Məhkəmə qərarları › İş №2(041)-867/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-867/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-867/2023 14.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 Əskər qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarına əsasən mərhum anası X5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və onun birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 2,34 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarı ilə mərhum anası X5 başda olmaqla 9 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,34 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara xx.xx.1999-ci il tarixli, JN-158 KOD 90616018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların birgə mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birgə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan anası X5 vəfat etmiş, digər qardaşı Cavabdeh7 isə hazırda rayon ərazisində yoxdur. Birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə sahəsində anası vəfat edəndən sonra ailə üzvləri arasında mübahisə yaranmışdır. O, birgə mülkiyyətdə olan torpaq sahəsindən payına düşən hissəni özü ayrı istifadə etmək qərarına gəlmiş və bu fikrini digər ailə üzvlərimə də bildirmişdir. Lakin birgə mülkiyyətçi olan ailə üzvlərindən anası Xəlilova Zəminə vəfat etdiyindən, həmçinin qardaşı Cavabdeh7 hazırda rayon ərazisində olmadığına görə birgə mülkiyyətdə olan torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmamışdır. Hazırda birgə mülkiyyətdə olan torpaq sahəsindən ailə üzvləri birlikdə istifadə edirlər. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarına əsasən mərhum anası X5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 və onun birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 2,34 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarı ilə mərhum anası X5 başda olmaqla 9 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,34 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara xx.xx.1999-ci il tarixli, JN-158 KOD 90616018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birgə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan anası X6 vəfat etmiş, digər qardaşı Cavabdeh7 oğlu isə hazırda rayon ərazisində yaşamır. Birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə sahəsində digər ailə üzvləri arasında mübahisə yaranmışdır. Onlar birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarına düşən hissəni özləri ayrılıqda istifadə etmək qərarına gəlmiş və bu fikrlərini digər ailə üzvlərinə də bildirmişlər. Lakin birgə mülkiyyətçi olan ailə üzvlərindən anası X6 vəfat etdiyindən, qardaşı Cavabdeh7 isə hazırda rayon ərazisində olmadığına görə ümumi mülkiyyətdə olan torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmamışdır. Hazırda birgə mülkiyyətdə olan torpaq sahəsindən ailə üzvləri birlikdə istifadə edirlər. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh6, Cavabdeh4 və Xəlilova X7 Rövşən Əskər oğlu ilə eyni məzmunda izahat verib iddia tələbini qəbul etdiklərini bildirib birgə mülkiyyətlərində olan torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh7 Əsgər oğluna məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh göstərilən ünvanda yaşamadığına görə məhkəmə bildirişləri Azərpoçtun Kürdəmir rayon şöbəsi tərəfindən üzərində müvafiq qeyd aparılmaqla məhkəməyə qaytarılmış, həmçinin Kürdəmir rayon İHB-nin Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 50 nömrəli arayışından görünür ki, Cavabdeh7 hazırda nümayəndəliyin ərazisində yaşamır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-158 KOD 90616018 nömrəli Dövlət aktının surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli 08 nömrəli qərarına əsasən X5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən 2,34 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, AZ-İ 898188 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 50 nömrəli arayışından görünür ki, Xəlilov X3 rayonu, Xırdapay kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda rayon ərazisində yaşamır. Məhkəmə iddiaçıların və cavabdehlərin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarı ilə mərhum anası X5 başda olmaqla 9 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,34 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara xx.xx.1999-ci il tarixli, JN-158 KOD 90616018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların birgə mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birgə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan anası X5 vəfat etmiş, digər qardaşı X4 isə hazırda rayon ərazisində yoxdur. Birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə sahəsində anası vəfat edəndən sonra ailə üzvləri arasında mübahisə yaranmışdır. O, birgə mülkiyyətdə olan torpaq sahəsindən payına düşən hissəni özü ayrı istifadə etmək qərarına gəlmiş və bu fikrini digər ailə üzvlərimə də bildirmişdir. Lakin birgə mülkiyyətçi olan ailə üzvlərindən anası Xəlilova Zəminə vəfat etdiyindən, həmçinin qardaşı Cavabdeh7 hazırda rayon ərazisində olmadığına görə birgə mülkiyyətdə olan torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmamışdır. Hazırda birgə mülkiyyətdə olan torpaq sahəsindən ailə üzvləri birlikdə istifadə edirlər. İş materiallarından görünür ki, İddiaçı mərhum anası başda olmaqla 9 nəfərlik ailə üzvləri, İddiaçı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7 Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən verilmiş 2,34 hektar torpaq sahəsi onların ümumi mülkiyyətindədir. Ümumi mülkimyyətdə olan torpaq sahəsindən istifadə sahəsində ümumi mülkiyyətçilərin arasında mübahisə yaranmış və həmin torpaq sahəsinin ümumi mülkiyyətçilərin hər birinin paylarının müəyyən edilməsi zərurəti yaranmışdır. İş materiallarından görünür ki, ümumi birgə mülkiyyətdə olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində olan 2,34 hektar ölçüdə olan mübahisəli torpaq sahəsindən ailə üzvləri hazırda birlikdə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə mərhum X5 başda olmaqla 9 nəfərlik ailə üzvləri, İddiaçı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7nın ümumi mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 2,34 hektar torpaq sahəsindən onların hər birinin payı 0,26 hektar hissədə müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsində pay sahibi X5 vəfat etdikdən sonra mübahisəli torpaq sahəsindən qalan ailə üzvləri birlikdə istifadə etdiklərindən, iş üzrə digər Cavabdeh7 isə hazırda rayon ərazisində yaşamamaqla miras qalmış əmlakı qəbul etməmiş və miras əmlakın qəbul edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakıbaşqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsinəmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qtismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ona görə də məhkəmə hesab edir ki, mərhumlar X2 Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 2,34 hektar torpaq sahəsində müəyyən edilmiş payları hazırda Xırdapay kəndində yaşayan övladları (vərəsələri) İddiaçı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,34 hektar torpaq sahəsindən İddiaçı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 hər birinin payı 0,312 hektar hissədə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 hər birinin payı 0,26 hektar hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,34 hektar torpaq sahəsindən İddiaçı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 hər birinin payı 0,312 hektar hissədə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 hər birinin payı 0,26 hektar hissədə müəyyən edil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar