Məhkəmə qərarları › İş №2(041)-944/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-944/2023

10.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-944/2023 10.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütanasib surətdə bölüşdürülməsi tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.metr yaşayış evinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, 2020-ci ildə nikahları Kürdəmir rayon məhkəməsi tərəfindən pozulmuşdur. Ər-arvad kimi 10 ilə yaxın bir yerdə yaşayıblar. Cavabdehlə birgə yaşadıqları müddətdə 2019-cu ilin yanvar ayında Kamran 15000 manata ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m, yaşayış sahəsi 30.3 kv.m, yardımçı sahəsi 20.5 kv.m olan 2 otaqlı mənzil almış, bu barədə ona məlumat verməmişdir. 2021-ci ildə Kürdəmir rayon məhkəməsində iddia qaldıraraq birgə nikah dövründə əldə etdikləri mənzilin ona düşən hissəsindən payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1282/2021 saylı qətnaməsi ilə həmin mənzil üzərində cavabdehlə payları ½ hissədə müəyyən edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən həmin mənzil üzərində payına düşən ½ hissəyə ƏMDK yanında DƏDRX-nin dövlət reystrindən xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Çıxarışda həmin mənzilin ümumi sahəsi 50.8 k.v metr göstərilsə də birgə nikah dövründə cavabdeh orada təmir işləri apararaq həmin mübahisəli evin ərazisini genişləndirib 4 otaqdan ibarət etmişdir. Hazırda evin real bazar qiyməti 30000 manat yuxarı qiymətləndirilir. Cavabdehlə aramızda bağlanmış nikah ləğv edildikdən sonra o, həmin mənzili kirayə verib və xeyli miqdarda kirayə pulu alır. Cavabdehlə həmin mənzil üzərində mülkiyyət hüququ əldə etsə də öz mülkiyyətindən istifadə edə bilmir. İddiaçı mülkiyyətində olan həmin mənzili satmaq qərarına gəlib. Bununla bağlı cavabdehə təklif göndərmiş, cavabdeh ona 7000 manat pul vercəyini bildirmişdir Lakin cavabdehən həmin pulu qəbul etməyib. Belə ki, evin real dəyəri olan 15000 manatı tələb edir. İddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş matariallarına əlavə edilmiş: - ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə İddiaçı , ½ hissədə Cavabdeh payları müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1282/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m, yaşayış sahəsi 30.3 kv.metr yardımçı sahəsi 20.5 kv. metr olan 2 otaqlı mənzil hər birinə düşən payları ½ hissədə müəyyən edilmişdir. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(041)-629/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2011-ci il tarixdə qeydə alınnmış nikahlarıl pozulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatı və işdə olan sənədləri tədqiq edib, toplanmış sübutlara məcmusu ilə qiymət verərək aşağıdakıları bildirməyi zəruri hesab edir. İddiaçı hazırki iddiasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m, yaşayış sahəsi 30.3 kv.m, yardımçı sahəsi 20.5 kv.m olan 2 otaqlı mənzilin açıq hərracda satılımasını və satış pulunun onların arasında onların paylarına mütənasib surətdə bölüşdürlməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi birgə nikah dövründə əldə edildiyi üçün onların ümumi birgə mülkiyyəti sayılır və məhkəmənin qətnaməsinə əsasən həmin ev tərəflər arasında bölünmüş və həmin mənzilə çıxarış əldə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. - 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37-ci maddəsinə, görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. -220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. -221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. - 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. - 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. - 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. - 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. - 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. - 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. - 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Hazırki iş üzrə də, mübahisəli daşınmaz əmlak üzərində tərəflərin payları bərabərdir, cavabdehin iddiaçıya təklif etdiyi kompensasiya onu qane etməmiş, mənzildən iddiaçının istifadəsi məhdudlaşdırılmış, iddiaçının nümayəndəsinin ifadəsinə görə hazırda orada cavabdehin yerləşdirdiyi kirayənişinlər qalır. Beləliklə, məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan 2 otaqlı mənzil açıq hərracda satılmalı, onun satışından əldə olunmuş pul mülkiyyətçilər arasında hüquq sahiblərinin payına uyğun olaraq bərabər şəkildə bölünməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyətlərində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan 2 otaqlı mənzil açıq hərracda satılsın, satışdan əldə olunmuş pul mülkiyyətçilər arasında hüquq sahiblərinin payına uyğun olaraq bərabər şəkildə bölünsün. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar