Məhkəmə qərarları › İş №2(041)-869/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-869/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-869/2025 03.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq mübahisəsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zahid oğlunun onların ailəsinə məxsus pay torpağında inşa edilmiş yaşayış evi və tikililər sökülərək 50 sot torpağı onların istifadəsinə verilməsi və bu illər ərzində 50 sotun hər il gəliri mütəxəssislər tərəfindən hesablanaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlavə sənədlərin toplanması və yenidən məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi. Cavabdeh ərizənin təmin edilərək sənədlərin iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı torpaq mübahisəsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar