Məhkəmə qərarları › İş №2(041)-814/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-814/2024

29.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-814/2024 29.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, İddiaçı4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı payların müəyyən edilməklə müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Kürdəmir rayonunun Dayıkazımlı kəndi ərazisində yerləşən 4,3567 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar - İddiaçı1, X3 və İddiaçı3 payının müəyyən edilməsi və müəyyən edilmiş paylarının naturada ayrılıb verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. dasınız. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 lazımi qaydada məlumat verilmiş, onlar məhkəməyə ərizə göndərərək hazırda mübahisəni məhkəmədən kənar həll etməyə çalışdıqlarını bildirib iddia ərizəsinin baxılmadan dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişlər. Ərizə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, İddiaçı4, Cavabdeh5, Cavabdeh6 məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, İddiaçı4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı payların müəyyən edilməklə müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair mülki iş izrə icraata xitam verilməli, ərizəyə əlavə edilmiş sənədlər, həmçinin İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına 100 manat dövlət rüsumu və xidmət haqqı olaraq 0,40 manat, cəmi 100,40 manat məbləğində pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1 iddia ərizəsinə baxılması üçün Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, İddiaçı4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı payların müəyyən edilməklə müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsinə əllavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı1 Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Dayıkazımlı kəndində yaşayan İddiaçı1 qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar