Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1051/2021 10.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikinti işlərinə qadağa qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmədə iddia qaldıraraq DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 14.02.2021-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 21.02.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.11 ha (ayrı-ayrılıqda 0.05 və 0.06 ha) torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində Cavabdeh apardığı tikinti işlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, o, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 14.02.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq onun adına qeydiyyata alınmışdır. Həmçinin, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21.02.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən, 0.06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq onun adına qeydiyyata alınmışdır. O, torpaq sahəsində özünə məxsus ev tikmişdir. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan cəmi 0.11 ha torpaq sahəsinə girərək torpaq sahəsində tikinti işləri aparır. Artıq, cavabdeh onun torpaq sahənə girərək apardığı tikintinin himi qazdırmış, daş və qum tökmüşdür. O, buna etiraz etdikdə cavabdeh ona “yaxşı edirəm, prinsipə sənin torpağında tikəcəm, elə edəcəm ki, sən orada ev tikməyinə peşman olacaqsan" demişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Bununla bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinə müraciət etmiş, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş və heç bir əsas olmadan şifahi olaraq ona cavabdehin apardığı tikintinin ona məxsus torpaq sahəsinə düşmədiyini bildirmişdir. Lakin bu barədə ona heç bir rəsmi sənəd təqdim edilməmişdir. O, hesab edir ki, cavabdeh qanunsuz olaraq onun torpaq sahəsini tutaraq tikinti işləri aparır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfındən verilmiş 14.02.2021 -ci il tarixli, RX seriyalı, ******* nömrəli və 21.02.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.11 ha (ayrı-ayrılıqda 0.05 və 0.06 ha) torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində Cavabdeh apardığı tikinti işlərinə qadağa qoyulmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, İddiaçı onun bacısıdır. Cavabdeh hazırda iddiaçıya məxsus torpaq sahəsində tikinti işləri aparır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy şəhərində yaşayır. İddiaçı onun qonşusudur. DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08.01.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, onun xüsusi mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsinin hər hansi hissəsini tutulmamış, hər hansı tikinti işləri aparmamışdır. Onun tikinti işləri apardığı torpaq sahəsi ona məxsus olan torpaq sahəsidir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinin mühəndisi vəzifəsində işləyir. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəyi müdafiə edir. Gədəbəy rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(042)-1051/2021 saylı məktubuna əsasən, mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya və cavabdehə məxsus torpaq sahələri üst-üstə düşmür. Mübahisəli ərazi Cavabdeh məxsusdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Talakənd kəndində qeydiyyatdadır. İşdə olan DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 14.02.2021-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 21.02.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışlardan görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Gədəbəy şəhəri ərazisində 0.05 ha və 0.0643 ha torpaq sahələri verilmişdir. İşdə olan DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08.01.2021-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətinə ünvan 1 ünvanında ümumi sahəsi 177.4 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi verilmişdir. İşdə olan X5 kitabında 01.12.2010-cu il tarixdə 02 nömrə ilə uçota alınmış AN seriyalı 306835 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh Gədəbəy rayonu, Qumlu kəndində 818 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, **********87 nömrəli rəydən görünür ki, Gədəbəy şəhəri 20 yanvar küçəsində yerləşən həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Gədəbəy rayon Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, 08.01.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı məxsus **********42 reyestr nömrəli 0.05 ha həyətyanı torpaq sahəsi, **********51 reyestr nömrəli 0.0643 ha bağçılıq - bostançılıq üçün ayrılmış torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsi üst- üstə düşmür. Həmin mübahisələndirilən torpaq sahəsi Cavabdeh məxsusdur və mülkiyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı Gədəbəy şəhərində yaşayır. DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 14.02.2021-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 21.02.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən, İddiaçı xüsusi mülkiyyətinə Gədəbəy şəhəri ərazisində 0.05 ha və 0.0643 ha torpaq sahələri verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq tutulduğunu və tikinti işləri apardığını iddia etmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəyə əsasən, iddiaçıya məxsus torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsi üst-üstə düşmür. Həmin mübahisələndirilən torpaq sahəsi Cavabdeh məxsusdur və mülkiyətindədir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulması və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işləri aparılması tədqiq edilmiş sübutlarla, eləcə də ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəy ilə təsdiqini tapmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulması və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işləri aparılması öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikinti işlərinə qadağa qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1051/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1051/2021
10.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver