Məhkəmə qərarları › İş №2(041)-899/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-899/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-899/2025 17.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış, Kürdəmir rayonun Mollakənd kəndində yerləşən 0.32 hektar pay torpağı üzrə miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əlavə sənədlərin toplanması və yenidən məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi (Maraqlı şəxs) vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar