşən ”Kürdəmir-Şərab” ATSC-nin inzibati və digər tikililərindən digər ailə üzvləri ilə birlikdə, Cavabdeh13 ”Kürdəmir-Şərab” ATSC-nin Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində yerləşən binasından əmlakları və digər ailə üzvləri ilə birdlikdə məcburi qaydada çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar