Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-900/2024 15.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxs qismində cəlb edilməklə vərəsə kimi tanınma barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X3 ərəzi ilə məhkəməyə müraciət edərək 23.**.2020-ci il tarixdə vəfat etmiş X* vərəsəsi qismində Ərizəçi tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.*-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırki iddia tələblərində ərizəçi **.2020-ci il tarixdə vəfat etmiş X* vərəsəsi qismində tanınmasını tələb etdiyi halda, mübahisələndirdiyi daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi ərizəsinin forma və məzmununa riayət etməklə göstərilən çatışmamazlığın aradan qaldırılması üçün 2 dəfə vaxt verilməsinə baxmayaraq, göstərilən nöqsan aradan qaldırılmamışdır. İddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının MPM-nin *49.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 259.0.*2-ci maddəsində qeyd edilmişdir ki, ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.0.*—*50.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.*2, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X2 Maraqlı şəxs qismində cəlb edilməklə vərəsə kimi tanınma barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-900/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-900/2024
15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver