Məhkəmə qərarları › İş №2(042)-1036/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1036/2022

01.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1036/2022 01.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbi müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. Evinin istismara verilməsi barədə xx.xx.2012-ci il tarixli “Tikintisi başa çatmış obytektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı” tərtib edilmiş və akt Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Eləcə də evinin yerləşdiyi torpaq sahəsinə dair adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Hazırda ev onun sahibliyindədir. O, daşınmaz əmlakın dövlət reyestrində evini adına qeydiyyata aldırmaq istəyən zaman məlum olmuşdur ki, həmin evdə tanımadığı şəxslər qeydiyyatdadırlar. Həmin şəxslərin onun evində formal qeydiyyatda qalmaları ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Həmin şəxslər heç vaxt onun evimdə yaşamamış və onunla heç bir qohumluq əlaqəsi yoxdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onlara göndərilmiş bildirişlər onların həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci və 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpaq sahəsinin Planı və Ölçüsü Sənədinin surətindən görünür ki, İddiaçı Gədəbəy şəhərində 599.5 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Əsədov X1 şəhəri, Xocalı (Nizami) küçəsi, ev 29, ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. Həmin ev onun sahibliyində, evin yerləşdiyi torpaq sahəsi isə iddiaçının mülkiyyətindədir. İddiaçıya məlum olmuşdur ki, tanımadığı şəxslər, yəni, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ona məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdehlərin iddiaçının evində qeydiyyatda olmaları texniki səhv nəticəsində olmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçiliklər törədir. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarını olmaması müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və АzərbаycаnRеspublikаsıMPM-nin216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar