Məhkəmə qərarları › İş №2(042)-1032/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1032/2023

24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1032/2023 24.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi cavabdeh Maraqlı şəxsna qarşı mərhum həyat yoldaşı X4 miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, həyat yoldaşı X9 Gədəbəy şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.2021-ci il tarixli, 6 saylı protokolu əsasında, eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1991-ci il tarixli 72 saylı qərarına uyğun olaraq fərdi yaşayış evini tikdirmək üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində onlar fərdi yaşayış evi tikmişlər. Həmin evin kommunal xərclərini onlar ödəmişlər. Həyat yoldaşı Azər Alıyev 06 dekabr 2020-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar şəhərində ölmüşdür. O, həyat yoldaşı vəfat etdikdən sonra miras qalmış əmlakla əlaqədar vərəsəlik şəhadətnaməsi almaq üçüm Maraqlı şəxsna müraciət etmiş, lakin ona imtina edilmişdir. O, 15 avqust 2020-ci il tarixdə Şəmkir Rayon Notariat Ofisinə müraciət etmiş və ona Şəmkir Rayon Notariat Ofisi tərəfindən də imtina məktubu verilmişdir. Torpaq sahəsi və ev uzun müddətdir ki, qanuni istifadəsindədir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusur.Ərizəçinin həyat yoldaşı Alıyev Azər olmuşdur. X14 Federasiyasının Krosnodar şəhərində ölmüşdür.Gədəbəy rayonu, Qumlu kəndində yerləşən torpaq sahəsində onlar birlikdə ev tikmişlər. Hazırda torpaq sahəsindən və evə ərizəçi istifadə edir. Məhkəmə iclasında dindirilmiş şahid X5 eynieyniməzmunlu ifadə vermişdir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Torpaq sahələrinin ayrılması haqqında” 26 yanvar 1991-ci il tarixli, 72 saylı qərarına əsasən Gədəbəy Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 07 mart 1991-ci il tarixli, 49 nömrəli qərarı ilə 15 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Gədəbəy Rayon XDS İcraiyyə Komitəsinin 28 iyun 19991-ci il tarixli 6 saylı Protokolundan Çıxarışdan görünürnür ki, X9 yaşayış evi tikmək üçün 0,05 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan 17 oktyabr 1991-ci il tarixli X7 dair Aktın Surətindən görünür ki, X9 fərdi yayaşış evi tikmək üçün 0.05 ha həyətyanı torpaq sahəsi təhkim edilmişdir. İşdə olan Arayışdan görünür ki, Əhmədova X1 şəhəri, X15 küçəsində 1996-cı il tarixdə inşa edilmiş evdə yaşayır. İşdə olan X3 görünür ki, X11 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Krosnador şəhərində ölmüşdür. İşdə olan Nikah haqqında Şəhadətnamədən görünür ki, X11 ilə Ərizəçi 22 mart 2019cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvad Əhmədova soyadında qalmışdır. İşdə olan X8 tərəfindən verilmiş Arayışdan görünür ki, Gədəbəy rayonu, Qumlu kənd sakini Ərizəçi mərhum həyat yoldaşı X9 təhkim edilmiş elektrik sayğacından istifadə edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən mаnеəsiz istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, mülkiyyətindən məhrum еdilə bilməz. “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Beləliklə, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. 16 iyul 1996-cı ildə qəbul еdilmiş “Tоrpаq İslаhаtı hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 9-10-cu mаddələrinə və “Vətəndаşlаrın qаnuni istifаdəsindəki tоrpаq sаhələrinin оnlаrın mülkiyyətinə vеrilməsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 10 yаnvаr 1997-ci il tаriхli 534 sаylı fərmаnınа əsаsən vətəndаşlаrın qаnuni istifаdəsindəki fərdi yаşаyış еvlərinin, həyətyаnı sаhələrin qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа qаnuni istifаdədə оlduğu ölçülər dахilində əvəzsiz оlаrаq оnlаrın mülkiyyətinə vеrilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün ərizəçinin əri mərhum X6 qanuni istifadəsinə verilmiş və ərişəçinin əri həmin torpaq sahəsində təyinatına uyğun olaraq, fərdi yaşayış evi tikmişdir. Yəni, onun həmin əmlaka mülkiyyət hüququnun qeydə alınmasına qanuni gözləntisi olmuşdur. Ərizəçinin əri 06. dekabr 2020ci il tarixdə ölmüşdür. Ərizəşi ərinin vəfatından sonra Gədəbəy rayonu,Qumlu kəndində yerləşən həmin əmlakı miras kimi qəbul etmişdir. Ona görə də ərizə təmin edilməli, ərizəçi tərəfindən X4 miras qalmış, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum əri X4 miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar