Məhkəmə qərarları › İş №2(041)-883/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-883/2023

27.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-883/2023 27.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı qeyri yaşayış binasının boşaldılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Cavabdeh məxsus Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən, ümumi sahəsi 0.30 kv.m olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət reystrində qeydə alınmışdır. Ona görə də Cavabdeh Kürdəmir rayon, Xırdapay kəndində yerləşən 0.30 ha torpaq sahəsini boşaldaraq İddiaçı Asc-yə təhvil verilməsi, iddianın verilməsi üçün ödənilmiş 100.00 manat pulun İddiaçı ASC-nin xeyrinə cavabdehdən tutulmasına haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-nə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərib işə onların iştirakı olmadan baxılmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit götürmüş, lakin kredit borcunu vaxtında ödəyə bilmədiyinə görə mülkiyyətində olan və Kürpdəmir rayonunun Xırdapay kəndində yerləşən ümumi sahəsi 0,30 kv.metr torpaq sahəsi xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə satılmış və həmin torpaq sahəsi hazırda İddiaçı ASC-nin mülkiyyətindədir. O, banka olan kredit borcundan 1700 manat banka ödəmiş, qalan borcu isə maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Hazırda banka qalan kredit borcunu yaxın vaxt ərzində ödəyəcəyini bildirib iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli İcra qeydindən görünür ki, Cavabdeh ona məxsus ipoteka predmeti olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,30 ha torpaq sahəsinə tutma yönəldilmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsədlələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Məhkəmə Cavabdeh izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Cavabdeh məxsus Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən, ümumi sahəsi 0.30 kv.m olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət reystrində qeydə alınmışdır. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görəəgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh Kərimov X2 rayon, Xırdapay kəndində yerləşən 0.30 ha torpaq sahəsini boşaldaraq İddiaçı ASC-yə təhvil verilməli və iddianın verilməsi üçün ödənilmiş 100.00 manat pul İddiaçı ASC-nin xeyrinə cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Kürdəmir rayon, Xırdapay kəndində yerləşən 0.30 ha torpaq sahəsi boşaldaraq İddiaçı ASC-yə təhvil verilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 100.00 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar