Məhkəmə qərarları › İş №2(041)-896/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-896/2025

01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-896/2025 01.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X20 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisi) miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış, Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinatı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçi ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Karrar kəndində yaşayır. X2 xx.xx.1996-cı ildə, anası X5 xx.xx.2010cu il tarixdə, bibiləri X18 xx.xx.2013-cü il tarixdə, X19 isə xx.xx.2017-ci il tarixdə ölmüşlər. Mərhum atasının qardaşı X10 xx.xx.2001-ci il tarixdə ölmuşdür. Digər qardaşları X6 və X4 isə ayrı-ayrılıqda hazırda Bakı şəhərində özlərinə məxsus evdə yaşayırlar. Mərhum nənəsi X7 ölənə kimi mərhum atasının himayəsində onlarla birlikdə yaşamış, atası vəfat etdikdən sonra isə ölənə kimi, yəni xx.xx.2002-ci il tarixə kimi onun himayəsində olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Mərhum nənəsi X3 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarına əsasən Kürdəmir rayonunun Karrar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,13 ha torpaq sahəsi verilmişdir. Mərhum nənəsi həmin torpaq sahəsini vəfat edənə kimi onunla birlikdə istifadə etmiş, nənəsinin ölümündən sonra həmin torpaq sahəsini qəbul etmiş və hazırda da həmin torpaq sahəsindən istifadə edir. Digər vərəsələr olan və hazırda Bakı şəhərində yaşayan qardaşlar. X8 və X4 mərhum nənəsi X1 miras qalmış 1.13 ha torpaq sahəsini qəbul etməmiş və miras əmlakdan heç bir pay tələb etməyəcəklərini bildirmişlər. Ərizəçi 2023-ci ildə mərhum nənəsi X1 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etsə də, mirasın qəbul müddətini ötürdüyü bildirib vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyi tövsiyyə edərək bu barədə ona məktub vermişlər. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etmiş, mirasın qəbul müddətini ötürdüyü üçün onun yeganə vərəsə təyin edilməsindən imtina edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Kürdəmir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin notariusu E.Əfəndiyevin xx.xx.2023-cü il tarixli cavab məktubunda Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə cavab olaraq mirasın qəbul müddəti ötürüldüyü üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçi xüsusi iddia icraatı qaydasında xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış, Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinatı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Məhkəmə hesab etmişdir ki, hüquq barəsində mübahisə olduğu hallarda Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Məhkəmə qeyd edir ki, xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına əsasən, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün aşağıdakı şərtlərin olmasının zəruriliyi qeyd edilmişdir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçiyə izah edilir ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış, Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinatı torpaq sahəsinə dair onun yeganə vərəsə kimi qəbul edilməsi vərəsələrin dairəsi müəyyən edilmədən, həmin vərəsələrin miras əmlakla bağlı münasibətlərini ifadə edən notarial qaydada təsdiq edilmiş razılıqlarının olmaması və digər məsələlərin hüquq haqqında mübahisənin olmaması qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələbi məhkəmə tərəfindən icraata qəbul edildiyindən, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 261.0.1, 263.1, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi (maraqlı şəxs Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi) mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar