Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-788/2023 01.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi (maraqlı şəxs Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisi) vərəsəlik haqqında şəhədətnamənin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmirşəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi (maraqlı şəxs Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisi) ərizə ilə məhkəməyə müraciət edərək, **.*2.20*9-cu il tarixdə vəfat etmiş X* miras qalmış Bakı şəhəri Abşeron rayon Sumqayıt şossesi 7 km. * saylı bina 77 blok *5 saylı binada yerləşən ümumi sahəsi 69.5 kv.metr olan fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhədətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, X3 ilə *6.0*.ş*987-ci ildə ailə həyatı qurmuşdur. Onunla 20*9-cu ilə kimi bir yerdə yaşamışdır. Rövşən **.*2.20*9-cu ildə vəfat etmişdir. O, vəfat etməmişdən Bakı şəhərindən Akkord şirkətlər qrupundan onun adına ipotekaya ev almışlar. Bununla bağlı *.07.20*0-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi üzərə öhdəlikləri bu yaxınılarda yerinə yetirib qurtarmışdır. Bu yaxınlarda həmin evi sənədləşdirmək üçün reystr xidmətinə müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, bunun üçün vərəsəlik şəhadətnaməsi alınmalıdır. O, bununla bağlı Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin qanunla müəyyən olunmuş müddəti ötürdüyü üçün ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuşdur. Bu müddəti ötürmək onun savadsızlığından və qanunları bilməməkdən irəli gəlir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda ərindən qalmış evi sənədləşdirmək istəyirlər. Lakin vərəsəlik şəhadətnaməsi almaq üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə lazimi qaydada məlumat verilməsinə baxmayarq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *3.*2.20*9-cu il tarixli AZİİ038822 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 **.*2.20*9cu il tarixdə vəfat etmişdir. İşdə olan Kürdəmir rayon VVAQ şöbəsi tərəfindən verilmiş *6.0*.*987-ci il tarixli İVJQ33**72 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 nikahları *6.0*.*987-ci ildə 5 nömrə ilə qeyd edilmişdir. İşdə olan Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Ramin Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 298 nömrəli məktubda **.*2.20*9-cu il tarixdə vəfat etmiş X2 vərəsəlik müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. İşdə olan *9.07.20*0-cu il tarixli **89* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayon Xırdapal Sumqayıt şössesində yerləşən * saylı binanın 77 blok, *5 saylı 2 otaqdan ibarət ümumi sahəsi 69.5 kv. metr olan mənzil alıcı X3 tərəfindən alınmış və aldığı mənzilin dəyərini ödəməyi öhsəsinə götürmüşdür. İşin faktiki hallarından məlum olur ki, miras əmlak Abşeron rayon Xırdapal Sumqayıt şössesində yerləşən * saylı binanın 77 blok, *5 saylı 2 otaqdan ibarət ümumi sahəsi 69.5 kv olan yaşayış evindən ibarətdir. Həmin ev *9.07.20*0-cu il tarixdə X3 tərəfindən Akkord şirkətlər qrupundan alınmışdır. Hüquq sahib olan X3 **.*2.20*9-cu il tarixdə vəfat etmişdir. Ərizəçi 30.3.2023-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək **.*2.20*9-cu il tarixdə vəfat etmiş X* miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin mirasın açıldığı gündən altı aydan artıq müddət keçdiyinə görə ona imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan *32*-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin *325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il *6 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin *29*, *32*.* və *325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən vеrilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin xx.xx.2005-ci ilə kimi mövcud olan *246-cı maddəsində qeyd edilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırki iş üzrə iddiaçı **.*2.20*9-cu il tarixdə vəfat etmiş ərindən qalmış fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi almaq istədiyini, lakin vərəsəlik haqqında şəhadətnamə alınması üçün nəzərdə tutulmuş müddəti hüquqi savadı olmadığı üçün ötürdüyünü, ona görə də müddətin bərpasını xahiş edir. Məhkəmə hesab edir ki, dövlət qeydiyyatına alınmış miras əmlakın vərəsələr arasında sənədləşdirilməsini təmin etmək məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət üzrlü sayılaraq bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, **.*2.20*9-cu il tarixdə vəfat etmiş X* miras qalmış Bakı şəhəri Abşeron rayon Sumqayıt şossesi 7 km. * saylı bina 77 blok *5 saylı binada yerləşən ümumi sahəsi 69.5 kv.metr olan fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. **.*2.20*9-cu il tarixdə vəfat etmiş X* miras qalmış Bakı şəhəri Abşeron rayon Sumqayıt şossesi 7 km. * saylı bina 77 blok *5 saylı binada yerləşən ümumi sahəsi 69.5 kv.metr olan fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: X.X.İmanov
Məhkəmə qərarları › İş №2(041)-788/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-788/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver