Məhkəmə qərarları › İş №2(042)-101/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-101/2024

29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-101/2024 29.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı 03 fevral 1982-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində ölmüş X5 ilə 02 oktyabr 2002-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində ölmüş X2 onunla qohumluq münasibətində olması, yəni, X3 X2 atası olması hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 07 aprel 1079-cu il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuşdur. X6 onun atası, X5 ilə onun babası olmuşdur. X10 02 oktyabr 2002-ci il tarixdə, babası isə 03 fevral 1982-ci il tarixdə ölmüşdür. O, babasından qalmış mirası adına sənədləşdirmək istəyir. Bununla əlaqədar sənədlərini toplayan zaman məlum olmuşdur ki, atası X2 atalığı müəyyən edilməmişdir. Onun atası 18 may 1950-ci il tarixdə doğulmuş, həmin vaxt valideynlərinin rəsmi nikahları olmadığından doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır.Sonradan atasının valideynləri nikaha daxil olsalar da, onun atasının atalığı müəyyən edilməmişdir.Hazırda atası və babası vəfat etdiyindən atasının atalığını müəyyən etmək, bununlada atası ilə babasının qohumluq münasibətində olması, yəni onların ata-oğul olmasını müəyyən etmək mümkün deyildir. Atası ilə babasının qohumluq münasibətdə olması, yəni onların ata-oğul olmasının müəyyən edilməsi ona babasından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin atası X6, babası X5 olmuşdur. X6 ilə X5 ata-oğul olmuşlar. İşdə olan X1 surətindən görünür ki, X6 02 oktyabr 2002-ci il tarixdə, X5 isə 03 fevral 1982-ci il tarixdə ölmüşdürlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə Ərizəçi 03 fevral 1982-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində ölmüş X5 və 02 oktyabr 2002-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndidə ölmüş X2 onunla qohumluq münasibətində olması, yəni, X5 ilə X2 ataoğul olması, X3 ərizəçinin babası olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi 03 fevral 1982-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində ölmüş X5 ilə qohumluq münasibətində olması, yəni, onun atası X6 ilə X3 ata-oğul, X3 isə Ərizəçi babası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar