Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-972/2025 30.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Şahbazova Göyçək Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X6 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş qardaşı X7 miras qalmış Kürdəmir şəhəri, Koroğlu küçəsi, 16 ünvanda, 5,33 sot torpaq sahəsində yerləşən 191 kv.metr sahədən ibarət fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə hazırda ünvan 1 ünvanında yaşayır. X3 xx.xx.1997-ci il tarixdə, X6 xx.xx.1999-cu il tarixdə vəfat etmişlər. Onlar ailədə 5 qardaş, 5 bacı olmuşlar. X1 xx.xx.1983-cü ildə, X19 xx.xx.2009-cu ildə, X12 xx.xx.2015-ci ildə, bacıları X28 xx.xx.2009-cu ildə, X26 xx.xx.2017-ci ildə vəfat etmişlər. X3 vəfat edəndən sonra xx.xx.1997-ci il tarixdə digər ailə üzvlərinin razılığı ilə mərhum X6 və mərhum qardaşı X9 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər qardaş-bacıları- X13, X20, X21 və X29 öz ailə üzvləri ilə birlikdə özlərinə məxsus olan evlərdə yaşayırlar. Anası öləndən sonra mərhum qardaşı X19 ölənə kimi yəni xx.xx.2009-cu il tarixə kimi onun himayəsində ünvan 2 ünvanında yaşamışdır. Qardaşı Sənan öləndən sonra isə həmin ünvanda hal-hazırda o, öz ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum qardaşı X19 öləndən sonra mərhum anasından və ondan qalan miras əmlakı o, qəbul edib idarə etmiş və hazırda da idarə edir. Digər qardaş-bacıları-X13, X20, X21 və X29 miras əmlakı qəbul etməmiş və bu barədə notariat qaydasında ərizələrini də təqdim etmişlər. Mərhum X6 və mərhum qardaşı X7 miras qalmış Kürdəmir şəhəri, Koroğlu küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evini öz adına sənədləşdirmək üçün X46 xidmət mərkəzində notariat ofisinə müraciət edərkən ona qəbul müddətinin ötürüldüyünü bildirib vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Kürdəmir Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarında olan: - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Kürdəmir rayonu, Koroğlu küçəsində 16 nömrəli evdə yerləşən 1993-cü ildə tikilmiş, kubik daşından, örtüyü şiferli, ümumi sahəsi 191 kv.m., yaşayış sahəsi 96 kv.m., 533 kv.m. torpaq sahəsində yerləşən dörd otaqdan ibarət evə dair X5 vərəsələri X22 və X19 (arvadı və oğlu) xx.xx.1997-ci il tarixdə bərabər hissələrdə miras almışlar. - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invetnarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, 1983-cü ilin fevral ayında X5 xeyrinə ev sahibliyinə dair 490 №-li sənədləşmə aparılmışdır. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xx-xx/2025 nömrəli arayışdan görünür ki, X27 vəfat edən günə qədər nikah bağlamamışdır. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X30 xx.xx.2009-cu il tarixdə qaraciyər serrozundan vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1983-cü il tarixdə mioneroid infarktından vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,X15 xx.xx.1954-cü il tarixdə Kürdəmir rayonu, Şüşün kəndində doğulmuşdur. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X16 xx.xx.1957-ci il tarixdə Kürdəmir rayonu Şüşün kəndində doğulmuşdur. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.1971-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1956-cı il tarixdə Kürdəmir rayonu Şüşün kəndində doğulmuşdur. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X26 xx.xx.2017-ci il tarixdə ağciyər, ürək çatışmamazlığından vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ 435422 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ 435423 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1999-cu il tarixdə kəskin ürək damar çatmamazlığından vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ 435424 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2009-cu il tarixdə qaraciyər serrozundan vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ 705457 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə qida borusunun xərçəngindən vəfat etmişdir. -Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 245 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanda 5.33 sot torpaq sahəsində 191 m2 fərdi yaşayış evi vardır və həmin ünvanda yaşayır. -Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 224 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum anası X2 şəhəri, Koroğlu küçəsi 16 saylı ünvanda yaşamış, xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra ailə üzvləri (varisləri)- Ərizəçi, X20, X29, X21 və X13 qalmışdır. -Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi ünvanlanmış 142 nömrəli məktubda xx.xx.1999-cu il tarixində ölmüş X25 və xx.xx.2009-cu il tarixdə ölmüş X7 miras qalan əmlaka dair vərəsəlik müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin arxiv rəisi Fuad Əkbərov tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X4 ünvanlanmış 286/25 nömrəli məktubdan görünür ki, 20 avqust 1997-ci il tarixdə 2B-246 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. - “Asan Xidmət” mərkəzinin notariat ofislərində təsdiqlənmiş ərizələrindən görünür ki, X20, X21, X13 və X17 xx.xx.2009-cu il tarixdə vəfat etmiş X9 məxus əmlakdan heç bir iddia və tələbləri yoxdur. İşin faktiki hallarından məlum olur ki, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ərizəçinin anası və qardaşına məxsusdur. Hüquq sahibi olan Əzət və Sənan vəfat etmişdir. Ərizəçi xx.xx.2025-ci ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək X6 və qardaşı X7 miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin qəbul müddəti ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-ci maddəsində göstərilir ki, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə faktlara baxır. Hazırki iş üzrə ərizəçi X6 və qardaşı X7 miras qalmış Kürdəmir şəhəri, Koroğlu küçəsi, 16 ünvanında yerləşən 5.33 ha torpaq sahəsində yerləşən 191 kv.metr sahədən ibarət fərdi yaşayış evinin onun tərəfindən miras əmlak qismində qəbulu faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, X6 və qardaşı X7 qalan mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 və qardaşı X7 miras qalmış Kürdəmir şəhəri, Koroğlu küçəsi, 16 ünvanında yerləşən 5.33 ha torpaq sahəsində yerləşən 191 m2 sahədən ibarət fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-972/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-972/2025
30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver