Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-964/2023 01.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Mrirzalı oğlu ərizə ilə məhkəməyə müraciət edərək qızı X6 20.*0.2009-cu il tarixdə Kürdəmir rayonunda doğulması barədə Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**ci il tarixli, *796 nömrəli doğum akt qeydində düzəliş edilməklə onun *7 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmənin *2.07.2023-cü il tarixli, 2(04*)-964/2023 nömrəli qərardadına əsasən məhkəmə-bioloji ekspertizası təyin edilmiş və rəy verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X*7” X30 müəssisəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X*7” X30 tərəfindən tərtib edilmiş 05.*0.2023-cü il tarixli, canlı şəxsin 400 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X*7” X29 25.*0.2023-cü il tarixli, 44*5 n nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və **.*0.2023cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Kürdəmir rayonunun Ərəbqubalı kəndində doğulmuş və hazırda Çöl-Qubalı kəndində yaşayır. O, 2000-ci ildə X*0 ilə evlənib ailə qurmuş, lakin nikahlarını *4 may 20**-ci il tarixdə qeyd etdirmişlər. Onlar ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə *2.05.200*-ci il tarixdə Xanım, *7.0*.2007-ci il tarixdə Rövşanə, 24.04.20**-ci il tarixdə Ümid adlı üç uşaqları olmuşdur. *2.05.200*-ci il tarixdə doğulan Xanım adlı qızı ilə *7.0*.2007-ci il tarixdə doğulmuş Rövşanə adlı qızları ev şəraitində doğulmuşlar. *7.0*.2007-ci il tarixdə doğulan Rövşanə adlı qızı doğulandan sonra ona doğum haqqında şəhadətnamə onun doğulmasından 5 il artıq müddət keçəndən sonra, yəni 28.09.20**-ci il tarixdə alınmış və şəhadətnamədə onun doğum tarixi doğulduğu *7.0*.2007-ci il göstərilməli olduğu halda səhv olaraq 20.*0.2009-cu il tarix kimi qeyd edilmişdir. Buna səbəb uşaqları doğularkən onunla arvadının arasında rəsmi nikah qeydinin olmaması olmuşdur. Qızı Rövşanə *7.0*.2007-ci il tarixdə ev şəraitində doğulmuş və doğuşda anası və yaxın qohum qonşular iştirak etmişlər. Doğuşda iştirak edən şahidlər və doğuşda iştirak edən şahidlər bunu təsdiq edə bilərlər. Qızı Rövşanəyə doğum haqqında şəhadətnamə alarkən şəhadətnamədə onun doğum tarixinin səhv yazılmasına o, özü və başqa ailə üzvlərindən heç biri fikir verməmişlər. Rövşanəyə 08.**.20*6-cı il tarixdə şəkilsiz şəxsiyyət vəsiqəsi alanda da onun doğum tarixinin səhv yazılmasına fikir verməmişlər. Hazırda qızı Rövşanəyə yeni şəxsiyyət vəsiqəsi almaq istəyir və bununla bağlı aidiyyəti orqana müraciət edərkən Rövşanənin doğum haqqında şəhadətnaməsində və onun əvvəlki, üzərində fotoşəkli olmayan şəxsiyyət vəsiqəsində onun doğum tarixinin səhvən 20.*0.2009-cu il kimi qeyd olunduğunu görmüşdür. Onlar qızı Rövşanənin ad gününü hər ilin yanvar ayının *7-də qeyd edirlər. Rövşanə özü də doğum tarixinin səhv geyd edilməsindən çox narahatdır. Onun doğum tarixinin səhv qeyd edilməsini onun xarici görnüşündən, yəni sifət cizgilərindən də müəyyən etmək olar. Qızı Rövşanənin doğum tarixinin səhv olaraq 20.*0.2009-cu il kimi qeyd edilməsi onun hüquqlarını kobud surətdə pozmaqla Rövşanəyə çox pis təsir edir. O, özü də doğum tarixinin doğulduğu gün, yəni *7.0*.2007-ci il kimi qeyd edilməsini istəyir. Ona görə də qızı X6 20.*0.2009-cu il tarixdə Kürdəmir rayonunda doğulması barədə Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində düzəliş edilməklə onun *7 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsin ə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, O, 2000-ci ildə Ərizəçi ilə evlənib ailə qurmuş, lakin nikahlarını *4 may 20**-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Onlar ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə *2.05.200*-ci il tarixdə Xanım, *7.0*.2007-ci il tarixdə Rövşanə, 24.04.20**-ci il tarixdə Ümid adlı üç uşaqları olmuşdur. *2.05.200*-ci il tarixdə doğulan Xanım adlı qızı ilə *7.0*.2007-ci il tarixdə doğulmuş Rövşanə adlı qızları ev şəraitində doğulmuşlar. *7.0*.2007-ci il tarixdə doğulan Rövşanə adlı qızı doğulandan sonra ona doğum haqqında şəhadətnaməni doğulandan 5 il sonra, yəni 28.09.20**-ci il tarixdə almışlar. Şəhadətnamə alınarkən qızı Rövşanənin doğum tarixi doğulduğu *7.0*.2007-ci il göstərilməli olduğu halda, səhv olaraq 20.*0.2009-cu il tarix kimi qeyd edilmiş və şəhadətnamə alınarkən həmin səhvə fikir verməmişlər. Qızı Rövşanə *7.0*.2007-ci il tarixdə ev şəraitində doğulmuş və doğuşda qaynanası və yaxın qohum qonşular iştirak etmişlər. Doğuşda iştirak edən şahidlər şahidlər bunu təsdiq edə bilərlər. Rövşanəyə 08.**.20*6-cı il tarixdə də şəkilsiz şəxsiyyət vəsiqəsi alanda onun doğum tarixinin səhv yazılmasına fikir verməmişlər. Hazırda qızı Rövşanəyə yeni şəxsiyyət vəsiqəsi almaq üçün aidiyyəti orqana müraciət edərkən Rövşanənin doğum haqqında şəhadətnaməsində və onun əvvəlki, üzərində fotoşəkli olmayan şəxsiyyət vəsiqəsində onun doğum tarixinin səhvən 20.*0.2009-cu il kimi qeyd olunduğunu görmüşlər. Onlar qızı Rövşanənin ad gününü hər ilin yanvar ayının *7-də qeyd edirlər. Rövşanə özü də doğum tarixinin səhv geyd edilməsindən çox narahatdır. X3* adlı qızının doğulmasından təxminən 5 il sonra, yəni 2007-ci ilin yanvar ayında doğulmuşdur. Qızı Rövşanənin doğum tarixinin səhv qeyd edilməsini onun xarici görnüşündən, yəni sifət cizgilərindən də müəyyən etmək olar. Qızı Rövşanənin doğum tarixinin səhv olaraq 20.*0.2009-cu il kimi qeyd edilməsi onun hüquqlarını kobud surətdə pozmaqla Rövşanəyə çox pis təsir edir. Qızı Rövşanə də doğum tarixinin doğulduğu gün, yəni *7.0*.2007-ci il kimi qeyd edilməsini istəyir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, o, Rövşanənin valideynləri ilə yaxın qonşuluqda yaşayır və onlarla münasibətləri həmişə mehriban olmaqla birbirlərinin evinə gedib gəlirlər. Ərizəçi ilə X2 Xanım Rövşanə və Ümid adlı üç uşaqları var. Rövşanə 2007-ci ilin yanvar ayının *7-də doğulub. 2007-ci ilin yanvar ayında onun da uşağı doğulmuş və Rövşanə ilə aralarında 3 gün fərq olmuşdur. Buna görə Rövşanənin doğulduğu tarix onun yadında qalmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X*5 ifadləsində göstərdi ki, o, Rövşanənin nənəsidir. Rövşanə 2007-ci ilin yanvar ayının *7 də ev şəraitində doğulmuş və doğuşda özü iştirak etmiş uşağı da özü tutmuşdu. Rövşanə doğulandan 5 il sonra ona doğum haqqında şəhadətnamə alınmış və həmin vaxt Rövşanənin atası ilə anasının nikahları qeyd edilmədiyinə görə onun doğulduğu tarix səhvən 20.*0.2009-cu il kimi göstərilmişdir. Rövşanə 200*-ci ildə doğulan bacısı Xanımdan 5 il sonra, yəni 2007-ci ildə doğulmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, o, Kürdəmir RİHB-nin Ərəbqubalı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Ərizəçi öz ailə üzvləri ilə birlikdə Çöl Qubalı kəndində yaşayır. Onun 3 uşağı var. Eşitdiyinə görə Rövşənin Rövşanə adlı qızı 2007-ci ilin yanvar ayında ev şəraitində doğulub. Doğuş zamanı uşağı tutan qadın isə vəfat edib. Rövşanənin özündən böyük bacısı ondan təxminən 3 yaş böyükdür. Məhkəmə iclasında anası X3 iştirakı ilə dindirilmiş X*2 göstərdi ki, məktəbə gedərkən oxuduğu sinifdə oxuyan uşaqlar ondan yaşca kiçik olduqlarına görə utanıb onlarla btirlikdə oxumamış və bir daha məktəbə getməmişdir. İş materiallarına əlavə edilmiş *4.05.20**-ci il tarixli, AZ-İ 6*6625 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında *4.05.20**-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş *0.08.2004-cü il tarixli, AZ-İ 487584 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 ilə X* birgə nikahlarından *2.05.200*-ci il tarixdə Xanım adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş 28.09.20**-ci il tarixli, AZ-İİ 75*332 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X*3 ilə X* birgə nikahlarından 20.*0.2009-cu il tarixdə Rövşanə adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş 28.09.20**-ci il tarixli, AZ-İİ 75*333 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 ilə X* birgə nikahlarından 24.04.20**-ci il tarixdə Ümid adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş X*9 tərəfindən X7 verilmiş xx.xx.2023-cü il tarixli, 3* nömrəli Tibbi arayışdan görünür ki, onun qızı X** 2007-ci ilin yanvar ayının *7-də ev şəraitində doğularkən doğuşda qaynanası X*6 iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X*7” X29 05.*0.2023-cü il tarixli, 400 nömrəli (canlı şəxsin ekspertizası) ekspert rəyinə əsəsən, X6 dəri örtüyünün cizgilərinə, antropometrik ölçüləri və göstəricilərinə, anamnestik məlumatlarına, ailə-məişət və fiziki inkişaf göstəricilərinə əsaslanaraq onun sümük inkişaf yaşının *6-*6,5 ilə uyğun gəldiyi göstərilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, o, Kürdəmir rayonunun Ərəbqubalı kəndində doğulmuş və hazırda Çöl-Qubalı kəndində yaşayır. O, 2000-ci ildə X*0 ilə evlənib ailə qurmuş, lakin nikahlarını *4 may 20**-ci il tarixdə qeyd etdirmişlər. Onlar ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə *2.05.200*-ci il tarixdə Xanım, *7.0*.2007-ci il tarixdə Rövşanə, 24.04.20**-ci il tarixdə Ümid adlı üç uşaqları olmuşdur. *2.05.200*-ci il tarixdə doğulan Xanım adlı qızı ilə *7.0*.2007-ci il tarixdə doğulmuş Rövşanə adlı qızları ev şəraitində doğulmuşlar. *7.0*.2007-ci il tarixdə Rövşanə adlı qızı doğulandan sonra ona doğum haqqında şəhadətnamə onun doğulmasından 5 il artıq müddət keçəndən sonra, yəni 28.09.20**-ci il tarixdə alınmış və şəhadətnamədə onun doğum tarixi doğulduğu *7.0*.2007-ci il göstərilməli olduğu halda səhv olaraq 20.*0.2009-cu il tarix kimi qeyd edilmişdir. Buna səbəb uşaqların doğularkən onunla arvadının arasında rəsmi nikah qeydinin olmamsı olmuşdur. Qızı Rövşanə *7.0*.2007-ci il tarixdə ev şəraitində doğulmuş və doğuşda anası və yaxın qohum qonşular iştirak etmişlər. Doğuşda iştirak edən şahidlər və doğuşda iştirak edən şahidlər bunu təsdiq edirlər. Qızı Rövşanəyə doğum haqqında şəhadətnamə alarkən şəhadətnamədə onun doğum tarixinin səhv yazılmasına o, özü və başqa ailə üzvlərindən heç biri fikir verməmişlər. Rövşanəyə 08.**.20*6-cı il tarixdə şəkilsiz şəxsiyyət vəsiqəsi alanda da onun doğum tarixinin səhv yazılmasına fikir verməmişlər. Hazırda qızı Rövşanəyə yeni şəxsiyyət vəsiqəsi almaq istəyir və bununla bağlı aidiyyəti orqana müraciət edərkən Rövşanənin doğum haqqında şəhadətnaməsində və onun əvvəlki, üzərində fotoşəkli olmayan şəxsiyyət vəsiqəsində onun doğum tarixinin səhvən 20.*0.2009-cu il kimi qeyd olunduğunu görmüşdür. Onlar qızı Rövşanənin ad gününü hər ilin yanvar ayının *7-də qeyd edirlər. Rövşanə özü də doğum tarixinin səhv geyd edilməsindən çox narahatdır. Onun doğum tarixinin səhv qeyd edilməsini onun xarici görnüşündən, yəni sifət cizgilərindən də müəyyən etmək olar. Qızı Rövşanənin doğum tarixinin səhv olaraq 20.*0.2009-cu il kimi qeyd edilməsi onun hüquqlarını kobud surətdə pozmaqla Rövşanəyə çox pis təsir edir. O, özü də doğum tarixinin doğulduğu gün, yəni *7.0*.2007-ci il kimi qeyd edilməsini istəyir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə dindirilmiş şahid X*5 ifadəsində Rövşanənin 2007-ci ilin yanvar ayının *7-də ev şəraitində doğulmasını, doğuşda özü iştirak edib uşağı özünün tutmasını göstərsədə məhkəmədə şahidl qismində dindirilmiş Ərəbqubalı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyən X9 ifadəsində Rövşanə doğularkən doğuşda iştirak edib onu tutan şəxsin öldüyünü eşitdiyini bildirmişdir. Həmçinin iş üzrə dindilmiş şahid X*0 ifadəsində ziddiyyətili məqamlara məhkəmə tənqidi yanaşır və həmin ifadələri iş üzrə sübut kimi qəbul etmir. Belə olan halda məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrində ziddiyyətli məqamlar olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X*7” X29 05.*0.2023-cü il tarixli, 400 nömrəli (canlı şəxsin ekspertizası) ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin *03.*-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin *03.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-964/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-964/2023
01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver