Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1048/2021 27.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Cavabdeh qarşı “evə köçürülümə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X7, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən, Cavabdeh yaşadığı, ümumi sahəsi 38 kv.m olan fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Gədəbəy rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(042)-1048/2021 saylı qərardadı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Cavabdeh qarşı “evə köçürülümə” tələbinə dair 2(042)-1048/2021 saylı mülki işin icraatına iddia tələbinin iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 aid olan hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh nənəsidir. Atası İddiaçı1 ilə anası İddiaçı3 ilə 1994-cü ildə ailə qurmuşlar. Ata və anasının birgə nikahlarından, o, xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Atası ailə qurmamışdan əvvəl eləcə də, ailə qurduqdan sonra nənəsi Cavabdeh yaşadığı, Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən evdə yaşamışdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 həmin evdə yaşayır. Həmçinin, o, həmin evdə anadan olmuş və böyümüşdür. Cavabdeh onu həmin evdə yaşamağa qoymur. Onun yaşamaq üçün başqa yeri yoxdur. Ona görə də, Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən, ümumi sahəsi 38 kv.m olan fərdi yaşayış evində yaşamaq hüququ olduğundan həmin evə köçürülməsini istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh onun anasıdır. O, İddiaçı3 ilə 1994-cü il tarixdə ailə qurmuşdur. O, ailə qurmamışdan əvvəl, eləcə də ailə qurduqdan sonra ailəsi ilə birlikdə Cavabdeh yaşadığı Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Anası Cavabdeh onlarla mübahisə edir və onların həmin evdə yaşamasına imkan vermir. O, İddiaçı3 və İddiaçı4 hazırda həmin fərdi yaşayış evində yaşayırlar. İddiaçılardan İddiaçı2 hazırda həmin evdə yaşamır. İddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat verdilər. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, hazırda Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən, ona məxsus, ümumi sahəsi 38 kv.m olan fərdi yaşayış evində yaşayır. İddiaçılardan İddiaçı1 onun oğlu, İddiaçı3 gəlini, İddiaçı4 və İddiaçı2 isə nəvələridir. İddiaçılardan İddiaçı1, İddiaçı3 və İddiaçı4 hazırda həmin evdə yaşayırlar. İddiaçılar ona baxmırlar. Hətta onu söyürlər. Ona görə də, iddiaçıların ona məxsus evdə yaşamalarını istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.09.2021-ci il tarixli, 227 saylı arayışdan görünür ki, İddiaçı1 03 nömrəli təsərrüfatbaşına kitabın 06-cı səhifəsinə əsasən onun aşağıdadı tərkibdə ailə üzvləri vardır: 1. Özü İddiaçı1; 2. Həyat/yoldaşı İddiaçı3; 3. qızı X12; 4. Oğlu İddiaçı4; 5. Oğlu İddiaçı2; 6. X2; 7. X1 21.09.2016. İşdə olan Gədəbəy rayonu İHB-nin Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.09.2021-ci il tarixli, 226 saylı arayışdan görünür ki, İddiaçı1 hal-hazırda Kəlaman kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 85 saylı arayışdan görünür ki, İddiaçı1 Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Poladlı kənd X14 Kəlaman kəndi üzrə 1991-1995-ci illərə dair 3 nömrəli təsərrüfatbaşına kitabının 105-ci hesabında qeydiyyatda olmaqla aşağıda göstərilən ailə üzvləri qeyd edilmişdir: 1. A\başçısı X18; 2. Arvadı Cavabdeh; 3. İddiaçı1;
4. X6; 5. X8; 6. X3; 7. Gəlini İddiaçı3. Torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 38 kv.m olan ev qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonu, Kəlaman kəndində yerləşmiş kənd təsərrüfatbaşına kitabda qeydə alınmış tikilidir. Mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu mübahisələndirilmir. Odur ki, həmin evin mövcud olmasını inkar etmək mümkün deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X5rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı2 mübahisəli fərdi yaşayış evində doğulmuş, orada böyümüş, həmin evdən istifadə etmişdir. Məhkəmə iclasında cavabdeh də bunu təkzib etməmişdir. Bununla da iddiaçının həmin evdə istifadə etmək hüquqları yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ tanınmalı və o həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı2 Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən, Cavabdeh yaşadığı, ümumi sahəsi 38 kv.m olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh alınıb İddiaçı2 verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Marif Kazımov