Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1003/2020 27.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı 1934-cü il tarixdə doğulmuş və xx.xx.2013-ci il tarixdə ölmüş X8 onunla qohumluq münasibətdə olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum X14 atası, X15 isə onun əmisidir. Mərhum əmisi X1 Gülgəz İsa qızı ilə evlənmişlər. Onlar birlikdə yaşadıqları müddətdə övladları olmamışdır. Onlar vəfat edən günə qədər Gədəbəy rayonunun Arusu kəndində yaşamışlar. X6 xx.xx.2013-cü il tarixdə, onun həyat yoldaşı X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 isə xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Mərhum X6na məxsus mülkdə o yaşayır. O, əmisindən qalmış əmlakı öz adına rəsmiləşdirmək istəsə də, əmisi ilə qohumluq münasibətləri aşkar edilmədiyi üçün mümkün olmamışdır. Bu səbəbdən Maraqlı şəxsnə müraciət etmiş, ona imtina məktubu verilmiş və qohumluq münasibətində olması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Onun qohumluq faktının müəyyən edilməsi mülki hüquqlarının həyata keçirilməsi ilə əlaqədar zəruridir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək, bildirmişdir ki, ərizəçinin qohumudur. X4 ərizəçinin əmisi olmuşdur. Ərizəçinin əmisi və atasının ataları İsa olmuşdur. X8 övladı olmamış, onu Ərizəçi saxlamışdır Valideynlərinin savadsızlığı nəticəsində ərizəçinin əmisi və atasına doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 eyniməzmunlu ifadə verdimişdir. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuş, atası qrafasında X14 qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X7 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş məktubun surətindən görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonu, Arısı kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırmaları ilə 1934-cü il tarixdə doğulmuş və xx.xx.2013-ci il tarixdə ölmüş X8 Ərizəçi əmisi olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi, ərizəçinin mülki hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 1934-cü il tarixdə doğulmuş və xx.xx.2013-ci il tarixdə ölmüş X8 Ərizəçi ilə qohum olması, yəni, X8 Ərizəçi əmisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1003/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1003/2020
27.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver