Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1099/2024 24.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsna qarşı mərhum X4ndan miras qalmış Gədəbəy rayonu, Köhnəqişlaq kəndində yerləşən JN-069D Kod 50516028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında verilmiş 0.46 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X15 onun anasıdıir. X2 və X4nın birgə nikahlarından 11 övladları olmuş, onlardan yeddisi X16, X17, X11, X18, X9, X12 və X19 vəfat etmişlər. Bacıları- X20, X5 və X27 isə hazırda yaşayırlar. X4 xx.xx.1999-cu ildə vəfat etmişdir. X2 isə anasından əvvəl vəfat emişdir. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində X4nın mülkiyyətinə 0.46 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə anasının adına JN-069D KOD 50516028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi yerləşir. O, anasının birinci növbə vərəsəsidir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə ərzində notariat orqanına müraciət etməsə də, anasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmiş, lakin mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, anasından miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin Gədəbəy Rayon Notariat Ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2024-cü il tarixdə imtina məktubu verilmişdir. Miras əmlakla əlaqədar heç bir mübahisə yoxdur. Sağ qalmış bacıları, X20, X5 və X27 notarial qaydada ərizələr verərək, analarından qalmış miras əmlakı qəbul etməkdən imtina etmişlər. Onlar həmin mirasın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində X8 mülkiyyətinə 0.46 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X26 görünür ki, X15 10 iyun 1999-cü il tarixdə ölmüşdür. İşdə olan X6 surətindən görünür ki, X22 xx.xx.1951-ci ildə doğulmuşdur,onun ata qrafasında Hüseynov Qulu mamed oğlu, ana qrafasında X15 qeyd edilmişdir. İşdə olan Çıxarışdan görünür ki, X13 və X21 02 avqust 1972-ci il tarixdə nikah bağlamış və arvad Hüseynova soyadını götürmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Dəyirmandağ Kənd İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, X1 rayonu, İnəkboğan kəndində yaşamışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X20, X5 və X3 Fatma Sarı qızından miras qalmış əmlakı qəbul etməkdən imtina etmişlər. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1503 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, Köhnəqışlaq kənd əraszisində mirasqoyan X8 mülkiyyətinə 0.46 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X15 10 iyun 1999-cu il tarixdə vəfat etmiş və onun mülkiyyətində olmuş torpaq sahəsinə miras açılmışdır. Ərizəçi həmin əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Digər vərəsələr mirası qəbul etməkdən imtina etmişlər. Ona görə də ərizə təmin edilməli, ərizəçi tərəfindən Gədəbəy rayonu, Köhnəqişlaq kəndində yerləşən mirasqoyan X8 mülkiyyətində olmuş olmuş 0.46 ha həyətyanı torpaq sahəsinin miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən Gədəbəy rayonu, Köhnəqişlaq kəndində yerləşən mirasqoyan X8 mülkiyyətində olmuş 0.46 ha həyətyanı torpaq sahəsinin miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1099/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1099/2024
24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver