Məhkəmə qərarları › İş №2(041)-861/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-861/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-861/2024 06.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Maraqlı şəxs tərəfindən *8.**.20*8-ci il təvəllüdlü qızı X* adına 04.07.20*9-cu il tarixdə verilmiş və 20*8-ci ilin dekabr ayının 04-də **34 nömrə ilə qeydə alınmış doğum akt qeydində gedən səhvə düzəliş edilməklə qızı İlahə Salahovanın ata qrafasında ata (Ramin) adının Ramil yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, ərizəçi ərizəsində Maraqlı şəxs tərəfindən tərtib edilmiş 04.*2.20*8-ci il tarpixli, **34 nömrəli doğum akt qeydində gedən səhvə düzəliş edilməklə qızı İlahə Salahovanın ata qrafasında ata (Ramin) adının Ramil kimi yazılmasını tələb edir. Bu da inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasından (məcburetmə haqqında iddia) ibarət olmaqla həmin tələbə baxılması inzibati məhkəməyə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda hesab edirəm ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinn tələbinə görə ərizə məhkəmə qaydasında və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi hazırki tələblə bağlı Şirvan İnzibati məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar