Məhkəmə qərarları › İş №2(042)-1049/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1049/2021

28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1049/2021 28.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X2 oğlunun katibliyi ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək onun 12.02.1961-ci il tarixdə doğumun qeyd edilmə faktının müəyyən edilməklə, atası X4 anası isə X1 olması faktının müəyyən edilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, ərizəçi ərizəndə tələbini onun 12.02.1961-ci il tarixdə doğumun qeyd edilmə faktının müəyyən edilməsini dair qətnamə çıxarılmasını istəmişdir. Beləliklə, ərizəçi tələbini düzgün göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olur ki, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi o halda mümkündür ki, doğum haqqında şəhadətnaməsi təbii fəlakət və ya bədbəxt hadisə nəticəsində məhv olmuş olsun. Yəni şəxsin doğmu qeydə alınmış, lakin naməlum səbəbdən və ya fövqəladə hallarla əlaqədar bu qeydi tapmaq mümkün olmur. Lakin ərizənin məzmunundan aydın olur ki, doğum haqqında şəhadətnamə ümumiyyətlə alınmamışdır. Belə olan halda ərizəçi məhkəməyə doğum faktının müəyyən edilməsi tələbi ilə müraciət etməlidir. Məhkəmə hesab edir ki, tələb konkret və aydın olmadığından ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar