Məhkəmə qərarları › İş №2(041)-866/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-866/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-866/2025 03.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası Dadayev Salimdən miras qalmış, Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində Kürdəmir rayon Mollakənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 3 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün verilmiş 1200 kv.metr həyətyanı torpaq sahəsində Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 52 nömrəli sərəncamına əsasən inşa edilmiş 4 otaqlı, 77,84 kv.metr sahəsi olan mənzildən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, Kürdəmir rayonu, Mollakənd kəndində yeni istifadəyə verilmiş 4 otaqdan ibarət 5 nömrəli binada 77.84 kv.m mənzil sahəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 2008-ci il 29 mart tarixli 52 nömrəli sərəncamına əsasən 6 nəfər ailə üzvü ilə X1 5 nömrəli order verilmiş və mənzil özəlləşdirilməmişdir. Hazırda mənzil dövlət mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçının miras əmlak kimi göstərdiyi yaşayış sahəsi dövlət mülkiyyətində olduğuna görə ona izah edilir ki, yetkinlik yaşına çatmış digər ailə üzvlərinin razılıqları əsasında həmin mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına (balans saxlayan dövlət qurumuna, yerli icra hakimiyyətinə və sair) müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar