Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-817/2024 30.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onların, yəni Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx.xx.1997-ci il təvəllüdlü oğlu İddiaçı2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh1 ilə xx.xx.1996-cı il tarixdə evlənib ailə quraraq onun anası Cavabdeh2 Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən evinə gəlin köçmüş və özünə məxsus olan cehiz əmlaklarını da aparıb həmin evə yığmışdır. Özünə məxsus olan cehiz və başqa əmlaklarının hamısı hazırda cavabdehlərin yaşadığı evdədir. O, Cavabdeh1 ilə ər-arvad bir yerdə yaşadıqları müddətdə birgə nikahlarından xx.xx.1996-cı il tarixdə Ulvi, xx.xx.1997-ci il tarixdə Afiq, xx.xx.2002-ci il tarixdə Sədaqət adlı üç uşaqları olub. Uşaqlarının hər üçü yetkinlik yaşına çatmışlar. Uşaqlarından Ülvi ailə quraraq ailəsi ilə birlikdə ayrı ünvanda kirayədə yaşayır, qızı Sədaqət isə hazırda cavabdehlərlə birlikdə yaşayır. O, Cavabdeh1 ilə evlənib uzun muüddət onun anasına məxsus evdə yaşamalarına baxmayaraq cavabdeh - əri tez-tez yersiz söz-söhbətlər yaratmış, lakin o, ailənin dağılmamasına görə cavabdeh - əri tərəfindən ona olan təzyiqlərə dözmüşdür. Lakin buna baxmayaraq cavabdeh 2023-cü ildə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin vaxt onu yaşadığı evdən məcburi qaydada çıxartmışdır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-373/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Hazırda o, oğlu Afiqlə birlikdə kirayədə yaşayırlar və yaşamağa başqa evləri yoxdur. Kirayədə yaşamaq onlara müəyyən çətinliklər yaradır. O, dəfələrlə cavabdehlərlə əlaqə saxlayıb yaşamaq hüquqları olan evdə yaşamaq istədiyini və onları evə buraxmalarını tələb etsə də cavabdehlər onları evə buraxmamışlar. O, cavabdehlərin yaşadığı evdə 1995-ci ildən 2023-cü ilin əvvəllərinə kimi yaşamaqla həmin evdə yaşamaq hüququ ilə birlikdə istifadə hüququ əldə etmiş və həmin müddətdə cavabdeh əri ilə birlikdə həmin evi təmir etdirib yaşamaq üçün yararlı hala salmışlar. Hesab edir ki, cavabdehlərin yaşadığı evdə onun və oğlu Afiqin də yaşamaq və istifadə hüquqları var. Ona görə də Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx.xx.1997-ci il təvəllüdlü oğlu İddiaçı2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər İddiaçı2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə iş üzrə digər İddiaçı2 iştrakı olmadan işə baxılmasını mümkün hesb etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, İddiaçı1 onun keçmiş arvadı, İddiaçı2 isə onun oğludur. İddiaçı1 ilə ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və məhkəmənin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. X1 birlikdə başqa ünvanda yaşayır, qızı Sədaqət isə onunla bir evdə yaşayır, oğlu Ülvi isə öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. O, iddiaçılar İddiaçı1 və İddiaçı2 onların yaşadığı evə köçürülmələrinə etiraz etmir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 birgə nikahlarından xx.xx.1997ci il tarixdə Afiq adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AA2939390 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 birgə nikahlarından xx.xx.1996-cı il tarixdə Ülvi adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AA0464215 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Sədaqət adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 373/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında xx.xx.1996-cı il tarixdə bağlanmış və Kürdəmir RİHB-nin Mollakənd kəndi üzrə İcra Nümayəndəliyində 09 nömrə ilə qeydə alınmış nikah porzulmuşdur. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı1 Cavabdeh1 ilə xx.xx.1996-cı il tarixdə evlənib ailə quraraq onun anası Cavabdeh2 Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən evinə gəlin köçmüş və özünə məxsus olan cehiz əmlaklarını da aparıb həmin evə yığmışdır. Özünə məxsus olan cehiz və başqa əmlaklarının hamısı hazırda cavabdehlərin yaşadığı evdədir. O, Cavabdeh1 ilə ər-arvad bir yerdə yaşadıqları müddətdə birgə nikahlarından xx.xx.1996-cı il tarixdə Ulvi, xx.xx.1997-ci il tarixdə Afiq, xx.xx.2002-ci il tarixdə Sədaqət adlı üç uşaqları olub. Uşaqlarının hər üçü yetkinlik yaşına çatmışlar. Uşaqlarından Ülvi ailə quraraq ailəsi ilə birlikdə ayrı ünvanda kirayədə yaşayır, qızı Sədaqət isə hazırda cavabdehlərlə birlikdə yaşayır. O, Cavabdeh1 ilə evlənib uzun müddət onun anasına məxsus evdə yaşamalarına baxmayaraq cavabdeh əri tez-tez yersiz söz-söhbətlər yaratmış, lakin o, ailənin dağılmamasına görə cavabdeh əri tərəfindən ona olan təzyiqlərə dözmüşdür. Lakin buna baxmayaraq cavabde 2023-cü ildə aralavrında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin vaxt onu yaşadığı evdən məcburi qaydada çıxartmışdır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-373/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Hazırda o, oğlu Afiqlə birlikdə kirayədə yaşayırlar və yaşamağa başqa evləri yoxdur. Kirayədə yaşamaq onlara müəyyən çətinliklər yaradır. O, dəfələrlə cavabdehlərlə əlaqə saxlayıb yaşamaq hüquqları olan evdə yaşamaq istədiyini və onları evə buraxmalarını tələb etsə dəcavabdehlər onları evə buraxmamışqlar. O, cavabdehləri n yaşadığı evdə 1995-ci ildən 2023-cü ilin əvvəllərinə kimi yaşamaqla həmin evdə yaşamaq hüququ ilə birlikdə istifadə hüququ əldə etmiş və həmin müddətdə cavabdeh əri ilə birlikdə həmin evi təmir etdirib yaşamaq üçün yararlı hala salmışlar. Hesab edir ki, cavabdehlərin yaşadığı evdə onun və oğlu Afiqin də yaşamaq və istifadə hüquqları var. Cavabdeh1 iddiaçıların onların yaşadıqları evə köçürülməsinə etiraz etmədiyini bildimrmiş, iş üzrə digər Cavabdeh2 isə məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrını 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının təcrübədə tətbiqi ilə əlaqədar R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.3-cü maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, iddiaçılar İddiaçı1 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-817/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-817/2024
30.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver