Məhkəmə qərarları › İş №2(042)-1063/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1063/2024

20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1063/2024 20.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı onun xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Ardanış rayonunda doğulması faktının müəyyən edilməsi, ona veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında X9 və ana qrafasında isə X1 qeyd edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Ardaniş rayonunda doğulmuşdur. Hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatdadır. X2,anası X4 olmuşlar. Valideynləri ona doğum haqqında şəhadətnamə alsalar da, onlar Ermənistandan Azərbaycana köçərkən doğum akt qeydləri Ermənistanda qalmışdır.Lakin ona şəxsiyyət vəsiqəsi verilmişdir. O, doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də, ona imtina məktubu verilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərişəçi məhkəməyə ərizə göndərmiş, xəstəliyi ilə əlaqədar məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, şahidlərin dindirilməsini, mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6. və 259.0.6-cı maddələrinin tələblərini rəhər tutaraq, işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, ərizəçi onun bacısıdir. Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Ardaniş rayonunda doğulmuşdur. Ərizəçinin X2, anası isə X4 olmuşdur. Onlar 1988-ci ildə Gədəbəy rayonun Novoivanovka kəndində məskunlaşmişlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Arayışdan görünür ki, X9 xx.xx.1999-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Portaldan Çıxarşdan görünür ki, Ərizəçi xx.xx.1975 ci il tarixdə doğulmuşdur. İşdə olan X3 surətindən görünür ki, X8 20 oktyabr 1972-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Onun atası qrafasında X10, anası qrafasında X6 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, Ərizəçi xx.xx.1975-cı il tarixdə Ermənistan Respublikasının, Ardaniş rayonunda doğulması faktı sübut edilmişdir. Bu faktın müəyyən edilməsi Ərizəçi sosial hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyəlidir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz. Ona görə də ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Ardanış rayonunda, doğulması, atasının X9, anasının X4 olması faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasında doğulması, atasının X9, anasının X4 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar