Məhkəmə qərarları › İş №2(042)-1028/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1028/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1028/2023 11.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı Gədəbəy rayonu, Köhnəkənd kəndində yerləşən 1954-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evi və Gədəbəy Rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında ümumillikdə 0.30 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X9 onun atası, X10 isə anası olmuşlar. Atası 09 oktyabr 1983-cü ildə və anası 26 oktyabr 2017-ci il tarixdə ölmüşlər. Gədəbəy Rayon AİK-nin 23 sentyabr 1998-ci il tarixli, 10 saylı qərarı əsasında ümumillikdə 0.30 ha həyətyanı torpaq sahəsi mərhum anasına verilmişdir. Həmin torpaq sahəsində valideynlərinin fərdi yaşayış evi olmuşdur. Hazırda həmin evdə o, yaşayır və həmin təsərrüfatı idarə edir. O, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin Gədəbəy Rayon Notariat Ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Mirasqoyanın digər vərəsələri mirası qəbul etməkdən imtina edilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X21 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusur.Ərizəçinin atası X6 və anası X10 olmuşlar. Onlar vəfat etmişlər. Onların Gədəbəy rayonu, Köhnəkənd kəndində həyətyanı torpaq sahələri və həmin torpaq sahəsində yerləşən yaşayış evləri olmuşdur. Valideynlərinin ölümündən sonra evdə ərizəçi yaşamış, təsərrüfatı idarə etmidir. Məhkəmə iclasında dindirilmiş şahid X12 eynieyniməzmunlu ifadə vermişdir. İşdə olan Çıxarışdan görünür ki, X9 ilə X13 01 iyun 1961-ci il tarixdə nikah bağlamışlar.Nikah bağlandıqdan sonra arvad İsmayılova soyadını götürmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Dəyirmandağ Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, X2 rayonu, Qurudərə kəndində yaşamışdır. İşdə olan X11 surətindən görünür ki, X10 26 oktyabr 2017-ci il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X9 09 oktyabr 1983-cü ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X5 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə 2997.94 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Çıxarışdan görünür ki, Ərizəçi atası X9, anası isə X10 olmuşdur. İşdə olan Gədəbəy RİHB-nin İnəkboğan Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Gədəbəy rayonu, Köhnəkənd kəndində qeydiyyatdadır. İşdə olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X7, X16, X14 və X1 Gülarə Muxtar qızının adına olan miras əmlakı qəbul etməkdən imtina etmişlər. İşdə olan Arxiv Arayışından görünür ki, X4 adına 0.25 ha torpaq sahəsi və 1954-cü il inşa edilmiş ev qeyd edilmişdir. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 459nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Gədəbəy rayonu, Köhnəkənd kəndinin əraszisində mirasqoyan X5 2997.94 kvm həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsin və üzərində ərizəçinin valideynləri tərəfindən tikilmiş evə mirasqoyanın mülkiyyət hüququnun qeydə alınmasının gözləntisi olmuşdur. Yəni, həmin əmlak əslində mirasqoyanın mülkiyyətində olmuşdur. Mirasqoyan 26 oktyabr 2017-ci il tarixdə vəfat etmiş və həmin əmlaka miras açılmışdır. Ərizəçi həmin əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Digər vərəsələr mirası qəbul etməkdən imtina etmişlər. Ona görə də ərizə təmin edilməli, ərizəçi tərəfindən Gədəbəy rayonu, Köhnəkənd kəndində yerləşən mirasqoyan X5 məxsus olmuş 2997,94 kvm həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən Gədəbəy rayonu, Köhnəkənd kəndində yerləşən mirasqoyan X5 məxsus olmuş 2997,94 kvm həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar