Məhkəmə qərarları › İş №2(042)-1026/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1026/2020

07.12.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1026/2020 07.12.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1934-cü il tarixə anadan olmuş mərhum X4nın xx xxxxxxxx 2019-cu il tarixdə ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, mərhum X12 onun doğma anasıdır. Anası X1 olan xəstəliklə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhum anasının cənazəsi Gədəbəy rayonu, İnəkboğan kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin o, X4nın ölməsinə dair ölüm şəhadətnaməsi almamışdır. Hazırda mərhum X4nın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün onun sənədləri notariat kontoru tərəfindən qəbul edilmir. Mərhum X4nın xx.xx.2019-cu il tarixdə ölümünün qeyd edilməməsi barədə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-11-392 saylı məktubunda bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. X2 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun əmisioğludur. 1934-cü il tarixə anadan olmuş mərhum X12 xx xxxxxxxx 2019-cu il tarixdə Gədəbəy rayonu, İnəkboğan kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfndə o da iştirak etmişdir. X6 məhkəmə iclasında X5 ilə eyni məzmunlu ifadə verərək X8 xx xxxxxxxx 2019-cu il tarixdə Gədəbəy rayonu, İnəkboğan kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 432 saylı arayışdan görünür ki, Kazımov X3 İƏD üzrə nümayəndəliyin 06 nömrəli təsərrüfatbaşına kitabının 52 səhifəsinə əsasən qeydiyyatdadır. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 477 saylı arayışdan görünür ki, X8 Ərizəçi başqa heç bir oğlu və qızı İnəkboğan kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda yoxdur və nümayəndəlik ərazisində yaşamır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qonşuluq aktından görünür ki, X12 xx xxxxxxxx 2019-cu il tarixdə Gədəbəy rayonu, İnəkboğan kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-11-392 nömrəli məktubdan görünür ki, mərhum X4nı ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 1934-cü il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, X12 xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmiş və Gədəbəy rayonu, İnəkboğan kənd qəbiristanlığında dəfn edilmişdir. Onun xx xxxxxxxx 2019-cu il tarixdə ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X8 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X8 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. XX.XX.1934-cü il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş X8 xx xxxxxxxx 2019-cu il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində xəstəlikdən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X11 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “xx xxxxxxxx 2019-cu il”, öldüyü yer kimi “Gədəbəy rayonu”, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar