Məhkəmə qərarları › İş №2(041)-840/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-840/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-840/2025 17.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iki azyaşlı uşaqları ilə birlikdə Kürdəmir şəhəri, T.İsmayılov küçəsi, 3A saylı fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, xx xxxxxx 1980-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində doğulub, boya-başa çataraq, 2009-cu ildə Kürdəmir şəhəri sakini X5 ilə ailə həyatı qurmuşdur. Nikahlarını 22 yanvar 2010-cu ildə Kürdəmir rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan 06 may 2010-cu ildə Miri, 07 yanvar 2012-ci ildə isə, Zəhra adlı iki uşaqları doğulmuşdur. X20 21 oktyabr 2016-cı ildə ürək çatışmamazlığından vəfat etmişdir. Gəlin köçərkən qaynata evinə aparılmış, oraya qeydiyyata düşmüş və həmin evdə də iki uşaq doğulmuşdur. Həmin vaxtlarda qaynatası sağ idi. Onlarla birgə yaşayırdılar. X8 vəfat etmiş, qaynanası-Cavabdeh1 hazırda sağdır. O, ər evinə getdikdən sonra, subay olan cavabdeh baldızı Zümrüd, Əli-Bayramlı şəhərinə gəlin köçərək, orada yaşamağa başlamışdır, 2023-cü ilin yay aylarında qaynatası vəfat edikdən sonra, cavabdeh qaynanası Cavabdeh1 qızı Cavabdeh2, ailəsi ilə birikdə, onların yaşadığı evə gətirmişdir. Təxminən 1 il 03 ay öncə, cavabdehlər birləşərək, onu uşaqları ilə birlikdə evdən qovmuşlar. Bundan sonra o, valideyinlərinə məxsus Şilyan kəndində yerləşən fərdi yaşayış sahəsinə getmişdir. Ərinin vəfatından sonra, həmin ünvanda yaşamaqla orada, öz vəsaiti hesabına yay-qış mətbəxləri, 7 hamam, çardaq, toyuq-cücə saxlamaq üçün hin və s. yaşayış və qeyri-yaşayış inşa etdirmişdir. Cehiz əşyalarının əksər hissəsi hazırda həmin evdədir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı ilə Rövşən Əliyev 2010-cu ildə ailə qurmuş və bu nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur. X1 8 il bundan qabaq rəhmətə getmişdir. Mərhum Rövşənin həyat yoldaşı Günel övladları Miri və Zəhranı iki il bundan qabaq hal-hazırda vərəsəlik yolu ilə qəbul edilmiş, cavabdehlərə məxsus mənzilə qeydiyyata alınmışdır. Günel və iki uşaqları cavabdehlərə məxsus mənzildə ayrı-ayrı otaqlarda yaşayırdılar. Lakin 07 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində İddiaçı qaynanası Mariya ilə, mərhum Qəhrəman Əliyev mübahisə edib yanına gecələr yad kişinin gəlib getməsini gördüyünü və onun bu hərəkətinin ailəyə iki uşaq anasına yaraşmadığını bildirdikdə bundan hirslənən İddiaçı masanın üstündə olan qalın şüşəli su dolçasını götürüb qəsdən qaynanası Mariyanın sifətinin sol tərəfinə bir dəfə vuraraq sol alın-gicgah nahiyyəsində hemotoma, sol göz yarığının daralması və sol göz almasına qansızma ilə müşayiət olunan paraorbital qançırla müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Mariya bu barədə polisə zəng vuraraq müraciət etmişdir. Bununla bağlı Kürdəmir RPŞ-də böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolunda cavabdeh İddiaçı əməlində AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi göstərilmişdir. Cinayət işi Kürdəmir Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 11 iyul 2023-cü il hökmü ilə İddiaçı 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Cəzanın icra olunması Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin vaxt cavabdeh Mariya ilə iddiaçı arasında razılaşma ilə barışıq əldə olunaraq iddiaçı həmin mənzildən çıxmış, özünə məxsus və cavabdehə məxsus bir neçə əşya da olmaqla mənzildən çıxararaq atası evinə köçmüşdür. Hal hazırda sözügedən mənzildə ona məxsus heç bir əşya yoxdur. Həmçinin ailə Kürdəmir RPŞ-də "münaqişəli ailə" kimi qeydiyyatdadır. Cavabdeh Mariya da yaşlı, xəstə qadındır. İddiaçı cavabdehin yaşlı və xəstə olmasından istifadə edərək, yaşadığı mənzildə onlara güc tətbiq etmiş, saymamış, cavabdehləri susmayacaqları təqdirdə ölümlə hədələyir. Mariyaya qarşı törətdiyi cinayət əməli buna sübutdur. İddiaçı cavabdehlərin onların əmlakına sahiblik, ondan istifadə etmək və hüquqi müqədərratına dair sərəncam vermə hüququnu kobud şəkildə pozur, xüsusilə də yaşlı, ahıl vaxtında qorxu altında saxlayır. Kürdəmir şəhəri T.İsmayılov küçəsi, ev 3A-da yerləşən fərdi yaşayış evi mərhum Qəhrəman Əliyevin şəxsi vəsaiti hesabına tikilmişdir. İddiaçı mərhum Qəhrəman Əliyev və onun arvadı Mariya ilə uzun müddətdir ki, yola getməmişlər. Qonşular dəfələrlə mərhum Qəhrəman Əliyev və onun arvadı Mariya ilə cavabdeh İddiaçı arasında baş vermiş sözsöhbətin şahidi olmuşlar. Lakin axırıncı xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdehin arvadı Mariyanı, yəni qaynanasını döymüş, onun sifətinin sol tərəfinə su dolçasını vurmaqla, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. İddiaçı və onun iki övladı həmin evə qeydiyyata sonradan alınmışlar. Cavabdeh Mariya və onun mərhum əri Qəhrəman Əliyev onlara heç vaxt problem yaratmamış, oğlunun yadigarları kimi qayğılarına qalmışdır. Lakin İddiaçı bu münasibətdən sui-istifadə etmişdir. Belə ki, Mariyanın yaşlı, xəstə olmasını və ən əsası fərdi yaşayış evinin həm qanuni, həm də faktiki olaraq ona mənsub olmasını, ən əsası isə iddiaçı və onun iki övladı ilə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən sonra bir yerdə yaşaması ağlabatan deyildir. Hər an iddiaçı ilə cavabdeh Mariya arasında daha ağır hadisə baş verməsi qaçılmazdır. Odur ki, iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ 527340 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.2010-cu ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində 28 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 456777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X12 doğulmuşdur. Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 784647 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X9 doğulmuşdur. Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 349431 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində qan dövranı çatmamazlığı, kəskin sol mədəcik çatmamazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 083893-24 nömrəli arayışdan görünür ki, İddiaçı aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:əri X6 (ölüb), oğlu X12 və qızı X9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 320 nömrəli İddiaçı ünvanlanmış məktubdan görünür ki, təqdim olunan sənədlər əsasında vərəsəlik dairəsi müəyyən edilmədiyi üçün və vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 154 nömrəli arayışın surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ailə üzvləri:qızı X9 və oğlu X10r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 108.8 kvm-də yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X3r. Fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi X2 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidməti 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X3r, **********59-10301 reyestr nömrəli qeydiyyat aparılmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-62/2023 saylı hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)- 62/2023 saylı hökmü ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanında olmuş, məhkumun qeydiyyatda olduğu evin giriş qapısı bağlı olduğu müəyyən edilmiş, qonşular məhkumun həmin evdən çıxdığı və yaşamadığı, məhkumun qayınanası və qayınatasının isə 2-3 aydır ki, Şirvan şəhərində qızının evində yaşadığını bildirmişlər. Odur ki, elektron qolbağın tətbiqi həmin ünvanda qeyri-mümkün olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi ev tərəflərin birgə yaşadıqları müddətdən əvvəl tikilib. Həmin evin mülkiyyətçisi iddiaçının keçmiş qaynatası-X3r. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir` ki, 2009-cu ildə ailə quraraq xx.xx.2010-cu ildə nikahlarını rəsmiləşdirmiş, mübahisəli evə köçmüşdür. Həmin vaxt ev hazır tikili idi. Həmin evdə o, əri və ərinin valideynləri ilə birlikdə yaşamışdır. İddiaçı iddia ərizəsində 2009-cu il tarixdə ailə qurduğunu bildirsə də məhkəmə iclasında konkret vaxt göstərə bilməmiş, xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirərək keçmiş qaynatası-X4 məxsus mənzilə köçmüş, xx.xx.2016-cı il tarixdə X20, 2023-cü ildə isə qayınatası Qəhrəman Əliyev vəfat etmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı X6 ilə xx.xx.2010-cu ildə ailə quraraq ərinin valideynlərinə məxsus mənzilə köçmüş, 2023-cü il tarixədək həmin evdə yaşamış, həmin ildə qaynanası Mariya və mərhum qaynatası Qəhrəmanla mübahisə edərək Mariyaya sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər törətmişdir. Nəticədə bununla bağlı Kürdəmir RPŞ-də böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolunda cavabdeh İddiaçı əməlində AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi göstərilmişdir. Cinayət işi Kürdəmir Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 11 iyul 2023-cü il hökmü ilə İddiaçı 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilir. Bu baxımdan nəzərə alınmalıdır ki, qüvvədə olan MM-in 228.1 və 228.2-ci maddələrinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşdə olan və iddiaçının verdiyi izahatlardan göründüyü kimi iddiaçının köçmək istədiyi ünvan ailə qurarkan gəlin köçdüyü ərinin valideyninə məxsus evidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu zaman məhkəmə diqqətə çatdırır ki, mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia yuxarıda göstərilən əsaslara əsasən təmin edilməməlidir. İddia təmin edilmədiyən görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar