Məhkəmə qərarları › İş №2(042)-1056/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1056/2021

01.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1056/2021 01.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə baxış iclası 01 noyabr 2021-ci il tarixə, saat 14:30-a təyin edilmişdir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı sənədlərinə iddia ərizəsinin kserosurətini əlavə edilmişdir. Belə olan halda, iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0, 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar