Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1048/2022 01.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli 77 saylı əmrinin ləğv edilməsi, onun öz əvvəlki iş yerinə yəni Maarif kənd tam orta məktəbin kargüzar vəzifəsinə işə bərpa olunması və buraxılmış günlər üçün əmək haqqının ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Gədəbəy rayon Maarif kənd tam orta məktəbinin sabiq direktoru M.Məmmədovun xx.xx.2007-ci il tarixli 331№-li əmri ilə Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin katibəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə xx.xx.2022-ci il tarixədək işləmişdir. İşlədiyi müddətdə iş yoldaşlarının arasında və müdiriyyət tərəfindən heç bir narazılıq və rəhbərlik tərəfindən heç bir töhmət və tapşırıq almamışdır. Hal-hazırda həmin məktəbdə direktor vəzifəsini icra edən Cavabdeh xəbəri olmadan onu işdən azad etmiş və onun işdən çıxma əmrində öz ərizəsi əsasında çıxması qeyd edilmişdir. Onun qanunsuz olaraq işdən çıxarılmasına etiraz etdiyini bildikdə cavabdeh yenidən bir əmir yazaraq onun yaş həddi çatdığı üçün işdən azad edildiyini qeyd etməklə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Direktor Cavabdeh onun ilkin əmək kitabçasını dəyişdirərək yeni əmək kitabçası yazmış və burada öz saxtakarlığını ört-basdır etmişdir. Onun doğum haqqında şəhadətnaməsində, eləcə də şəxsiyyət vəsiqəsində doğum tarixi XX.XX.1957-ci il kimi qeyd edilmişdir. Valideyinləri isə sağlığında onun xx.xx.1957-ci il tarixdə doğulduğunu bildirmişlər. Lakin valideyinlərin savadsızlığına görə onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində doğulduğu gün və ay qeyd edilməmişdir. Belə olan halda Cavabdeh onun yaş həddinin çatması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ƏM-nin "70"-ci maddəsinin "e" bəndini əsas gətirərək onu işdən azad etmişdir. Onun işdən azad edilməsinə dair direktor Cavabdeh əvvəlcədən heç bir xəbərdarlıq etmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə onu işdən azad etmişdir. Onun işdən azad olunması qanunsuzdur. Belə ki, ən azından o 2022ci ilin dekabr ayın sonuncu iş gününə kimi onun əmək müqaviləsinə xitam verilə bilməzdi. Lakin direktor öz vəzifə səlahiyyətlərindən suistifadə edərək onu işdən azad etmişdir. Halhazırda o öz əvvəlki iş yerinə bərpa olunmaq və buraxılmış günlər üçün əmək haqqının ödənilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, İddiaçı Gədəbəy rayonu Maarif kənd tam orta məktəbində katibə-makinaçı vəzifəsində işləmişdir. Qazax-Tovuz Regional Təhsil İdarəsindən onlara yaş həddi çatmış texniki işçilərin işdən azad edilməsi barədə göstəriş verilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsində doğum tarixi kimi XX.XX.1957-ci il qeyd edilmişdir. Cavabdehin doğulduğu ayı və günü dəqiq müəyyən etmək mümkün olmadığından onun yaş həddinin tamam olması xx.xx.2022-ci il hesab edilmiş və xx.xx.2022-ci il tarixli, 76 saylı əmrə əsasən, İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən azad edilmişdir. Hesab edir ki, əmr qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1957-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş və hazırda Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon İHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 482 saylı arayışdan görünür ki, Məmişova X1 İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 13 nömrəli təsərrüfatların uçotu kitabının 81-ci səhifəsində 1162 nömrəli şəxsi hesaba əsasən qeydiyyatdadır və halhazırda Maarif kəndində yaşayır. İşdə olan Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 13 sentyabr 2022ci il tarixli, 00-01-390/10 saylı arayışdan görünür ki, Gədəbəy rayonu Maarif kənd tam orta məktəbində katibə-makinaçı vəzifəsində çalışmış İddiaçı aylıq əmək haqqı 390 manat təşkil etmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2007ci il tarixdə Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin katibəsi vəzifəsinə təyin edilmişdir. Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli 76 №-li əmrinə əsasən İddiaçı – məktəbin kargüzarı çalışma yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 29 iyul 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş məktəbin 30 iyun 2022-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı – məktəbin kargüzarı çalışma yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 29 iyul 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş 24 sentyabr 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün hüququn məhkəmədə müdafiə olunmasının bəzi qaydaları, habelə iddia müddətlərinin tətbiqi məsələləri xüsusi əhəmiyyət kəsb etdiyinə görə aşağıdakılar nəzərə alınmalıdır. Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müddət müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə müvafiq olaraq hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Cavabdeh Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru tərəfindən iddiaçıya onun işdən azad olunması barədə əmrin (sərəncamın, qərarın), əmək kitabçasının surətinin vaxtında verildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmrin verildiyi tarixdən yəni, 30 iyun 2022-ci il tarixdən bir aydan artıq müddət keçməsinə baxmayaraq, iddiaçı iddia müddətini buraxmamışdır. Buna baxmayaraq, məhkəmə aşağıdakı əsaslara görə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Həmin maddənin «e» bəndinin tələblərinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 70-ci maddəsinin 3-cu bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər-hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz (maddə 76, bənd 2). Həmkarlar ittifaqı təşkilatı əmək müqaviləsinin ləğv üçün bu Məcəllədə nəzərdə tutulan əsasın düzgün tətbiq edildiyini, bu Məcəllənin 77-79-cu maddələrinin müvafiq normalarına əməl edildiyini, işçinin təqsirini və məsuliyyətini obyektiv və qərəzsiz araşdıraraq özünün yazılı qərarını üç gün müddətində işəgötürənə təqdim etməlidir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin katibəsi vəzifəsinə təyin edilmişdir. Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli 76 №-li əmrinə İddiaçı – məktəbin kargüzarı çalışma yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 29 iyul 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı əmək müqviləsinə xitam verilərkən, şəxsiyyət vəsiqəsindən doğulduğu ay və günü müəyyən etmək mümkün olmadığından, yaş həddi hesablanarkən yaş həddinin tamam olduğu müddət xx.xx.2022-ci il hesab edilmişdir. Göründüyü kimi, cavabdehin şəxsiyyət vəsiqəsində doğum tarixi kimi XX.XX.1957-ci il qeyd edilmişdir ki, bununla da cavabdehin doğulduğu ay və günü müəyyən etmək mümkün deyildir. Ona görə də, məhkəmə hesab edir ki, Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun doğulduğu ay və günü müəyyən etmək mümkün olmadığından yaş həddinin tamam olduğu müddət kimi xx.xx.2022-ci il hesab edilməklə düzgün qənaətə gəlinmişdir. Cavabdeh məhkəmədə xx.xx.1957-ci il tarixdə doğlulduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən 65 yaş həddinə çatmış dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilir. Göründüyü kimi, cavabdehin yaş həddi tamam olduğundan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da, cavabdeh işəgötürən tərəfindən düzgün olaraq işdən azad edilmişdir. Cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli 77 saylı əmrinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə hesab edir ki, Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən İddiaçı işdən azad edilməsi zamanı Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə dəqiq əməl edilmişdir. Odur ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa barədə tələbi əsassızdır. Məhkəmə, həmçinin, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsini araşdırır və hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə onu qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsasları kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmamışdan əvvəl mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı cavabdeh Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1048/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1048/2022
01.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver