Məhkəmə qərarları › İş №2(041)-782/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-782/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-782/2023 01.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümiumi sahəsi 81.2 kv. metr, yaşayış sahəsi 47.6 kv.metr, yardımçı sahəsi 33.6 kv.metr olan 3 otaqlı mənzil tam mülkiyyət üzrə X3 məxsus olan mənzili onunla aralarında olan xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin vaxt qeyd olunan evdə cavabdehlər də qeydiyyatda olmuşlar. Cavabdehlərin onun evində formal qeydiyyatda olması onun mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Ona görə də məcbur olub cavabdehlərin onun evindən istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, əraziyə baxan Mənzil istismar sahəsində olan sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla 1990-2020-ci ilə kimi həmin mənzildə yaşamış, sonradan mənzili X1 və oradan köçmüşlər. 2020-ci ildən 2021-ci ilə kimi X5 həmin mənzildə yaşamışdır. Onlar arasında heç bir qohumluq əlaqəsi yoxdur. Mənzil satılandan sonra Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdan çıxmamış və faktiki olaraq onların yaşadıqları ünvanı müəyyən etmək mümkün olmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə göndərilmiş məhkəmə bildirişləri poçt xidmətinin “köçüb” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən X2 məxsus yaşayış evini 15000 manata İddiaçı satmışdır. - xx.xx.2021-ci il tarixdə verilmiş reyestrdən çıxarışdan görünür ki, ünvan 3-də yerləşən, ümumi sahəsi 81.2 kv.m olan yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan məlum olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Kürdəmir rayonu Mənzil İstismar Sahəsinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arayışlarından məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla 1990-2020-ci ilə kimi həmin mənzildə yaşamış, sonradan mənzili X1 və oradan köçmüşlər. 2020-ci ildən 2021-ci ilə kimi X5 həmin mənzildə yaşamışdır. Onlar arasında heç bir qohumluq əlaqəsi yoxdur. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, X4 mülkiyyətində olan, ünvan 3-də yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış, lakin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. Kənar şəxslərin evdə qeydiyyatda olmaları iddiaçının evin mülkiyyətçisi kimi hüquqlarını məhdudlaşdırdığı üçün həmin şəxslərin mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşin faktiki və mübahisə edilməyən hallarından görünür ki. hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququ evin alqı-satqı müqaviləsi qüvvəyə mindiyi andan itirilmiş və onların istifadə hüququna xitam verilmişdir. Odur ki, cavabdehlərin evdən istifadə hüququ yoxdur, mövcud olmayan hüquqa xitam verilə bilməz. Lakin belə nəticə müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. Odur ki, hazırkı iddia mahiyyətinə görə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3-də yerləşən, ümumi sahəsi 81.2 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqularının olmadığı müəyyən edilməlidir. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilir ki, qətnamə həmin şəxslərin ünvan 3-də yerləşən, ümumi sahəsi 81.2 kv.metr olan fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kürdəmir şəhəri, Aran qəsəbəsi, 23 nömrəli evin, ümumi sahəsi 81.2 kv.metr olan 7-ci mənzilinə istifadə hüquqularının olmadığı müəyyən edilsin. Qətnamə adı çəkilən şəxslərin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar