Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1001/2021 15.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şəmkir şəhəri, Ağdağlar yaşayış massivində yerləşən, hazırda Cavabdeh yaşadığı bir otaq, bir mətbəx və yarımtikilidən ibarət fərdi yaşayış evinə köçürülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh onun gəlinidir. Cavabdehlə onun oğlu X5 03.02.2015-ci il tarixdə ailə qurmuşlar. Onların ailə münasibətlərindən bir övladları doğulmuşdur. X11 16 sentyabr 2020-ci ildə ünvan 1 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini böyük oğlu X1 30000 manata almışdır. Onlar arasında notarial qaydada alğı-satqı olmasa da, faktiki olaraq Şirzad həmin torpaq sahəsini və onun üzərində yerləşən iki otaqdan ibarət fərdi yaşayış evini kiçik X11a təhvil vermiş, Şirzad isə bunun qarşılığında Vüqara 30000 manat pul vermişdir. 18 sentyabr 2020-ci il o, oğlu Vüqar, onun arvadı Tünzalə və azyaşlı övladı İdrislə birlikdə həmin evə köçmüşlər. Eyni zamanda Vüqar onların Gədəbəy rayonu, Xarxar kəndində yerləşən evlərini başqa şəxsə satmışdır. Lakin onlar Gədəbəy rayonu, Xarxar kəndindən qeydiyyatdan çıxmamışlar. X5 İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra onlar 02 sentyabr 2021-ci il tarixədək Şəmkir şəhəri, Ağdağlar yaşayış massivində yerləşən həmin bir otaq, bir mətbəx və yarımtikilidən ibarət fərdi yaşayış evində birlikdə yaşamışlar. Lakin sonradan aralarında baş vermiş mübahisə zamanı cavabdeh onu evdən çıxsrmışdır Hal-hazırda onun yaşamağa yerim yoxdur. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı Gədəbəy rayonu, Xarxar kəndində yerləşən fərdi yaşayış evini sataraq, bütün övladlarına çatası payı vermişdir. Hazırda iddiaçının iddia etdiyi evi X5 almışdır. X5 şəhid olduqdan sonra iddiaçının evi olmadığı üçün ona mərhəmət göstərmiş uzun müddət onun yanında yaşamışdır. Lakin aralarında mübahisə olduğundan iddiaçı ona məxsus evdən getmişdir. Hazırda iddiaçı ilə münasibətləri pisdir və eyni evdə yaşaya bilməzlər. Onun əri müharibədə şəhid olmuşdur və ona şəhid ailəsi kimi başqa bir ev verilmişdir. O, iddia tələbinin təmin edilməməsi haqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun anasıdır. Cavabdeh onların gəlini olmuş, anası X5 və cavabdehlə birlikdə yaşamışdır. Onların Gədəbəy rayonunun Xarxar kəndində yerlən fərdi yaşayış evi satmış və Şəmkir rayonunun Ağdağlar kəndində ev almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X2 surətindən görünür ki, X5 08.11.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Beləliklə, cavabdehlə iddiaçının oğlu X5 03.02.2015-ci il tarixdə ailə qurmuşlar. Onların ailə münasibətlərindən bir övladları doğulmuşdur. İddiaçının X11 qarşılıqlı razılıq əsasında Gədəbəy rayonu, Xarxar kəndində yerləşən valideynlərinə məxsus evi satmış və əldə edilmiş vəsaitlə 16 sentyabr 2020-ci ildə ünvan 1 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini almışdır. İddiaçı, oğlu Vüqar və cavabdeh olan gəlini ilə birlikdə həmin evə köçmüş, orada yaşamış, evə sahiblik etmiş, evdən istifadə etmişdir. Bununla da onun həmin evə istifadə hüququ yaranmışdır. Onun Həmin evə köçürülməməsi və yaşamaması üçün heç bir əsas müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı Şəmkir şəhəri, Ağdağlar yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Şəmkir şəhəri, Ağdağlar yaşayış massivində yerləşən, bir otaq, bir mətbəx və yarımtikilidən ibarət fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1001/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1001/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver