Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-881/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi səxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşıqnmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, mərhumlar X4, X5 və onların ümumi mülkiyyətində olan Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 7,7544 hektar torpaq sahəsindən hər birinin payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 21 sentyabr tarixli qərarı ilə 9 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 7,7544 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara JN-524 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdə DƏDRX-dən Çıxarış almışlar. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birgə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan X4 və X5 vəfat etmiş, Cavabdeh5 isə hazırda rayon ərazisində yaşamır. Birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə sahəsində digər ailə üzvləri arasında mübahisə yaranmışdır. Onlar birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarına düşən hissəni özləri ayrı istifadə etmək qərarına gəlmiş və bu fikrlərini digər ailə üzvlərinə də bildirmişlər. Lakin birgə mülkiyyətçi olan ailə üzvlərindən X4 və X5 vəfat etdiyindən, Cavabdeh5 isə hazırda rayon ərazisində olmadığına görə ümumi mülkiyyətdə olan torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmadığına görə məhkəmə müdafiəsindən istifadə edib ümumi mülkiyyətdə olan 7,7544 hektar torpaq sahəsi üzərində paylarını müəyyən etdirmək qərarına gəlmişlər. Hazırda həmin torpaq sahəsindən qardaşı Qədirlə birlikdə istifadə edirlər. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi səxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, mərhumlar X4, X5 və onların ümumi mülkiyyətində olan Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 7,7544 hektar torpaq sahəsindən hər birinin payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 ilə eyni məzmunda izahat verib Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi səxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşıqnmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, mərhumlar X4, X5 və onların ümumi mülkiyyətində olan Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 7,7544 hektar torpaq sahəsindən hər birinin payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 21 sentyabr tarixli qərarı ilə 9 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 7,7544 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara JN-524 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Sonradan həmin torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdə DƏDRX-dən Çıxarış almışlar. Mübahisəli torpaq sahəsi onların ümumi mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birgə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan X4 və X5 vəfat etmiş, Cavabdeh5 isə rayon ərazisində yaşamır. Birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə sahəsində digər ailə üzvləri arasında mübahisə yaranmışdır. Onlar birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarına düşən hissəni özləri ayrılıqda istifadə etmək qərarına gəlmiş və bu fikrlərini digər ailə üzvlərinə də bildirmişlər. Lakin birgə mülkiyyətçi olan ailə üzvlərindən X4 və X5 vəfat etdiyindən, Cavabdeh5 isə hazırda rayon ərazisində olmadığına görə ümumi mülkiyyətdə olan torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh4 ilə eyni məzmunda izahat verib iddia tələbini qəbul etdiklərini bildirib birgə mülkiyyətlərində olan torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh5 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh göstərilən ünvanda yaşamadığına görə məhkəmə bildirişləri Azərpoçtun Kürdəmir rayon şöbəsi tərəfindən üzərində müvafiq qeyd aparılmaqla məhkəməyə qaytarılmış, həmçinin Kürdəmir rayon İHB-nin Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 529 nömrəli arayışından görünür ki, Cavabdeh5 hazırda nümayəndəliyin ərazisində yaşamır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində 7,7544 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində İddiaçı1 adına qeydiyyata alınmışdır. Həmin çıxarışın Hüquq sahibləri bölməsində İddiaçı1, İddiaçı2, Cavabdeh4 Haqqıpaşa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X6, X5 və Cavabdeh5 hər birinin ümumi birgə payı olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli, AZ-İ 530747 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, AZ-İ 958789 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nin Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 529 nömrəli arayışından görünür ki, Cavabdeh5 hazırda rayon ərazisində yaşamır. Məhkəmə iddiaçıların və cavabdehlərin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 21 sentyabr tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 9 nəfərdən ibarət ailə üzvlərinin birgə mükiyyətinə Kürdəmir rayonunun Yenikənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 7,7544 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara JN-524 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdə DƏDRX-dən Çıxarış almışlar. Torpaq sahəsi onların ümumi mülkiyyətinə veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən birgə istifadə etmişlər. Hazırda birgə mülkiyyətçi olan X4 və X5 vəfat etmiş, Cavabdeh5 isə hazırda rayon ərazisində yaşamır. Birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə sahəsində digər ailə üzvləri arasında mübahisə yaranmışdır. Onlar birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarına düşən hissəni özləri ayrı istifadə etmək qərarına gəlmiş və bu fikrlərini digər ailə üzvlərinə də bildirmişlər. Hazırda ümumi mülkiyyətdə olan torpaq sahəsində İddiaçı1 və Cavabdeh3 birlikdə istifadə edirlər. Lakin birgə mülkiyyətçi olan ailə üzvlərindən X4 və X5 vəfat etdiyindən, Cavabdeh5 isə hazırda rayon ərazisində olmadığına görə ümumi mülkiyyətdə olan torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmamış və ümumi mülkiyyətdə olan 7,7544 hektar torpaq sahəsi üzərində paylarını müəyyən etdirmək qərarına gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı1 başda olmaqla 9 nəfərlik ailə üzvləri, İddiaçı2, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X6, X5 və Cavabdeh5 Kürdəmir rayonu Yenikənd kəndi ərazisindən verilmiş 7,7544 hektar torpaq sahəsi onların ümumi mülkiyyətindədir. Ümumi mülkimyyətdə olan torpaq sahəsindən istifadə sahəsində ümumi mülkiyyətçilərin arasında mübahisə yaranmış və həmin torpaq sahəsinin ümumi mülkiyyətçilərin hər birinin paylarının müəyyən edilməsi zərurəti yaranmışdır. İş materiallarından görünür ki, ümumi birgə mülkiyyətdə olan Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində olan 7,7544 hektar ölçüdə olan mübahisəli torpaq sahəsindən hazırda İddiaçı1 və Cavabdeh3 birlikdə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı1 başda olmaqla 9 nəfərlik ailə üzvləri, İddiaçı2, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X6, X5 və Cavabdeh5 ümumi mülkiyyətində olan Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən 7,7544 hektar torpaq sahəsindən onların hər birinin payı 0,8616 hektar hissədə müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsində pay sahibləri X6 və X5 vəfat etdikdən sonra mübahisəli torpaq sahəsindən İddiaçı1 və Cavabdeh3 birlikdə istifadə etdiklərindən, iş üzrə digər Cavabdeh5 isə hazırda rayon ərazisində yaşamamaqla miras qalmış əmlakı qəbul etməmiş və miras əmlakın qəbul edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakıbaşqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsinəmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qtismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ona görə də məhkəmə hesab edir ki, mərhumlar X6 və X1 Kürdəmir rayonu Yenikənd kəndi ərazisiqndə yerləşən 7,7544 hektar torpaq sahəsində müəyyən edilmiş payları İddiaçı1 və Cavabdeh3 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşənümumi birgə mülkiyyətdə olan 7,7544 hektar torpaq sahəsindən İddiaçı1 ilə Cavabdeh3 hər birinin payı 1,7232 hektar hissədə, İddiaçı2, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 hər birinin payı 0,8616 hektar hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 7,7544 hektar torpaq sahəsindən İddiaçı1 ilə Cavabdeh3 hər birinin payı 1,7232 hektar hissədə, İddiaçı2, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 hər birinin payı 0,8616 hektar hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-881/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-881/2023
06.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver