Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-831/2023 08.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli, 06 nömrəli qərarına əsasən Cavabdeh3, Abdulrəhimova (Mahmudova) Çinarə Əvəz qızı, Cavabdeh2 və onun birgə mülkiyyətində olan kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 3,15 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli, 06 nömrəli qərarı ilə əri Cavabdeh3 başda olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,15 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara xx.xx.1998-ci il tarixli, JN-530 KOD 90610018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan qızı Çinarə evlənib ailə qurmaqla ayrı təsərrüfat sahibidir. O, paylı mülkiyyətdə olan torpaq sahəsindən payının ayrılıb verilməsini tələb edir, oğlu İlkin isə torpağın aralarında bölünməsinə razılıq vermir. Aralarında yaranan narazılığa görə birgə mülkiyyətlərinə verilən 3,15 hektar torpaq sahəsindən birlikdə istifadə edə bilmirlər. O, cavabdeh olan ailə üzvlərindən bir neçə dəfə öz aralarında olan razılığa əsasən paylı mülkiyyətdə olan torpaq sahəsindən hər birinin payına düşən hissənin ayırımaqla torpaq sahəsindən hər birinin payına düşən hissədən istifadə etmələrini təklif etsə də, onlar torpaq sahəsinin bölünməsinə razı olmayıb onun təklifini qəbul etməmişlər. Birgə mülkiyyətdə olan torpaq sahəsinə onlarla birlikdə birgə mülkiyyətçi olan əri Cavabdeh3 hazırda rayon ərazisində yaşamır və onunla heç bir əlaqələri yoxdur. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli, 06 nömrəli qərarına əsasən Cavabdeh3, Abdulrəhimova (Mahmudova) Çinarə Əvəz qızı, Cavabdeh2 və onun birgə mülkiyyətində olan kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 3,15 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli, 06 nömrəli qərarı ilə 4 nəfərdən ibarət olan ailə üzvlərinin birgə mülkiyyətinə Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,15 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara xx.xx.1998-ci il tarixli, JN-530 KOD 90610018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətlərinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Hazırda o, evlənib ailə qurmaqla ayrı təsərrüfat sahibidir. Birgə mülkiyyətlərinə verilən 3,15 hektar torpaq sahəsindən birlikdə istifadə edə bilmədiyinə görə torpaq sahəsindən payına düşən hissənin ayrılıb verilməsi ilə bağlı ailə üzvlərinə müraciət etsə də, atası hazırda rayon ərazisində yaşamadığından cavabdeh olan qardaşı İlkin torpaq sahəsinin bölünməsinə razılıq verməmişdir. O, birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunda izahat verərək iddia tələbini qəbul etdiyini bildirib birgə mülkiyyətlərində olan torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh göstərilən ünvanda yaşamadığına görə məhkəmə bildirişləri Azərpoçtun Kürdəmir rayon şöbəsi tərəfindən üzərində müvafiq qeyd aparılmaqla məhkəməyə qaytarılmış, həmçinin Kürdəmir rayon İHB-nin Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 186 nömrəli arayışından görünür ki, Mahmudov X1 qeydiyyatda olmasına baxmayaraq hazırda nümayəndəliyin ərazisində yaşamır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-530 KOD 90610018 nömrəli Dövlət aktının surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 06 nömrəli qərarına əsasən Cavabdeh3, İddiaçı, X6 və Cavabdeh2 Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən 3,15 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ 475578 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə nikahlarını qeyd etdirməklə X2 ilə evlənib ailə qurmuş və Abdulrəhimova soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon İHB-ninYenikənd kənd X9 üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 186 nömrəli arayışından görünür ki, Mahmudov X8 rayonunun Yenikənd kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda ərazidə yaşamır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli, 06 nömrəli qərarı ilə əri Cavabdeh3 başda olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,15 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara xx.xx.1998-ci il tarixli, JN-530 KOD 90610018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan qızı Çinarə evlənib ailə qurmaqla ayrı təsərrüfat sahibidir. O, paylı mülkiyyətdə olan torpaq sahəsindən payının ayrılıb verilməsini tələb edir, oğlu İlkin isə torpağın aralarında bölünməsinə razılıq vermir. Aralarında yaranan narazılığa görə birgə mülkiyyətlərinə verilən 3,15 hektar torpaq sahəsindən birlikdə istifadə edə bilmirlər. O, cavabdeh olan ailə üzvlərindən bir neçə dəfə öz aralarında olan razılığa əsasən paylı mülkiyyətdə olan torpaq sahəsindən hər birinin payına düşən hissənin ayırımaqla torpaq sahəsindən hər birinin payına düşən hissədən istifadə etmələrini təklif etsə də, onlar torpaq sahəsinin bölünməsinə razı olmayıb onun təklifini qəbul etməmişlər. Birgə mülkiyyətdə olan torpaq sahəsinə onlardla birlikdə birgə mülkiyyətçi olan əri Cavabdeh3 hazırda rayon ərazisində yaşamır və onunla heç bir əlaqələri yoxdur. İş materiallarından görünür ki, İddiaçı əri Cavabdeh3 başda olmaqla 4 nəfərlik ailə üzvləri, Cavabdeh3, İddiaçı, Mahmudova (Abdulrəhimova) Çinarə Əvəz qızı və Cavabdeh2 Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən verilmiş 3,15 hektar torpaq sahəsi onların birgə mülkiyyətindədir. Birgə mülkiyyətçi olan Cavabdeh3 hazırda rayon ərazisində olmadığına görə onların birgə mülkiyyətlərində olan torpaq sahəsini öz aralarında bölmələri mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh3, İddiaçı, Mahmudova (Abdulrəhimova) Çinarə Əvəz qızı və Cavabdeh2 birgə mülkiyyətində olan Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 3,15 hektar torpaq sahəsindən onların hər birinin payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasənəşya mülkiyyət hüququndan mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh3, İddiaçı, Abdulrəhimova (Mahmudova) Çinarə Əvəz qızı və Cavabdeh2 birgə mülkiyyətində olan Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 3,15 hektar torpaq sahəsindən onların hər birinin payı 0,7875 hektar hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən, Cavabdeh3, İddiaçı, Abdulrəhimova (Mahmudova) Çinarə Əvəz qızı və Cavabdeh2 birgə mülkiyyətində olan 3,15 hektar torpaq sahəsindən onların hər birinin payı 0,7875 hektar hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-831/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-831/2023
08.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver