Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1058/2021 02.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi və digər ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ələsgərov Eldar Qəşəm oğlu, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1ndan qalmış, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 02597.44 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 182 kv.m, ikimərtəbəli, 1-ci mərtəbəsi 4 otaq, 1 balkon, 2-ci mərtəbəsi 4 otaq, 1 balkondan ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin uzadılmaqla həmin miras əmlakın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ələsgərov Eldar Qəşəm oğlu, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 02597.44 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan, mərhum X4ndan miras qalmış ümumi sahəsi 182 kv.m olan ikimərtəbəli, 1ci mərtəbəsi 4 otaq, 1 balkon, 2-ci mərtəbəsi 4 otaq, 1 balkondan ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin uzadılmaqla həmin miras əmlakın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Ərizəçi3 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, X1 X4 15.02.1961-ci ildə ailə qurub evlənmişlər. Onların dörd övladı olmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X17. Valideynlərinin Gədəbəy rayonu, Böyük Qaramurad kəndində özlərinə məxsus 02597.44 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ikimərtəbəli, 1-ci mərtəbəsi 4 otaq, 1 balkon, 2-ci mərtəbəsi 4 otaq, 1 balkondan ibarət fərdi yaşayış evi olmuşdur. Onlar həmin evdə böyümüşlər. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə həmin həyətyanı torpaq sahəsi X1nın adına verilmiş, bu barədə AN-105493 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X4 05.02.2005-ci ildə vəfat etmişdir. X1 02.09.2015-ci ildə vəfat etmişdir. Miras əmlak olaraq qəbul etmək istədikləri torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə həmin həyətyanı torpaq sahəsi X1nın adına verilmiş, bu barədə AN-105493 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Lakin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X4nun adında qalmışdır. Bu hal Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli, 86 nömrəli arxiv arayışı ilə də öz təsdiqini tapır. Həmin arayışda Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Böyük Qaramurad kənd X16 1991-1995-ci illərə dair 3 nömrəli Təsərrüfatbaşına kitabının 195-ci şəxsi hesabında X12 adına ümumi sahəsi 182 kv.m olan ev və 0.25 ha torpaq sahəsi qeyd edildiyi göstərilmişdir. Onlar həmin mirası faktiki olaraq qəbul etsələr də, mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 ay müddətində notariat orqanına müraciət etməmişlər. Eləcə də 1-ci növbə vərəsə hesab edilən qardaşları X17 23.02.2021-ci ildə vəfat etmişdir. Qardaşlarının vəfatından sonra onlar analarından miras qalmış əmlakı qəbul etmək üçün Maraqlı şəxsnə müraciət etmişlər. Lakin, notariat ofisi onlara imtina məktubu verərək mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmələrinə görə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Hal-hazırda onlar vərəsələr arasında X1ndan və X10 qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisələri yoxdur. Ona görə də, mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 02597.44 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan, mərhum X4ndan miras qalmış ümumi sahəsi 182 kv.m olan ikimərtəbəli, 1-ci mərtəbəsi 4 otaq, 1 balkon, 2-ci mərtəbəsi 4 otaq, 1 balkondan ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin uzadılmaqla həmin miras əmlakın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyirlər. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə mərhum X1nın və X12 mülkiyyət hüququna dair qanuni gözləntisi olmuşdur. Belə ki, Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və digər ərizəçilərin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X18 nikahlarını 15 fevral 1961-ci il tarixdə rəmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada isə Ələsgərova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ələsgərov Eldar Qəşəm oğlu xx.xx.1963-cü ildə, Ərizəçi2 15.07.1965-ci ildə, Ərizəçi3 isə xx.xx.1957ci ildə anadan olmuşlar. Ataları qrafasında X21, anaları qrafasında X11 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X21 05.02.2005-ci il tarixdə, X11 02.09.2015-ci il tarixdə, X17 isə 23.02.2021-ci il tarixdə ölmüşlər. İşdə olan Gədəbəy rayon Dövlət Arxiv tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 86 saylı arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə oluna Gədəbəy rayonu, Böyük Qaramurad kənd X16 1991-1995-ci illəri dair 3 nömrəli təsərrüfatbaşına kitabının 195-ci şəxsi hesabında X12 adına təsərrüfatda qeyd olunmaqla aşağıda göstərilən ailə üzvləri qeyd edilmişdir; 1.A/başçısı X21; 2. X2; 3. oğlu Ərizəçi2; 4. oğlu X14. Torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 182 kv.m olan ev qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş X26 kitabında 05.01.2009-cu il tarixdə 109 nömrə ilə uçota alınmış, AN-105493 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində X7 2597.44 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 qalmış mirasın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə müddət bərpa edildikdən sonra verilə bilər. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X10 və X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in)1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X21 və X13 ilə rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından dörd övladı olmuşdur- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X17. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş X26 kitabında 05.01.2009-cu il tarixdə 109 nömrə ilə uçota alınmış, AN-105493 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Gədəbəy rayonu, Böyük Qaramurad kəndində X7 2597.44 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışa əsasən, Gədəbəy rayon Dövlət Arxivində mühafizə oluna Gədəbəy rayonu, Böyük Qaramurad kənd X16 1991-1995-ci illəri dair 3 nömrəli təsərrüfatbaşına kitabının 195-ci şəxsi hesabında X12 adına ümumi sahəsi 182 kv.m olan fərdi yaşayış ev və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin əmlaklarla bağlı X12 və X27 qızının adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onların X19 və X27 qızına məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, 2597.44 kv.m həyətyanı torpaq sahəsindən ibarət əmlaka X27 qızının və ümumi sahəsi 182 kv.m olan fərdi yaşayış evinə isə X12 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X27 qızının 2597.44 kv.m həyətyanı torpaq sahəsindən ibarət əmlaka və mərhum X12 ümumi sahəsi 182 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X12 və X27 qızının mülkiyyəti kimi qiymətləndirilməlidir. X21 05.02.2005-ci ildə, X13 02.09.2015-ci ildə vəfat etmişdir. Onların ölümündən sonra Gədəbəy rayonu, Böyük Qaramurad kəndində ümumi sahəsi 182 kv.m olan fərdi yaşayış evi və 2597.44 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi müvafiq olaraq X10 və X27 qızından qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X10 və X27 qızından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından X17 23.02.2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişlər. Qanun üzrə vərəsə olaraq ərizəçilər arasında heç bir mübahisə yoxdur. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 2597.44 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan, mərhum X4ndan miras qalmış ümumi sahəsi 182 kv.m olan ikimərtəbəli, 1-ci mərtəbəsi 4 otaq, 1 balkon, 2-ci mərtəbəsi 4 otaq, 1 balkondan ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin uzadılmaqla həmin miras əmlakın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 2597.44 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan, mərhum X4ndan miras qalmış ümumi sahəsi 182 kv.m olan ikimərtəbəli, 1-ci mərtəbəsi 4 otaq, 1 balkon, 2-ci mərtəbəsi 4 otaq, 1 balkondan ibarət fərdi yaşayış evindən ibarət mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət uzadılsın və həmin miras əmlakın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1058/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1058/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver