Məhkəmə qərarları › İş №2(041)-961/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-961/2023

21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-961/2023 21.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi1 və X7 iştirakları ilə Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 08 noyabr 1998-ci il tarixli, 09 saylı qərarı ilə ailələrinin ümumi mülkiyyətinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD-90610048 nömrəli Dövlət aktının onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərdilər ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 09 saylı qərarı ilə Kürdəmir rayonunun Təklə kəndi ərazisindən onların ailəsinin ümumi mülkiyyətinə 2,61 hektar pay torpaq sahəsi verilmişdir. Pay torpaq sahəsindən 1998-ci ildən istifadə edirlər. Lakin buna baxmayaraq bu günə qədər həmin dövlət aktında adlarının səhv yazılmasına fikir verməmişlər. Belə ki, adı Ərizəçi2 olmasına baxmayaraq aktda səhvən X1, Ərizəçi1 olmasına baxmayaraq aktda səhvən X10 və Ərizəçi3 olmasına baxmayaraq X2 yazılıb. Bu günə qədər həmin sənədin düzgün olmamasına fikir verməmişlər. Hazırda mülkiyyətlərində olan pay torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparmaq istəyirlər. Lakin məlum olmuşdur ki, həmin torpaq sahəsində onların adları səhv yazılmışdır. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 08 noyabr 1998-ci il tarixli, 09 saylı qərarı ilə ailələrinin ümumi mülkiyyətinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0009 KOD-90610048 nömrəli Dövlət aktının onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər ərizəçilər Ərizəçi1 və Ərizəçi3 Ərizəçi2 ilə eyni məzmunda izahat verib Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 08 noyabr 1998-ci il tarixli, 09 saylı qərarı ilə ailələrinin ümumi mülkiyyətinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD-90610048 nömrəli Dövlət aktının onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD-90610048 nömrəli Dövlət aktının surətindən görünür ki, X5, X10 və X8 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Kürdəmir rayonu Təklə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,61 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra hakimiyyəti başçısının Yenikənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Kürdəmir rayonu Mürtülü bələdiyyəsinin və Kürdəmir rayon İcra Hakimiyyətinin aparatı tərəfindən təstiq edilmiş 27 mart 2023-cü il tarixli aktınından görünür ki, X5, X10 və X11 əslində - Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3dur və Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD-90610048 nömrəli Dövlət aktı məhs Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsusdur. İş materiallarına əlavə edilmiş və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Ərizəçi1 göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1665/2023 nömrəli məktubdan görünür ki, torpaq sahəsinin JN-0009 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, dövlət aktında göstərilən məlumatlar baza məlumatları ilə eynidir və X5, X10 və X11 torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-0009 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən qeydiyyata alınmışdır. Ərazi idarəsinin elektron baza məlumatlarında X5, X10 və X6 adlarının səhv qeyd edildiyinə barədə çatışmazlıqlar aidityyəti üzrə aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, işdə olan sənədləri təqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonunun Təklə kəndi ərazisindən ərizəçilərin ailəsinin ümumi mülkiyyətinə 2,61 hektar pay torpaq sahəsi verilmişdir. Pay torpaq sahəsindən 1998-ci ildən istifadə edirlər. Lakin buna baxmayaraq bu günə qədər həmin dövlət aktında adlarının səhv yazılmasına fikir verməmişlər. Hazırda mülkiyyətlərində olan pay torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparmaq istəyirlər. Lakin məlum olmuşdur ki, həmin torpaq sahəsində onların adları səhv yazılmışdır. Bununla bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsində rəsmiləşdirmək istəyərkən Torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçilərin Ərizəçi2 olmasına baxmayaraq aktda səhvən X1, oğlu Ərizəçi1 olmasına baxmayaraq aktda səhvən X10 və Ərizəçi3 olmasına baxmayaraq X2 yazılıb. Dövlət aktında ərizəçilərin adları düzgün yazılmadığına görə yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmələri izah edilmişdir. Ərizəçilər yanlışlığı aradan qaldırmaq üçün həmin idarəyə müraciət etdikdən sonra onlara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ərizəsi təmin edilməli və Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X3, X10 və X6 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD- 90610048 nömrəli Dövlət aktının Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X3, X10 və X6 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD-90610048 nömrəli Dövlət aktının Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar