Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-891/2025 03.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisi) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında xüsusu icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X10 və xx.xx.2005ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0,68 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X10 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0,68 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə tam hissədə pay əldə etmək üçün vərəsəliyin qəbulu müddətinin bərpa eilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. X2 xx.xx.2005-ci il tarixdə, atası X10 isə xx.xx.2023cü il tarixdə vəfat etmişlər. Ailədə iki qardaş, 2 bacı olmaqla, bacıları Surə ilə Gülnaz ailə qurmaqla hazırda öz ailə üzvləri ilə birlikdə onlardan ayrı olmaqla Kürdəmir rayonunun Xırdapay kəndində yaşayırlar. X5 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdi. X2 vəfat etdikdən sonra mərhum atası X10 onunla bildikdə yaşamışdır. Atası vəfat etdikdən sonra onlardan miras qalmış və Kürdəmir ryonu, Xırdapay kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatı 0,68 ha torpaq sahəsini qəbul etmiş və hazırda da həmin torpaq sahəsindən özü istifadə edir. Digər vərəsələr bacıları-Maraqlı şəxs2 və Maraqlı şəxs3 mərhum valideynlərindən miras qalmış 0,68 ha torpaq sahəsini qəbul etməmiş və miras əmlakdan heç bir pay tələb etməyəcəklərini bildirmişlər. O 2025-ci ilin fevral ayında mərhum valideynləri-atası X10 və annası X3 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etsə də, mirasın qəbul müddətini ötürdüyünü, vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyi tövsiyyə edərək bu barədə ona məktub vermişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun olaraq izahat verdi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmaqla ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Kürdəmir Regional “Asan Xidmət” Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - torpağa mülkiyyət hüququna dair JN-577 nömrəli dövlət aktından məlum olur ki, Kürdəmir AİK-nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş 0.68 ha torpaq sahəsi xx.xx.1999-cu il tarixdə X10 və X4 adına dövlət aktı qeydiyyatı kitabında 564 nömrəsi ilə qeydiyyata alınmışdır. - Kürdəmir rayon Xırdapay kənd İnzibatə ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli AZ-İİ 309766 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə “durğunluq ürək çatışmazlığı”dan vəfat etmişdir. - Kürdəmir rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 157231 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə “baş beyin infaktı”dan vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ 993970 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə “essensial hipertenziya, kəskin miokard infaktı”dan vəfat etmişdir. - Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 136 nömrəli arayışlardan görünür ki, mərhum atası X1 rayonu Xırdapay kəndində onunla birlikdə yaşamış və xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mərhum vəfat etdikdə ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçi onun varisləri qalmışdır. - Kürdəmir regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi oğluna ünvanlanmış 99 nömrəli məktubda xx.xx.2005-ci il tarixdə ölmüş X3 və xx.xx.2023-cü il tarixdə ölmüş X6 miras qalmış əmlaka dair vərəsəlik müddətini ötürdüyündən, digər vərəsələrin qəbulu müəyyən edilməsi mümkün olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. - Maraqlı şəxs1ndə imzalanmış ərizədən görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs3 X7 və X6 qalmış əmlakdan onlara çatası vərəsəlik payını qəbul etməmiş və bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. İşin faktiki hallarından məlum olur ki, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0.68 ha torpaq sahəsi xx.xx.1999-cu il tarixdə X10 və X4 adına dövlət aktı qeydiyyatı kitabında 564 nömrəsi ilə qeydiyyata alınmışdır. X10 xx.xx.2023-cü il tarixdə, X7 xx.xx.2005-ci il tarixdə ölmüş, Ərizəçi xx.xx.2025-ci ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, atası və X2 və X14 miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin qəbul müddəti ötürüldüyündən, digər vərəsələrin qəbulu müəyyən edilməsi mümkün olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin xx.xx.2005-ci ilə kimi mövcud olan 1246-cı maddəsində qeyd edilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Ərizəçi vəfat etmiş valideynlərinin adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, mülkiyyətdə olan daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi digər tələbləri də əhatə etdiyindən, iddia tam olaraq təmin edilmiş hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-ci maddəsində göstərilir ki, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə faktlara baxır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2023-ciü il tarixdə ölmüş X6 və xx.xx.2005-ci il tarixdə ölmüş X3 miras qalmış, Kürdəmir rayonu Xırdapay kənd ərazisində yerləşən 0.68 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2023-ciü il tarixdə ölmüş X6 və xx.xx.2005-ci il tarixdə ölmüş X3 miras qalmış, Kürdəmir rayonu Xırdapay kənd ərazisində yerləşən 0.68 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-891/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-891/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver