Məhkəmə qərarları › İş №2(042)-1080/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1080/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1080/2021 30.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Kazımov Marif Sabir oğlu, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı uşağı ilə birlikdə yaşaması üçün yaşayış yerinin verilməsi və istifadə hüququnun tanınması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı uşağı ilə birlikdə yaşaması üçün yaşayış yerinin verilməsi və istifadə hüququnun tanınması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi 18650 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı dövlət rüsumunu Gədəbəy Rayon Məhkəməsinin hesablaşma hesabına (AZ87CTRE********************) deyil, başqa hesabına köçürmüşdür. Həmçinin, 18650 nömrəli ödəniş tapşırığının elektron məhkəmə informasiya sistemində yoxlanılması zamanı belə bir ödəniş tapşırığı elektron məhkəmə informasiya sistemində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 108.3cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı uşağı ilə birlikdə yaşaması üçün yaşayış yerinin verilməsi və istifadə hüququnun tanınması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı X2 qaytarılsın. İddiaçıya izah edilsin ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar