Məhkəmə qərarları › İş №2(041)-830/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-830/2023

08.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-830/2023 08.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi X10 Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı cavabdeh X3 qış otlaq sahəsindən çıxarılması və qış otlaq sahəsindən birgə istifadə etmək hüququnun bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000-ci ildən 2025-ci ilə kimi birgə qurduqları 80 ha qış otlaq sahəsində qanunsuz fəaliyyətinin yerində yoxlanılması, hazırda 15 baş qoyun quzusu və 1 inəyi olduğuna görə dövlətin torpağın əlində saxlayıb buraxmadığına görə Cavabdeh qaynı Sumqayıt şəhr sakini X6 məxsus olan qoyun-quzunu onu polislə çıxardıb onu həmin tövlədə hansı səbəbə görə yerləşdirlməsini və onun birgə istifadə etmək hüquqlarını Cavabdeh tərəfindən pozulduğuna görə, yəni X7 və digərlərini 80 ha qış otlaq sahəsindən məcburi qaydada çıxardıb dövlət fonduna aid olan birgə icarəsində olan 80 ha qış otlaq sahəsində yerləşən heyvanlarını saxladığı tövlədən və qış otlaq sahəsində təyinatına uyğun birgə istifadə etmək hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə maraqlı şəxs X3 cavabdeh kimi tanınmasını, Kürdəmir rayon Qarasaqqal kəndinin inzibati ərazisində yerləşən 80 ha qış otlaq sahəsindən və tövlədən cavabdeh X4 və ona məxsus olan xırda buynuzlu heyvanların və atın çxıarılması, onun xırda buynuzlu heyvanlarıyla və atıyla birgə həmin otlaq sahəsindən və tövlədən təyinatına uyğun istifadə hüququnun bərpa edilməsi, həmin otlaq sahəsinə köçürülməsi və gələcəkdə həmin otlaq sahəsindən və tövlədən əsassız olaraq çıxarılmağı Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, 2000-ci ildə mərhum anası X2 onun qardaşı Cavabdehla birlikdə çalışdıqları təsərrüfatda 350 baş xırda buynuzlu, 40 baş iri buynuzlu təsərrüfatı saxlamaq üçün Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazsində yerləşən 65 saylı “Maxsud bağı” adlanan 1363 ha dövlət ehtiayt fondu torpaqlarına aid olan qış otlaq sahəsindən böyük qardaşları Gündüz Muradovun köməkliyi ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Cavabdeh adına sənədləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməyə başlamışlar. Cavabdehla həmin müddət ərzində münasibətləri yaxşı olmuşdur. 2010-cu il də icarə müqaviləsinin vaxtı qurtarmış, 2010-cu ildə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. 2011-ci il də Vəzifə Muradova vəfat etmiş, ona məxsus xırda və iri buynuzlu heyvanlar Cavabdeh heyvanlarına birləşdirilmişdir. 2012-ci ildə Cavabdeh ailə həyatı qurmuş, bundan sonra ona qarşı olan münasibətləri dəyişməyə başlamış, onu torpaq sahəsindən uzaqlaşdırmışdır. Artıq malqaranın saxlanılması mümkün olmadığını görüb özünə məxsus xırda və iri buynuzlu heyvanları ləğv etmiş, bir neçə il aclıq içində yaşamış, 2018-ci ildə özünəməşğulluq proqramına qoşuulmuş, dövlət tərəfindən ona xırda buynuzlu heyvanlar verilmişdir. Həmin heyvanları saxlamaq üçün yenidən Cavabdeh müraciət etmiş, çox çətinliklə olsa da heyvanlarını saxlamağa ona imkan vermişdir. Öz şəxsi hesabına torpaq sahəsində ağıl tikmiş, ailəsi ilə birlikdə Nicatın da heyvanlarını saxlamağa başlamışdır. Lakin buna baxmayaraq Nicat yenə də ona qarşı haqsızlıq etməyə başlamış, onun hərəkətləri barəsində dəfələrlə rəsmi qurumlara müraciət ünvanlamış, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin Nicatın hərəkətləri barədə Kürdəmir rayon İH-nə müraciət ünvalamışdır. xx.xx.2023-cü il tarixdə Nicatın ona qarşı etdiyi hərəkətlərə görə DİN 102 xidmətinə zəng vurmuş, onun müraciəti əsasında polis əməkdaşları hadisə yerində olmuş, Nicatın həqiqətəndə ona ziyan vurduğu, xırda və iri buynuzlu heyvanlarının ağıldan çıxarıldığını, ağılın söküldüyünün şahidi olmuşlar. Polis əməkdaşları Nicata onu tövləyə buraxmasını tapşırmışlar. Hazırda Nicat qaynı X8 ilə birləşib onlara məxsus qış otlaq sahəsindən istifadə edir, heyvanlarını onun tikdirdiyi tövlədə saxlayır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X17 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ortancıl, cavabdeh isə onun kiçik qardaşıdır. Qış otlaq sahəsi onun köməkliyi ilə alınmış və sənədləşmə cavabdeh Nicatın adına aparılmışdır. Anasının sağlığında qardaşlar arasında mübahisə olmadığı üçün birgə təsərrüfat aparmış və özlərinin dolanışıqlarını təmin etmişlər. Sonralar ona məlum olmayan səbəblərdən Mədəd heyvanları satmış və oradan çıxarılmışdır. Hazırda Nicata məxsus da heyvanların çoxu satılmış, otlaq sahəsində olan heyvanların çoxu cavabdehin qaynı X5 məxsusdur. Nicatın hərəkətləri onu da qane etmədiyi üçün bir neçə dəfə ona iradlarını bildirmiş, lakin mübahisənin ailə daxilində həllinə nail ola bilməmişdir. Ona görə də hesab edir ki, onun sayəsində yaratdıqları təsərrüfatdan kənar şəxslər və onların mal-qarası çıxarılmalı, əvvəllər olduğu kimi hər iki qardaş oradan birgə istifadə etməli və təsərrüfatlarını aparmalıdırlar. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2000-ci ildə İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət edərək 80 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmiş, onun müraciəti əsasında “Maqsud bağı” adlanan sahədən onun icarəsinə 80 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində fermer təsərrüfatı qurmaqla xırda və iri buynuzlu heyvanlarını saxlamaqla ailəsini dolandırır. 2010-cu ildə torpaqlar Kürdəmir rayon İcra Hakimiyyətinin balansına keçdiyi üçün yenidən icarə müqaviləsi bağlanması zərurəti yaranmış, zəruri sənədləri toplayıb təqdim edəndən sonra Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 13 saylı sərəncamı ilə 80 ha torpaq sahəsi yenidən onun icarəsinə verilmişdir. Torpaq sahəsi onun icarəsinə verildikdən sonra təyinatı üzrə istifadə etməyə davam etmişdir. Anasının məsləhəti və onun razılığı ilə qardaşı İddiaçı da onunla bərabər öz heyvanlarını həmin sahədə saxlamışdır. Sonradan Mədəd təsərrüfatda olan heyvanlarını satmış və onun barəsində ayrı-ayrı dövlət orqanlarına şikayətlər etmişdir. Bir neçə dəfə Kürdəmir rayon polis şöbəsinin, icra hakimiyyətinin nümayəndələri icarəsində olan torpaq sahəsinə gəlib araşdırma aparmış, heç bir qanun pozuntusu aşkar edilmədiyindən hal-hazıra kimi fəaliyyətini davam etdirir. İddiaçı qardaş kimi onunla rəftar etməmiş, onun şikayətlərindən bezərək fermadan uzaqlaşdırmış, fermada və qış otlaq sahəsində Mədədə məxsus heç bir əmlak və eləcə də, mal-qara yoxdur. İddia ərizəsində iddiaçı göstərir ki, onlara məxsus fermaya guya Nicat qaynı X1 və qış otlaq sahəsində olan mal-qaralar da ona məxsusdur. Əslində bütün bunlar yalandır, fermada olan bütün əmlak və mal-qaralar ona məxsusdur, X8 qonaq kimi ona məxsus fermaya gəlmiş və çıxıb getmişdir. Bundan əlavə, qış otlaq sahəsi onun icarəsindədir, istədiyi şəxsin mal-qarasını ora buraxa bilər və ya ona kömək üçün dəvət edə bilər. İddiaçının isə həmin qış otlaq sahəsinə heç bir aidiyyəti yoxdur, onunla birgə təsərrüfat aparmaq fikri yoxdur və bu qeyri-mümkündür. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər cavabdeh X5 məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir . Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 115 saylı sərəncamının surətindən görünür ki, “Maqsud bağı” adlanan qış otlaq sahəsindən 80 hektar torpaq sahəsi fiziki şəxs kimi Kürdəmir rayon Qarasaqqal kənd sakini Cavabdeh istifadəsinə ayrılmışdır. -Torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamədə 13 oktyabr 2000-ci il tarixli 24 saylı icarə müqaviləsinə əsasən qoyunçuluğun inkişafı üçün Cavabdeh ayrılmış 80 ha torpaq sahəsinin planı tərtib edilmişdir. - Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 130 saylı sərəncamının surətindən görünür ki, rayonunun inzibati ərazsindəki 65h saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsindən 80 hektar torpaq sahəsi 15 il müddətinə Kürdəmir rayon Qarasaqqal kənd sakini Cavabdeh istifadəsinə (icarəsinə) verilmişdir. -xx.xx.2020-ci il tarixdə verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Kürdəmir rayonu inzibati ərazisində yerləşən 80.0 ha örüş otlaq sahəsi 15 il müddətinə Cavabdeh adına yüklü edilmiş və onun həmin torpaq sahəsi üzərində olan icarə hüququ dövlət qeydiyyatına alınmışdır. - Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışında İddiaçı mərhum anası X9 adına arxivdə saxlanılan 1996-2000-ci illərə aid Kürdəmir rayonu, Qarasaqqal kəndinin 2 saylı təsərrüfatbaşına kitabın 130 nömrəli şəxsi hesabına əsasən 4.55 ha torpaq sahəsi və ümumi sahəsi 148 kv.m olan fərdi yaşayış evinin qeydə alındığı göstərilmişdir. - Torpağa mülkiyyət hüququna dair JN-348 nömrəli dövlət aktında Kürdəmir rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə 4.05 ha torpaq sahəsinin 3 nəfər ailə üzvü ilə X11 (özü, oğlu İddiaçı, oğlu X19) verildiyi qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən 4.0474 ha torpaq sahəsi ümumi birgə payla (1. İddiaçı, 2. Cavabdeh, 3. X15) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına eyni zamanda İddiaçı Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən ayrı-ayrı torpaq sahələrindən təyinatı üzrı istifadə etməmələri, bələdiyyə torpaq sahəsindən ona torpaq ayrılması və sair məsələlər barəsində ayrı-ayrı təşkilatlara yazdığı şikayət ərizələrinə verilmiş cavab məktubları, qeyd edilən torpaq sahəsi ilə bağlı kənd sakinlərinin iddiaları üzrə çıxarılmış məhkəmə qətnamələri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

83. 1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə zərər vurmasın.

103. 1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Hazırki işdə də, iddiaçının icarəsində olan torpaq sahəsi yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirildiyindən və dövlət qeydiyyatına alındığından, cavabdehin hüquqlarının müdafiəsi və toxunulmazlığı ilə bağlı həmin torpaq sahəsi üzərində dövlət təminatı mövcuddur. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı fiziki və ya hüquqi şəxslərə ayrılmış torpaq sahələrindən maneəsiz və təyinatı üzrə istifadə etmək üçün yarana biləcək hər bir maneə aradan qaldırılmalı, buna şərait yaradan şəxslər təqsirinin dərəcəsindən asılı olaraq cinayət, inzibati və mülki məsuliyyətə cəlb edilməlidir. Hazırki iş üzrə İşdə olan sənədlərdən və tərəflərin məhkəməyə verdiyi izahatlardan müəyyən edildi ki, Kürdəmir rayonunun inzibati ərazsindəki 65h saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsindən 80 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı üçün qanuni əsaslarla Kürdəmir rayon Qarasaqqal kənd sakini Cavabdeh istifadəsinə (icarəsinə) verilmiş, həmin torpaq sahəsi üzərində onun icarə hüququ Dövlət qeydiyyatına alınmış, müddəti xx.xx.2025-ci ildə bitir. Hazırda da oradan təyinatı üzrə istifadə edilir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində heç bir hüququ yoxdur, cavabdeh qardaşı kimi həmin torpaq sahəsindən istifadə etməsinə ona razılıq vermiş, sonradan iddiaçı ayrı-ayrı dövlət orqanlarına ondan şikayət etdiyi üçün münasibətləri pozulmuş və iddiaçını oradan uzaqlaşdırmışdır. Həmin torpaq sahəsinin birgə əldə edilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, mübahisə edilən torpaq sahəsinə ayrı-ayrı şəxslərin və onlara məxsus xırda buynuzlu heyvanların köçürülməsi və istifadəsinə şərait yaradılması icarəçiyə aid məsələ hesab edildiyindən, həmin torpaq sahəsinə aidiyyəti olmayan şəxslərin, o cümlədən iddiaçının həmin şəxslərin və mal-qaranın oradan çıxarılması barədə məhkəmədə iddia qaldırması subyektiv hüquq cəhətdən əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar