Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-860/2023 23.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi (Maraqlı şəxs) soyadının dəyişdirilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni, Ərizəçi soyadının mərhum həyat yoldaşının soyadı olan İbrahimova ilə əvəz olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı 20.05.*983-cü ildə Kürdəmir şəhər sakini X* ilə ailə həyatı qurmuş, nikahları qeydə alınarkən İbrahimova soyadını qəbul etmişdir. Birgə nikahlarından iki uşaqları var. Onların soyadları İbrahimovadır. 2007-ci ildə onun iddiası əsasında Sabunçu rayon məhkəməsinin *4.03.2007-ci il tarixli 2-683/2007 saylı qətnaməsi ilə adı Səbinə, soyadı Şıxiyeva ilə əvəz edilmişdir. Həyat yoldaşı X* *0.05.2002-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmədən soyadının dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, onun həyat yoldaşı 2002-ci ildə vəfat etmiş, o vəfat etdikdən sonra aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Övladlarının soyadı İbrahimov, onun soyadı isə Şıxıyeva kimi qeyd edilmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, soyadının dəyişdirilməsi və əvvəlki soyadına qaytarılması qeydiyyat şöbəsində mümkün olmadığı üçün ona imtina edilmişdir. İddiaçının izahatından və işdə olan sənədlərdən məlum olur ki, iddiaçının tələbi Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarının *5.4-cü bəndində qərara alınmışdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 26*.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*—26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, iddiaçıya izah edilir ki, inzibati orqan kimi Maraqlı şəxs hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəmədə iddia qaldırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ərizəçi (Maraqlı şəxs) soyadın dəyişdirilməsi tələbinə dair ərizəsi üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-860/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-860/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver