Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1009/2023 16.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona Gədəbəy rayon Rüstəm Əliyev kənd soveti tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AZ-378138 saylı doğum haqqında şəhadətnamədə qeyd edilmiş xx.xx.1963-cü il doğum tarixinin xx.xx.1959-cu il olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Gədbəy rayonu, Çalburun kəndində anadan olmuşdur. Onun valideyinləri 1957-ci il tarixdə faktiki olaraq evlənmişdir. 1963-cü il tarixdə onun ikinci qardaşı anadan olmuş və körpə olan zaman ölmüşdür. Onun valideynləri savadsız olduğundan ona verilmiş doğum haqqında şəhadətnamədə doğum tarixi səhvən xx.xx.1963-cü il kimi qeyd etdirmişlər. O, 1959-cu il tarixdə Gədəbəy rayonu, Çalburun kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 1975-ci il tarixdə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Bu barədə ona Çalburun kənd tam orta məktəbi tərəfindən xx.xx.1975-ci il tarixdə ona 8-ci sinifi bitirməyinə dair şəhadətnamə verilmişdir. Lakin onun digər sənədlərində doğum tarixi səhvən 1963-cü il kimi qeyd edilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamədə olan yanlışlığın düzəldilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat orqanı tərəfindən xx.xx.2023-cü il tarixli 05/09-528-15/23 saylı imtina arayışı verilmiş və qeyd etmişdir ki, ona verilmiş doğum haqqında şəhadətnamədə hər hansı bir yanlışlığın düzəldilməsi ancaq məhkəmə səlahiyyətinə aiddir. Odur ki, ona verilmiş doğum haqqında şəhadətnamədə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını istəyir. X2 məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1959-cu il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuşdur. O, ərizəçi ilə birlikdə Gədəbəy rayonu, Çalburun kənd 8 illik məktəbində paralel siniflərdə oxumuşlar və məktəbi 1975-ci il tarixdə bitirmişlər. X1 məhkəmə iclasında bildirdi ki, ərizəçi 1959-cu il tarixdə anadan olmuşdur. Ərizəçi anadan olduqdan sonra atası qonaqlıq vermişdir. Ərizəçinin 1959-cu il tarixdə anadan olmasını təsdiq edir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi doğum tarixi “xx.xx.1963-cü il” kimi qeyd edilmiş, atası qrafasında X8, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 nikahlarını xx.xx.1983-cü il tarixdə bağlamışlar. İşdə olan səkkizillik təhsil haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Çalburun kəndi səkkizillik məktəbində oxumuş və 1975-ci il tarixdə bitirmişdir. İşdə olan Gədəbəy rayonu Çalburun kənd Səhrab Pirverdiyev adına tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 1967-ci ildə Gədəbəy rayonu, Çalburun kənd 8 illik məktəbinin birinci sinifinə daxil olmuş, 1975-ci ildə isə həmin məktəbin 8-ci sinifini bitirmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmaması səbəbindən onun doğum akt qeydində doğum tarixinə düzəliş edilməsinə dair ərizəsinin qeydiyyat orqanında təmin edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərində doğum tarixi kimi xx.xx.1963-cü il tarix qeyd edilmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1963-cü il tarixdə deyil, xx.xx.1959-cu il tarixdə anadan olduğunu və doğum haqqında şəhadətnamədə texniki səhv olaraq doğum tarixinin xx.xx.1963-cü kimi qeyd edildiyi bildirmiş və xx.xx.1959-cu il tarixdə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində doğum tarixi kimi xx.xx.1963-cü il tarix qeyd edilməsinə baxmayaraq sonuncu 1967-ci ildə Gədəbəy rayonu, Çalburun kənd 8 illik məktəbinin birinci sinifinə daxil olmuş, 1975-ci ildə isə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 1963-cü il tarixdə anadan olmuş bir şəxsin 1967-ci ildə məktəbə getməsi inandırıcı görünmür və onunla bir sinifdə oxumuş şəxslər 1959-cu il tarixdə anadan olmuş şəxslər olmuşdur. Həmçinin məhkəmə iclasında iştirak edən şahidlər ərizəçinin 1959-cu il tarixdə anadan olmasını və 1967-ci ildə Gədəbəy rayonu, Çalburun kənd 8 illik məktəbinin birinci sinifinə daxil olmasını, 1975-ci ildə isə həmin məktəbin 8-ci sinifini bitirməsini təsdiq etdilər. Odur ki, ərizəçinin izahatı, şahid ifadələri və işdə olan sənədlər ərizəçinin xx.xx.1959cu il tarixdə doğulması faktının müəyyən edilməsinə kifayət qədər əsas verir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə sadalanan hüquq normalarının tələblərinə uyğun olaraq, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Gədəbəy rayonu Rüstəm Əliyev kənd sovetliyi tərəfindən 26 yanvar 1963-cü il tarixdə verilmiş AZ № 378138 seriyalı doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi kimi qeyd edilmiş xx.xx.1963-cü il tarixinin xx.xx.1959-cu il olması fakt müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1009/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1009/2023
16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver